Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Manset

Vilayət Eyvazovun idarəçiliyi hər kəsdə daxili işlər orqanı əməkdaşlarına qarşı yeni inam hissinin baş qaldırmasına səbəb olub

By Vüsal Rafiqoğlu
20.12.2022 6 Min Read

Məlumdur ki, Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra, daxili işlər orqanlarına qarşı dövlət qayğısı daha da artırılmış, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət göstərilmişdir. Həmin illərdən başlayaraq şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanmışdır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyulur. Belə ki, həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına və göstərilən xidmətin səmərəli təşkilinə zəmin yaradır. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi və digər addımların atılması səbəbindən, ölkəmizdə cinayətkarlığa qarşı mübarizənin möhkəm təməli qoyulur, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait də yaradılır.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ciddi addımlar atılmaqdadır. Yəni, ötən illərdə olduğu kimi, bu gün də vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizə tədbirlərində daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul verir ki, bu da ölkəmizdə möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitliyin hökm sürdüyünü, Konstitusiya ilə təsbit olunan insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında və s. daxili işlər orqanlarının rolunu daha da artırır. Bəli, Prezident İlham Əliyev ötən illərin birində daxili işlər orqanı əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək vurğulamışdı ki, “Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyil. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün, əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz”.

Onu da bildirək ki, xalqımızın ulu öndəri, mərhum prezident Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində Azərbaycan polisi böyük inkişaf yolu keçdi, dövlətimizin mühüm təsisatı olaraq lazımınca formalaşdı, təşkilati cəhətdən daha da möhkəmləndi. Bu gün isə, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan polisi fəaliyyətini getdikcə təkmilləşdirir, nailiyyətlərini artırmaqda davam edir. Hər kəs o halın varlığını da görür ki, ölkəmizdə sabitliyin təmin olunmasında, dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsində, kriminogen durumun nəzarətə götürülməsində və digər addımların atılmasında müstəsna xidmətlər göstərmiş polis əməkdaşları, bu gün də milli maraqlarımızın ifadəçisi funksiyasını şərəflə yerinə yetirməkdədirlər. Unutmaq olmaz ki, mənfur qonşumuzun günahı ucbatından başlamış Dağlıq Qarabağ savaşında polis əməkdaşları sıralarından yüzlərlə şəhid oldu, ictimai-siyasi asayişin mühafizəsində və konstitusion-dövlət quruluşunun qorunmasında fədakarlıqlar göstərməklə, hər zaman qətiyyətli mövqeyini, vətəninə, xalqına, Prezidentinə sədaqətliliyini nümayiş etdirən Azərbaycan polisi, zaman-zaman belə bir yanaşmasını ortaya qoymuşdur. Bəli, bu gün hər kəs tam əminliklə “Mənim polisim məni qoruyur” yanaşmasını ortaya qoyur. Hər kəs təsdiq edə bilər ki, dövlətimizin əsas dayaqlarından biri olan Аzərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və onun strukturlarında çalışan polis əməkdaşları, zaman-zaman şərəfli anlarını yaşamış və atdıqları addımları ilə dövlətçiliyimizin qorunmasında yaxından iştirak etmişlər. Polis əməkdaşları istər əski sovet dönəmində, istərsə də müstəqillik dövrümüzdə baş verən hadisələrdə, ələlxüsus ərazi bütövlüyümüzün təmin olunmasında, siyasi sabitliyin qorunub saxlanılmasında, vətəndaş sülhünün əldə olunmasında, həmçinin digər məsələ və problemlərin həllində xüsusi rol oynamışlar. İllər keçdikcə DİN-nin sturukturlarında həyata keçirilən islahatlar, qəbul olunan qərarlar, əldə olunan nəticələr və s. bu sahəni daha da təkmilləşdirib. Odur ki, bu gün Azərbaycan polisi hər bir vətəndaşın həm güvənc, həm də inam yerinə çevrilib.

Bəli, ümumi məqsədlərimizin həyata keçirilməsində Azərbaycan polisi, bu gün də üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməkdədir. Polis əməkdaşlarının atdıqları qətiyyətli addımlar sayəsində xalqımız illər öncə bir çox sarsıntılardan, məhrumiyyətlərdən xilas oldu və siyasi sabitliyə söykənən dövlətimizi yaşada bildik. Аzərbaycan polisi hər zaman olduğu kimi, yenə də ayıq-sayıqdır və dövlətçiliyimizin qorunmasında, təhlükəsizliyimizin təmin olunmasında, siyasi sabitliyin qorunub saxlanılmasında üzərinə düşən şərəfli vəzifə borcunu şərəflə yerinə yetirir. DİN-nin tabeli strukturlarında belə bir ab-havanın əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan şəxslərin daşıdıqları vəzifələrinin öhdəsindən layiqincə gəlmələri olur. Ötən illər ərzində adı çəkilən bu qurumun sturukturlarında həyata keçirilən islahatlar, peşəkar polis əməkdaşlarının məsul vəzifələrə təyin olunmaları, onların əməyindən səmərəli istifadə olunma, dövlətçiliyə xidmət etmək amalı, ictimai-siyasi sabitliyin qorunub saxlanılması yöndə atılan addımlar və s. onu sübut edir ki, hal-hazırda Azərbaycan polisi həm şərəfli adını qoruyur, həm də uğurlu iş fəaliyyətini davam etdirir. Sözsüz ki, yuxarıda qeyd etdiyimiz kimi bütün bu kimi amillərin əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan vəzifə sahiblərinin peşəkar idarəçiliyə malik olmalarının varlığı, xalq-dövlət anlayışını hər zaman uca tutmaları, qanunun aliliyinin qorunması yöndə lazımi addımlarını atmalarıdır. Həyata keçirilən müdrik idarəçiliyin varlığı səbəbindən respublikamızın ərazilərində baş verən cinayət hadisələrinin sayı hər il azalır, uzun illər ərzində üstü açılmamış hadisələrin üstünün açılması yöndə əməli addımlar atılır. Verilən statistik məlumatlar onu söyləməyə əsas verir ki, Azərbaycan polisi bu gün də xalqına-dövlətinə layiqincə xidmət etməkdədir. Hal-hazırda istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda dövlətimizin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, onların lazımi avadanlıqlarla, digər texniki vasitələrlə təminatları və s. yaxşılaşdığından, polis əməkdaşları da üzərinə düşən vəzifələrinin öhdəsindən daha uğurlu şəkildə gəlirlər. Sözsüz ki, bu gün də bir tarixdir və bu gün xalqına, dövlətinə layiqincə xidmət еdən hər bir vəzifə sahibi, müasir Azərbaycanın tarixində silinməz izlər buraxmaqdadır.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi nəticəsində, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu, sabitlik isə, gələcək uğurlara, yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Cənab Prezidentin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi yöndə lazımi tədbirlər görüldü. Ötən illər ərzində daxili işlər orqanı əməkdaşlarının xidməti fəaliyyətlərinin cəmiyyətimizin maraqlarına tam şəkildə cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə, müxtəlif fərman və sərəncamlar imzalandı. O cümlədən nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi məqsədilə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş “Dövlət Proqramı” əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görüldü.

Xüsusi vurğulanası hal ondan ibarətdir ki, tarixin inkişaf yollarını çox çətin şəraitdə keçirən və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 02 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyətindən başlayan polis orqanları, ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən əbədiyaşar rəhbərimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, hər il ölkəmizdə 02 iyul günü “Azərbaycan Polisi Günü” olaraq qeyd olunur. Onu da bildirək ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində yaxından iştirak etmiş, cümhuriyyətin süqutundan sonra 70 il ərzində Sovet İttifaqının tərkibində olsa da, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmiş Vilayət Süleyman oğlu Eyvazovun, 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad olunaraq, onun daxili işlər naziri vəzifəsinə təyin edilməsi, ölkəmizin daxili işlər orqanlarında yeni bir dönüş mərhələsinin başlanğıcı oldu. Çünki son vaxtlar hər kəsdə, ələlxüsus sadə vətəndaşlarda daxili işlər orqanı əməkdaşlarına qarşı yeni inam hissi baş qaldırıb. Onu da vurğulamaq yerinə düşər ki, 1968-ci ildə anadan olan, 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə başa vuran, 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında çalışan, başlıca amalı dövlətimizə, xalqımıza xidmət etmək olan cənab Vilayət Eyvazov, ötən illər ərzində cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin əsas Qanunu və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin olunmasında səmərəli fəaliyyətinə görə, ayrı-ayrı vaxtlarda müxtəlif mükafatlara layiq görülür. Belə ki, o, 2002-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, 2008-ci ildə isə, “İgidliyə görə” medalı ilə təltif olunur. Bütün bunlar onu sübut edir ki, Azərbaycan Respublikasının daxili işlər nazir cənab Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycan polisi getdikcə təkmilləşəcək və polis əməkdaşları hər zaman hər kəsin həm güvənc, həm də inam yerinə çevriləcək. Son vaxtlar bu sahədə həyata keçirilən islahatlar bir daha onu sübut edir ki, atılan addımların kökündə əsas amal, yalnız və yalnız xalqa, dövlətə sədaqətlə xidmət etmək durur.

Aran media qəzeti.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yeni medallar təsis edildi

Next

Ötən ilin məişət zorakılıqları: Qısqanclıq zəminində 10 mindən çox cinayətin qarşısı alınıb

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv