Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ekoloji terrorun Oxçuçay nümunəsi…

By Vüsal Rafiqoğlu
13.12.2022 2 Min Read

Oxçuçay Arazın sol qoludur. Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonları ərazisindən keçir. Uzunluğu 85 kilometr, hövzəsinin sahəsi 1140 kvadratkilometrdir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Suvarma işlərində istifadə olunur. Başqa minlərlə toponimlərimiz kimi Ermənistan ərazisindən keçən bu çayın da adı dəyişdirilərək Voxçi adlandırılır.

Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, əslində sənaye tullantılarını Ermənistanın bu bölgəsindən  uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənmişdir ki, oradakı canlıların hamısı məhv olub. Hazırda da çayda heç bir canlı yaşamır. Onun suyundan yalnız suvarmada istifadə edilir. Ona görə də Zəngilan rayonu ərazisində suvarılan torpaqlar da zəhərlənmişdir və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir.

Ekoloji terrora məruz qoyulmuş həyat mənbələrimizin təhlükə altına salınması Ekologiya və Təbii Sərvətlər Nazirliyini və digər əlaqədar təşkilatları dərindən düşündürür və lazımi tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğaldan törəyən məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Həmin  iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə xüsusi nümayəndəliklərinin üzvləri iştirak edib. İştirakçılara ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər barədə məlumat verilib, müzakirələr aparılıb. İclasda qrup üzvlərinə həmçinin, Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında məlumat verilib.

Oxçuçayın suyunun çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ötən həftə aparılmış monitorinqlər zamanı suyun rəngində ciddi dəyişikliklər və kəskin qoxu müşahidə olunub. Çayın Ermənistanla sərhədinə yaxın monitorinq nöqtəsindən götürülmüş su nümunələrinin təhlilindən məlum olub ki, suyun tərkibində dəmir, manqan, molibden, ammonium və sulfatların qatılığı daha da artıb. Transsərhəd çaylarda, o cümlədən Zəngilan rayonu Şayıflı kəndində Oxçuçayda quraşdırılmış yeni nəsil avtomat hidroloji stansiyalardan ötürülən məlumatların təhlili də çirklənmənin artdığını təsdiq edib.

Oxçuçayın ağır metallarla çirklənməsi il boyu müşahidə olunur. Son monitorinq zamanı çayın rənginin və qoxusunun dəyişməsinə səbəb Oxçuçayda ammonium və sulfat ionlarının miqdarının kəskin artması idi. Belə ki, Oxçuçayda ammoniumun miqdarı 4-5 dəfə, sulfatın miqdarı bir neçə dəfə normadan yüksək müşahidə edilib. Bu da həmin kimyəvi maddələrdən dağ-mədən sənayesində geniş istifadə olunması ilə əlaqədardır.

Oxçuçayın Qərbi Zəngəzur ərazisindən davamlı çirkləndirilməsi nəticəsində çay və onun ekosisteminin ekoloji böhranı və kritik vəziyyəti barədə məlumatlandırma və çirklənmənin qarşısının alınması çağırışları ilə beynəlxalq təşkilatlara müraciətlər edilib. Həmçinin, Oxçuçayın əsas çirklənmə mənbələrindən biri kimi Ermənistan ərazisindəki “Qacaran mis molibden” kombinatının səhmdarı olan Almaniyanın “Cronimet” Holdinq şirkətinə ünvanlanmış müraciət və çağırışlara baxmayaraq, heç bir əməli tədbir görülməyib və çayın çirklənməsi bu gün də davam etdirilir. Məsələnin ciddiliyini nəzərə alaraq mütəmadi aparılmış ekoloji monitorinqlər üzrə toplanmış sənədlər hüquqi qiymətin verilməsi və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Ancaq məsələ Oxçuçayla bitmir. Azərbaycan və Ermənistan ərazilərindən keçən Araz çayı da ermənilər tərəfindən ekoloji terrora məruz qoyulub. Uzun illərdir ki, Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları bu çaya axıdılır. Nəhayət, Ermənistan otuz ildən artıq müddətdə Azərbaycanın ekoloji sisteminə vurduğu zərərə görə cavab verməlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ulu Öndərin ən çox sevdiyi abidələr məkanı

Next

Qalibiyyətimiz qürurumuz, milli kimliyimiz, dünənimizə baxışımız, sabaha inamımızdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv