Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sənət adamlarınn orucluq təəssüratları: “İnsan olmaq lazımdır” – SORĞU + FOTO

By Vüsal Rafiqoğlu
27.03.2023 3 Min Read

Artıq Ramazan ayının 5-ci günüdür. Müşahidələr göstərir ki, oruc tutanların sayı il boyu ibadət edənlərdən daha çoxdur. Məşhurların oruc tutub-tutmaması hər zaman marağa səbəb olub.

Bəs görəsən, məşhurlar arasında kimlər oruc tutur?

Oxu.az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.

Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev ibadət etmədiyini söyləyib:

“Mən elə ilin on iki ayı oruc tuturam. Sözün düzünü desəm, elə daim oruc sayılıram. Günorta yerimdən qalxıram. Şirin çayımı içirəm, vəssalam. Bir də axşam 7-8 arası çörək yeyirəm. Bu hər zaman belə olub. Xaricdə də olanda belə edirəm. Bütün günü ac qalıram. Ona görə də formadayam. Yoxsa bəzi müğənnilər var ki, pencəklərini bağlaya bilmirlər. Lakin mən elə problemlərlə rastlaşmamışam. Heç vaxt mənə kökəlmisən deyilməyib”.

Ə.Mirəliyev bəzi xəstəliklər səbəbindən ibadət edə bilmədiyini əlavə edib:

“Bu ayda xüsusi ibadət etmirəm. Yalandan deyə bilmərəm. Özüm seyid olsam da, etmirəm. Məndə bəzi xəstəliklər var. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə, ibadət edə bilmirəm. İstəsəm də, oruc tuta bilmərəm. Namaz da qılmıram. Səhhətim imkan vermir”.

Müğənni Mətanət Əsədova haqq yolunda olduğunu bildirib:

“İlk öncə müsəlman xalqına dözüm və səbir arzulayıram. Allah oruc tutub, namaz qılan müsəlmanlara qüvvət versin. Mən haqqın, Allahın yolundayam. Məni daxilən tanıyan insanlar bilir. Ətrafımda da elə insanlar çoxdur. Mən çox vaxt Allahın evindəyəm”.

M.Əsədova sağlamlığının yol vermədiyi üçün bu il oruc tuta bilmədiyini deyib:

“Oruc vaxtı ilə tutmuşam. Sağlamlığım səbəbindən indi tuta bilmədim. Tutmağı düşünürdüm. Orucun insana çox xeyri var. Sağlamlıq cəhətdən də elədir. Dərmanlara görə alınmadı.

İbadəti sidq ürəkdən etmək lazımdır. Rol oynamağa ehtiyac yoxdur. Allaha şəkk gətirməyənlərin yanındayam. Mən yalnız özümə cavabdehəm. Kimisə ibadət etməyə zorlamaq olmaz”.

Xalq artisti, aktrisa Naibə Allahverdiyeva heç vaxt oruc tutmadığını söyləyib:

“Ramazan ayı münasibətilə hər kəsi təbrik edirəm. Bütün dualar, niyyətlər Allah tərəfindən qəbul olunsun. Mübarək aydır. Heç vaxt oruc tutmamışam. Bəzi problemlərim var. Heç cür bacarmıram. Mən istərdim ki, tək bu ayda yox, insanlar hər zaman nəfsinə qalib gələ bilsinlər. Bir ay belə olub, sonra başqa cür olmalarına ehtiyac yoxdur”.

Aktrisa hər zaman dualar oxuduğunu qeyd edib:

“Çalışıram hər zaman dualar oxuyum, insanlara bacardığım köməyi edim. İnsan hər zaman bunu etməlidir. Tək orucluq ayında yox. Dünya çox fanidir. İnsanlar bu gün var, sabah yoxdur. Ölümlər belə insanı təəccübləndirmir. Biz insanlar gərək yaxşılıq topalayaq. Çünki insan gedəndə özü ilə heç nə aparmır. Bu dünyadan yalnız ad və rəhmət aparır. Allahın nəzəri əskik olmasın. Ən böyük arzum dünyada sülh olmasıdır. Bir can sağlığı, bir də sülh olsun. Başqa heç nə istəmirəm”.

Müğənni Yaşar Yusub isə illərdir oruc tutduğunu deyib:

“Artıq 10 ildir ki, namaz qılıram. Ramazan ayının da 5-ci günüdür. Çox şükür ki, işlərimi də edirəm, ibadətimdən də qalmıram. İllərdir belədir. Çalışıram ki, orucumu tutum. Bacardığımız qədər ibadət edirik. Allah bütün ibadətləri qəbul etsin”.

Aktrisa Çimnaz Sultanova bildirib ki, il ərzində yaxşılıq etmək lazımdır:

“Oruc tutmuram. İnsan olmaq lazımdır. Bacardığın qədər köməklik etməlisən.. Yaxşılıq, köməklik etmək lazımdır. Ramazana aidiyyəti yoxdur. Təkcə bu ayda yox. İl ərzində qaydalara əməl etmək lazımdır. Allah bu ay hər kəsə ruzi və bərəkət bəxş etsin”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdədə polis əməliyyat keçirdi, 11 nəfər saxlanıldı-VİDEO

Next

Yaxın aylarda Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv