Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Son vaxtlar insanlarda artan hirsin və aqressiyanın səbəbi nədir? – ARAŞDIRMA + FOTO

By Vüsal Rafiqoğlu
11.12.2022 3 Min Read

Hər gün yolda olarkən – avtobusda, metroda insanların aqressivləşdiyini müşahidə edirik. Münasibətlərdəki əvvəlki harmoniya itmiş kimi görünür. İnsanların sözləri sanki bir-birinin boğazından keçmir. Adi bir söz söylədikdə belə, üzlərdə nifrət hiss olunur.

Bəs son vaxtlar insanlardakı bu qədər hirsin, aqressiyanın səbəbi nədir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Psixoloq Günel Qurbanova açıqlamasında bildirib ki, insanın rahat və sağlam yaşaması üçün müəyyən şərtlər mövcuddur:

“Abraham Maslounun “Ehtiyaclar piramidası” nəzəriyyəsinə baxsaq, bunların arasında birinci yerdə fizioloji tələbat durur. Hansı ki, pandemiya dövründə həm işsizlik, həm də qapanmayla əlaqədar insanlarda “qıtlıq və aclıq” psixologiyası çox aktivləşmişdi. İkinci şərt güvəndə olmaqdır. Pandemiya dövründə sağlamlığımız təhlükədə idi, hətta bir çox insan xəstəlik səbəbiylə doğmalarını itirdi. Üçüncü yerdə sevgi və aid olmaq gəlir. Pandemiya dövründə insanlar dostlarından ayrı düşdü, bəziləri sevgilisindən ayrıldı və s. Dördüncü şərt hörmət və özünü qiymətləndirmədir. Bir çox insan pandemiyada işini itirdi, biznesi bağlandı, özgüvəni zədələndi. Beşinci şərt isə yaradıcılıq, problem həll etmə bacarığı, önyarqı olmadan həqiqətləri qəbul etməkdir. Hansı ki, pandemiya dövründə insanlar çox tez-tez çarəsizliklə üzləşdi, evdən kənarda hobbiləri ilə məşğul ola bilmədilər və s. Gördüyünüz kimi, pandemiya bu piramidanın hər mərhələsini zədələyib”.

Psixoloqun fikrincə, pandemiya əksər insanların içində yatmış olan travmaları oyatdı və çoxaltdı:

“İnsanların içində təşviş, itirmə, ölüm qorxusu kimi duyğular artıb. Bizdə bu dövrdə müharibə də oldu, bir çox insanlar doğmalarını itirdilər. Bunların hamısı insanın düşüncələrinə, həyata baxış tərzinə ciddi şəkildə təsir edir. İnsanlar var olan problemi qəbul edib, həyatında və özündə müəyyən şeyləri müsbətə doğru dəyişməyə çalışmalıdır. Dəyişə bilməyənlər isə mütləq psixoloji dəstək alsın”.

Sosioloq Sahib Altay isə bildirdi ki, insan və cəmiyyət sosiallığın üzərində qurulub:

“Təbii ki, insanlar 1-2 il müddətinə evə qapadılanda, əmək fəaliyyətindən uzaqlaşanda, sosial, ictimai münasibətlər sərhədlənəndə aqressiya baş verməli idi. İnsan psixologiyası monotonluğa, sakitliyə ziddir. Əgər biz dörd divarın arasında eyni adamları görür, eyni həyat tərzi sürürüksə, psixologiyamız təbii ki, yerində olmur”.

S.Altayın sözlərinə görə, azərbaycanlılar karantin sözü ilə koronavirus pandemiyası dövründə tanış olub:

“Avropa bundan əvvəl vəba və digər pandemiyaları görmüşdü. Biz xalq olaraq pandemiyadan əlavə müharibə ajiotajı da yaşadıq. Müharibə travması elədir ki, uzun müddət davam edir. Biz bundan sonra da xeyli müddət o travmaları,  aqressiyanı, stressi cəmiyyətdə müşahidə edəcəyik”.

Sosioloq qeyd edib ki, ölkəmizdə insanlar arasında aqressiyanın artmasının bir səbəbi də ictimai məsələlərdir:

“Azərbaycanda insanların aqressivləşməsinin artmasına pandemiyadan və müharibədən sonrakı bahalaşma, gəlirlərin aşağı olması da təsir edir. 21-ci əsrin istehsal məhsulundan, son model telefonundan istifadə edirik, son model maşın sürürük, ancaq 21-ci əsrin düşüncəsinə, hüququna uyğun həyat tərzi yaşamırıq”.

S.Altay bildirib ki, insanların aqressivləşməsinin bir səbəbi də yeni davranışlar sisteminə keçiddir:

“Yaratdığını, məna tapdığını ortadan qaldırıb yerinə yeni bir nəsnə gətirəndə, insanda təbii ki, boşluq yaranır. O boşluq da stress doğurur. İnsanların köhnə mədəniyyəti ortadan qaldırıb yerinə yenisini gətirməsi o boşluğu doldurmur. Hazırda dünyada kütləvi savadsızlıq, fəlsəfədən uzaqlaşmaq tendensiyası var. Artıq insanlar məna axtarışının deyil, bəsit yaşam tərzi sürməyin tərəfdarıdırlar. Düşünmək çətin olduğuna görə əylənmək önə keçib. Bu da zaman keçdikcə insanlarda aqressiya yaradır. Çünki məna axtarışı dövründə eqomuzu təmin etmək üçün müxtəlif nəsnələr yaratmışdıq. O nəsnələr, mədəni xüsuslar ortadan qalxdıqca, təkcə əyləncə insan ruhunu və eqosunu doydurmur. Əvvəl məna qoşunu var idisə, indi ortada böyük bir əyləncə qoşunu hökm sürür. Elm, texnologiya inkişaf edir, ancaq ümumi düşüncəyə çevrilmir”.

Sosioloq qeyd edib ki, insan həyatının texnologiya sayəsində dəyişməsi də aqressiyaya səbəb olur:

“Müxtəlif texnoloji vasitələr, maşınlar, sənaye təchizatları, insan sayının artması, yaşayış məntəqələrində olan sıxlıq, hər yerdə növbə gözləmə məcburiyyəti və s. də insanları bezdirir. Yəni müasir yaşam tərzi, inkişaf təkcə müsbət nəticə vermir. Düşüncə inkişaf etdikcə, həyat haqqında məlumatlar artdıqca, insanı xoşbəxt edən şərtlər də artır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İranda zəlzələ baş verdi

Next

Etibar Hüseynova: Heydər Əliyevin əvəzsiz xidmətləri xalqımız tərəfindən heç zaman unudulmayacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv