Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Məktəb bufetləri bağlansınmı? – Eyyub Hüseynov ilginc faktlar açıqladı

By Vüsal Rafiqoğlu
08.04.2023 3 Min Read

“Məktəb bufetləri özbaşına qalıb…”

Bakıdakı 20 nömrəli məktəbdə kütləvi qida zəhərlənməsi məktəb və universitetlərdəki bufetlər mövzusunu cəmiyyət üçün, özəlliklə valideynlər üçün təzədən aktuallaşdırmış oldu. Əlbəttə, baş verənlərdə əsas günahkar həmin obyektlərdə qida təhlükəsizliyinə məsul olanlardır.

Qeyd edək ki, hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstrəilidikdən sonra ambulator müalicə üçün evə buraxılıb. TƏBİB-in ictimaiyyətlə əlaqələr sektorundan “Yeni Müsavat”a verilən məlumata görə, 20 nömrəli məktəb-liseydə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsinin olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin məktəblərdə müvafiq xidmətin göstərilməsi ilə bağlı təlimatı var. Orada qeyd olunur ki, evdən gətirilən un məmulatlarının satışı, ət məhsulları, hisə verilmiş məhsulların satışı qadağandır. Məktəblərdə ət məhsullarının satışının qadağan olunması ilə bağlı suala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, nəticələr barədə məlumat veriləcək.

Onu da diqqətə çatdıraq ki, valideynlər zaman-zaman övladlarının məktəbdən aldıqları qidalardan şikayət edirlər. Bizimlə söhbətdə valideyn Zülfiyə Əliyeva qeyd edir ki, uşaqlarına artıq məktəbdən nə isə almağa icazə vermir: “Bir neçə dəfə olub ki, evdə uşağın çantasına qoymağa heç nə olmayıb, pul vermişəm ki, bufetdən alsın. Həmin gün uşaq qarın ağrı, ürək bulanması ilə evə gəlib, halbuki uşağı sağlam şəkildə məktəbə göndərmişəm. Soruşuram, deyir, ”bulka” yemişəm. Bəlkə də köhnə olub, nə bilirik. Deyirlər valideynlər nəzarət etsin, necə edək? Məktəbin heç qapısından belə içəri buraxmırlar, o da qalmışdı ki, bufetə gedib baxaq. Bu cür hadisədən sonra necə etibar etmək olar?!”

Bəs nə etməli, uşaqlar, valideynlər nələrə diqqət etməlidir?

Oxu.az - Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin  hüququnun pozulmasıdır” - VİDEO

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, Azad İstehlakçılar Birliyi ictimai təşkilat olduğu üçün yoxlamalar aparmır: “Biz əhalidən gələn şikayətləri tədqiq edirik, dövlət orqanlarının qarşısında qaldırırıq. Qeyd edim ki, hələ Standartlaşdırma üzrə Komitə olan zaman məktəb bufetləri üçün standartlar hazırlandı. Məktəb bufetlərində bir sıra məhsulların satışı qadağan olundu, o cümlədən də kolbasalar, sosiskalar, qazlı içkilər, ”Coca-Cola” və sair. Hazırda məktəblərdə, xüsusilə region məktəblərinin bufetləri icarəyə verilib. Ayrı-ayrı sahibkarlar bununla məşğul olur.

Məktəb bufetləri özbaşına qalıb. Çox yaxşı haldır ki, AQTA monitorinqlər aparır bu sahədə. Lakin ictimai nəzarət burada yerində olmalıdır. Xüsusilə valideynlər komitəsi fəal olmalıdır. Məktəb müəllimləri ilə əlbir işləməlidirlər və daim məktəb bufetlərində monitorinqlər aparmalıdırlar. Deyirlər zəhərlənmə toyuq ətindən baş verib. Toyuq əti tez çirklənən ərzaqdır. Əminəm ki, bunun səbəbini qətiyyən toyuq ətinin istehsalçısında tapmayacaqlar. Çünki 26 ildir biz hələ bir dəfə də sənaye üsulu ilə istehsal olunan məhsuldan zəhərlənmə zamanı hüquqi nəticə əldə edə bilməmişik. Çünki hər bir məhsulun sertifikatı var. Sertifikat verdisə, Azərbaycan həkimlərinin əlini kəsəsən də yazmaz ki, zəhərlənmə filan sənaye üsulu ilə hazırlanan məhsuldan olub. Mütləq bunu yıxacaqlar ya mətbəxdəki soyuducunun üstünə, ya oradakı adamların, ya da şagirdlərin öz üzərinə. Hələ bu vaxta kimi biz zəhərlənmədən əzab çəkmiş adamlara kompensasiya verilməsinə nail ola bilməmişik. Çünki hamısında istehlakçının özü günahkar çıxarılıb”.

Ekspert əlavə edib ki, bu vəziyyətdən qaçmaq üçün əlbəttə ciddi maarifləndirmə işi aparılmalı, ictimai nəzarət güclənməlidir: “Valideyn komitələri, müəllimlər, sinif rəhbərləri ciddi nəzarət etməlidirlər. Kiçik bir problem görən zaman mütləq AQTA-ya məlumat verilməlidir. Əlbəttə, Azad İstehlakçılar Birliyi mükəmməl işləsə belə məsələlər az olar. Təəssüflər olsun ki, birliyimiz istədiyimiz səviyyədə deyil, bizim günahımız da var bu məsələdə, ona görə bu kimi hallar baş verir”.

Göy cisimlərinin insan orqanlarına fizioloji təsiri... -

Ağa Salamov 

Qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov isə bildirib ki, həm məktəblərdə, həm də universitetlərdə yeməklər gənclərin qida rasionuna uyğun şəkildə hazırlanmalıdır: “Misal üçün, təhsil müəssisələrinin bufetlərində rəngli və qazlı içkilər satılır. Fosfor turşusu ilə zəngin olan bu içkilərin PH səviyyəsi aşağı, şəkər miqdarı yüksək olur. Bu da gələcəkdə şagird və tələbələrdə şəkərli diabet, ürək-damar xəstəliklərinə yol aça bilər. Bu səbəblə bufetlərdə adi qazsız suların, zərərsiz qazıl içkilərin satılması həm sağlamlıq, həm də qiymətlər baxımından daha məqsədəuyğundur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ən mükəmməl cütlük hansı bürclərdən çıxır? – QOROSKOP

Next

Silahlı deputatlar – Güllə atmağı öyrənməyə nə qədər vaxt lazımdır?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv