Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Əzəli yurd yerimiz, dillərə dastan – Ulu Göyçə

By Vüsal Rafiqoğlu
07.03.2023 3 Min Read

Qərbi Azərbaycan bizim tarixi yurd yerimiz, əzəli torpaqlarımız olub. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır. Ölkə rəhbəri ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bunu bir daha bəyan edib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb”.

1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar indi Ermənistan adlanan həmin ərazilərdən sürgün edilib. Bundan sonra azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

Qərbi Azərbaycanda soydaşlarımızın min illər boyu yaşadığı yurd yerlərindən biri, 1747-1828-ci illərdə İrəvan xanlığında mahal olan Göyçədir. Dillərə dastan olan Göyçə mahalı cənubdan-Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Göyçə mahalı ərazisi türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çüxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonları. Göyçə hövzəsinin əsas hissəsini Pəmbək, Əlibəy, Ağmanqan, Güneydağ, Alagöllərin başı dağ silsilələrindən ayrılan çıxıntılar təşkil edir. Bölgənin ən mühüm dağ zirvələrini Pəmbək dağında Maymak, Kömürlü, Pirdağ zirvələri, Güneydağ silsiləsində Maralca, Soyuqbulaq, Kirtikdağ zirvələri, Məzrə dağlarında Keytidağ zirvəsi, Ağmanqan dağlarında isə Ağmanqan və Üçtəpələr zirvələri təşkil edir. Dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin aşağı hüdudlarında iki düzənlik-Məzrə və Zəngi düzənliklərini yaradır.

Əsrarəngiz təbiətə, bərəkətli torpaqlara və geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş edib.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycənin Buğdatəpə, Hacımumuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansaray, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansaray, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar kimi kəndləri dağdılıb.

XIX əsrin sonunda İrəvan quberniyasında dövlət kəndlilərinin iqtisadi həyatını tədqiq edən V.A. Parvitskinin əsərlərində Göyçə hövzəsinin coğrafi mövqeyini əks etdirən qiymətli məlumatlara rast gəlinir. Yeri gəlmişkən, tədqiqatçının Yeni Bəyazid qəzasında apardığı müşahidələr və araşdırmalar 1862-ci və 1893-cü illərdə Tiflisdə nəşr olunan “Cənubi Qafqaz dövlət kəndlilərinin iqtisadi həyatının öyrənilməsi üçün materiallar” adlı topluda çap olunub.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Göyçə gölü ətrafında yerləşən bu mahal digər tarixi torpaqlarımız kimi onun tərkibində olub. 1920-ci ildən Azərbaycanı işğal edib AXC hökumətinin fəailiyyətinə son qoyan rus bolşevik imperiyası tarixi torpaqlarımız olan Zəngəzur, Göyçə, Şərur mahalı, Dərələyəz mahallarını, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Göyçə mahalı “Kitabi-Dədə Qorqud”da rast gəlinən yer-yurd adlarının izinə Göyçə gölü boyunca hər qarışda rast gəlmək olar. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı – Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi – VİDEO

Next

Bu, Paşinyanın ikiqat ifşasıdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv