Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Alimpaşa Məmmədova 400 min manat verdim” – keçmiş işçisi məhkəmədə açıqladı

By Vüsal Rafiqoğlu
13.12.2022 4 Min Read

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi davam edir. Sonuncu məhkəmə iclasına gələnlərdən biri Şəmkirin Dəllər Cəyir kəndinin keçmiş icra nümayəndəsi Tünzalə Hüseynova olub.

O, məhkəmə iclasında ayağa qalxaraq zərərçəkmiş kimi ifadə vermək istəyib. Hakim zərərçəkmişlərin siyahısına göz atsa da, onun adını tapmayıb. Ancaq Tünzalə Hüseynova Alimpaşa Məmmədovun ondan şadlıq sarayına görə 400 min manat aldığını və geri qaytarmadığını deyib. Hakimsə bildirib ki, istintaq onu zərərçəkmiş kimi tanımadığı üçün məhkəmədə dindirilə bilməz. Alimpaşa Məmmədov bütün bunları şüşə qəfəsdən sakitcə seyr edib və Tünzalə Hüseynovanın dediklərinə reaksiya verməyib.

Məhkəmə iclasından sonra Tünzalə Hüseynova jurnalistlərə deyib ki, bir müddət əvvəl Rusiyada yaşayan bir qohumu Şəmkirdəki yeni bazarda yer almaq üçün onun vasitəsilə icra başçısı Alimpaşa Məmmədova 10 min manat pul göndərib. Alimpaşa Məmmədov pulu götürsə də, işi düzəltməyib. O, pulu geri tələb edəndə Alimpaşa Məmmədov 65 yaşının tamam olmasını səbəb gətirərək ondan işdən çıxmaq barədə ərizə tələb edib:

“Pulu zorla ondan aldım, əvəzində dedi, pensiya yaşın çatıb, ərizəni yaz. Dedim, qanuna görə, mənim təltiflərim varsa, işləməkdə davam edə bilərəm. Mənim Prezident tərəfindən təltifim vardı. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Fəxrəddin müəllim də tələb etdi ki, ərizəmi yazım. Dedi, başçı deyirsə yaz, yazmaq lazımdır. Dedim, başçıdan yuxarıda Prezident var, o, məni təltif edib, qanun da işləməyimə yol verir. Məhkəməyə verdi, iki məhkəmə mənim xeyrimə qərar çıxardı, iş Ali Məhkəməyə çatanda Alimpaşa Məmmədov nüfuzundan, vəzifəsindən istifadə edib, Ali Məhkəməyə əl atdı, əvvəlki məhkəmələrin qərarları ləğv edildi”.

Tünzalə Hüseynovanın sözlərinə görə, məsələ 10 min manatla bitmir. Başçıya hələ ondan əvvəl ayrıca 400 min manat verib: “Şəmkirdən olan və Rusiyada yaşayan qohumlarım rayonda şadlıq sarayı tikdirmək istəyirdi. Buna görə 400 min manat pul göndərmişdilər, o pulu Alimpaşa Məmmədova mən çatdırmışam. Rəhmətlik Fazil Məmmədov (keçmiş vergilər naziri) qohumumdur, Alimpaşa Məmmədov pulu sayıb götürəndə dedi Fazil müəllimə çatdır ki, bu pullarla rayonu düzəldəcəm. Dedim, haranı düzəldəcəksizsə, öz işinizdir, əsas odur ki, bizim işimizi düzəldin. O işi də düzəltmədi, qalmışam qohumların əlində…”

Şikayətçi deyir ki, sabiq başçının həbsindən sonra bütün bunlarla bağlı DTX-da dindirilib, ancaq ona məlum olmayan səbəbdən adı zərərçəkmişlər siyahısına salınmayıb: “Məni çağırıb dindiriblər. Əgər belədirsə, mən ayrıca yenə DTX-ya yazacam. Burada nə danışırsa, hamısını yalan danışır, Şəmkirdəki bazarı bizə tikdirib, burada yalandan deyir guya dostu tikib. Guya sonradan Cem zavodunu İslamzadəyə bağışlayıb, o da yalandır, sənəd üzərində ona verib, ancaq faktiki hamısı özünündür”.

Keçmiş icra nümayəndəsinin sözlərinə görə, rayonda hələ də obyektlər var ki, başqalarının adına olsa da, faktiki Alimpaşa Məmmədovundur. O, başçının şəxsi marallarının yemlənməsindən də danışıb. Deyib ki, əslində maralları başçının tələbi ilə icra nümayəndələri yemləyib: “Hər ay icra nümayəndələrindən 200-300 manatdan pul yığılırdı. Bu, Alimpaşa Məmmədovun təkcə marallarının yemləndirilməsi üçün yığılan pullar idi.

Ötən ilin aprelində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları tərəfindən həbs olunan Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma maddələri ilə təqsirləndirilir. Keçmiş icra başçısı 17 aydır ki, həbsdədir.

İstintaq  zamanı müəyyən edilib ki, Alimpaşa Məmmədov əksər mənimsəmə cinayətlərini oğlunun adına rəsmiləşdirib. İttiham aktında qeyd olunub ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilin və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasına nail olub. Şəmkir şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını yenə oğlu Adilə cəmi 180 manata satılmasını təmin edib.

Bundan başqa, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş yüz minlərlə manat dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Ona verilən ittihamlardan biri Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan 1 milyondan çox rüşvət alması ilə bağlıdır.

Alimpaşa Məmmədova qarşı irəli sürülmüş ittihamlardan biri rüşvət yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adilin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pulu leqallaşdırıb. Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əmlakları:

İstintaq dövründə Alimpaşa Məmmədovun ailəsinə məxsus olan bir qisim əmlakların üzərinə həbs qoyulub:

“Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat)

“Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat)

Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat).

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Öz qəbrini “çəngəl-bıçaqla” qazanlar – qışda necə düzgün qidalanmalı?

Next

Laçın dəhlizində maraqlı anlar: Mahnı oxuyub rəqs etdilər… – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv