Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Təhsildə süni intellekt dövrü başlayır: Bəs bunun əhəmiyyəti nə olacaq? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
05.02.2023 4 Min Read

Çinin Hangzhou şəhərindən olan tələbə Çjou Yi süni intellekt (Artificial Intelligence) vasitəsi ilə riyaziyyatla bağlı problemlərini həll edib. Xüsusi alqoritm tələbənin dərslərinə nəzarət edib və semestrin sonunda Çjou test üçün maksimum bal toplaya bilib. 2019-cu ildən Çin məktəblərində süni intellekt dərslərini tədris etmək üçün 10 cildlik süni intellekt dərsliyi seriyasının işıq üzü görməsi şagirdlərin yeni texnologiyalarla təmasını daha da sıxlaşdırıb. Şagirdlər bu fənni ya seçmə, ya da məktəb kurikulumunun bir hissəsi kimi öyrənirlər. Süni intellektin inkişaf tarixini və bu texnologiyaların üz tanıma, avtonom idarəetmə və ictimai təhlükəsizlik kimi sahələrdə necə tətbiq oluna biləcəyini təsvir edən dərsliklər Çin hökumətinin qərarı ilə ibtidai və orta məktəblərin kursu üçün yazılıb.

“Bu, uşaqlara təkcə mövzuya dair zəruri elementar biliklər vermək deyil, həm də onların yaradıcılıq qabiliyyətlərini və təxəyyüllərini maksimum dərəcədə üzə çıxarmaq və reallaşdırmaq üçün edilir. Digər nəşrlərdən fərqli olaraq, bu dərsliklər sizə “şagirdlərin həm əllərindən, həm də beynindən” istifadə etməyə imkan verəcək”, – deyə Çin hökumətinin qərarında qeyd edilib. Nəzəri təlimdən dərhal sonra proqramın daha yaxşı başa düşülməsinə və mənimsənilməsinə yönəlmiş praktiki məşğələlər keçirilir. Çində süni intellektin öyrənilməsi üzrə məktəb dərsliklərinin tətbiqi onu göstərir ki, süni intellektin tədqiqində böyük irəliləyiş əldə edən ölkə bu texnologiyanın öyrənilməsini mümkün qədər çox uşaq üçün əlçatan etmək qərarına gəlib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda ölkəmizdə səfərdə olan “Microsoft” şirkətinin rəsmiləri ilə görüşdə müxtəlif təhsil pillələrinin idarə olunması və tədqiqatların stimullaşdırılması məqsədilə süni intellekt və hesablayıcı bulud texnologiyalarından istifadə imkanlarının müzakirə edilməsi bizim təhsilin də süni intellektin tətbiqinə yaxınlaşdığından xəbər verir.

Proqnozlara görə, tezliklə təhsili süni intellektin (AI) iştirakı olmadan təsəvvür etmək mümkün olmayacaq. İstər-istəməz sual yaranır: süni intellektin təhsil prosesinə inteqrasiya olunmasının əhəmiyyəti nə olacaq? Yeni texnologiyaların təhsilalanlar üçün hansısa təhlükəsi varmı?

“Kaspi” qəzetində mövzu ilə bağlı məqalə yayımlanıb.

Ekspertlər hesab edirlər ki, süni intellekt təhsil sahəsini ciddi şəkildə dəyişəcək. Belə ki, tədris üsulları, öyrənmə yolları, biliyə çıxış və müəllim hazırlığı inqilabi dəyişikliklərə məruz qalacaq.

ADA Universitetinin professoru Gülməmməd Məmmədovun fikrincə, süni intellekti təhsildə iki istiqamətdə tətbiq etmək olar: “Süni intellekt haqqında dərsliklərdə şagirdlərin başa düşəcəyi dildə məlumat verilməlidir. Süni intellekt təhsildə işlənən texnologiyaların tərkib hissəsi ola bilər. Yəni bu texnologiyalar süni intellekt əsaslı olmalıdır. Əslində günümüzdə yüksək texnologiyaların elementləri istifadə olunur. Artıq onunla ünsiyyətimiz var. Telefonlarımızda, cihazlarımızda olan tətbiqlər xidmətlər göstərir. Günümüzdə hansısa bir təhsil proqramında yüksək texnologiyalar, mobil telefonlar və ya  planşetlərdən istifadə edilirsə, bu o deməkdir ki, onlar vasitəsilə süni intellekt istifadə edilir”.

Riskə gəlincə, professor hesab edir ki, məlumatların ikinci şəxsə ötürülməsi təhlükəsi hər zaman var. Belə ki, texnologiyalardan istifadə edəndə bu, narahat olacağımız məqamdır: “Ümumiyyətlə, texnologiyalardan istifadə edəndə onun riskli tərəfləri də olur. İstifadə zamanı bu riskləri də idarə etmək olar. Süni intellekt bir qədər qorxulu səslənə bilər. Şagirdlər süni intellekt cihazı ilə ünsiyyət qurursa, müəyyən dərəcədə ehtiyatlı davranmalıdırlar. Kiber mühitdə olanda bu riskləri gözə almalıdırlar”. G.Məmmədov süni intellektin təhsildə tətbiqi ilə bağlı səslənən proqnozlara da münasibətini bildirir: “Elə bir inanc var ki, gələcəkdə təhsil süni intellekt vasitəsilə veriləcək. Müəllimlərin tədris prosesində iştirakı keçmişdə qalacaq. Bu, müəyyən dərəcədə doğru olsa da, tam belə olması mümkün deyil. Tədris prosesi təkcə biliyin müəllimdən şagirdə ötürülməsi deyil, öyrənənlə öyrənən arasındakı qarşılıqlı mübadilədir. Süni intellekt öyrənmədə empatiyanı, müəllimi, bağçada tərbiyəçini, insanın emosional hisslərini əvəz edə bilməz. Ən azı, bu, yaxın gələcəkdə mümkün deyil”.

İT mütəxəssisi Emin Axundov yaxın gələcəkdə süni intellektin nəinki təhsili, bütün sahələri əhatə edəcəyi fikrindədir. Belə ki ölkə təhsilində artıq “Virtual məktəb” platforması kimi bir təcrübə mövcuddur. “Pandemiya dövründə “Virtual məktəb” layihəsi həyata keçdi – bütün müəllim və şagirdlər virtual mühitdə görüşdülər. Onların hər bir addımı elektron mühitdə olduğuna görə qeydə alınırdı. Şagirdlərimiz haqqında çox data yığsaq, onların fənn üzrə gələcək nəticələrini də proqnozlaşdıra bilərik. Süni intellektin tətbiqi sübut olunmuş proqnoz əsasında hansısa faktorları dəyişməklə daha yaxşı nəticəyə gəlib çıxmağın bir yoludur”.

Ekspert hesab edir ki, biz bu tətbiqə kifayət qədər hazırıq: “Rəqəm yığmaq baxımından yaxşı təcrübəmiz oldu. Nazirlik kiçik və böyük summativ qiymətləndirmələri (KSQ və BSQ) keçirdi. Bir neçə məktəb qeydiyyatın daha çevik olması üçün bunu elektron formaya keçirir. Əgər bizim təhsil sistemi virtual məktəbin elementlərini istifadə etsə, o zaman uşağın ev tapşırığı fəaliyyəti kompüterdə qeyd olunur. Biz ölkə olaraq bəzi dəyişikliklərə hazırıq. “Microsoft”un sistemində iştirak edən ölkələrdən ən yaxşılardan biri biz idik. Bizim təhsil kütləmiz göstərdi ki, lazım olan vaxt vəziyyətdən çıxa bilir. Pandemiya vaxtı şagirdlərin 70 faizi dərslərə telefonla, 30 faizi kompüterlə daxil olurdu. Müəllimlər isə əksinə, 70 faiz kompüterdən, 30 faiz telefondan istifadə edirdi. Dövlətin dəstəyi olmadan insanlar özləri bunu etdi. Datanın daha detallı yığımı, elektron hökumət alətlərinin çoxalması əminəm ki, bir ilə ölkə təhsilinin idarə edilməsində süni intellektin tətbiqinə nail olmağa imkan verəcək”.

Ekspert süni intellektin tətbiqinin əhəmiyyətini belə izah edir: “Qərarlarımız daha əsaslı, düzgün və reallığa əsaslanan olacaq. Bu da nəticələrin yaxşılaşmasına gətirəcək. Subyektiv faktor aradan qalxacaq. Maliyyə, inzibati planlamada daha yaxşı nəticələr göstərə bilərik. Bundan başqa, süni intellektin tətbiqi bütün sahələrdə günün tələbi olacaq”. E.Axundov hesab edir ki, süni intellektin əsasları haqda şagirdlərimizə də məlumat verməliyik: “Gələcək peşəkarlara gələcəyin istiqaməti haqda məlumat vermiş olacağıq. Həkimlərimiz, polislərimiz, mühəndislərimiz və başqa peşə sahiblərimiz də süni intellekti başa düşəcək.  4-cü sənaye inqilabının özəyi də məhz süni intellektdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Beynəlxalq səyyahlar Kəlbəcərə səfər ediblər

Next

Hulusi Akar: “Ermənistan ona uzanan sülh əlini tutmalıdır”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv