Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bir şəklin tarixçəsi: “Fotomuzu muzeylərdə, vətənpərvərlik mövzusunda bannerlərdə görürəm” – FOTO

By Vüsal Rafiqoğlu
09.05.2023 2 Min Read

Altmış dörd yaşlı Sabir Məmmədov Xaçmaz Poçt filialında mühəndis vəzifəsində çalışır. Amma rayonda hamı onu ulu öndər Heydər Əliyevlə cəbhə bölgəsində şəkli olan zabit kimi tanıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabir Yusif oğlu Məmmədov Birinci Qarabağ savaşında cəbhəyə yollanaraq Vətənin müdafiəsində yaxından iştirak edib. 1992-ci ildən başlayaraq müxtəlif döyüş bölgələrində batalyon komandirinin müavini və qərargah rəisi kimi xidmət edib. Ön cəbhədə beş il fəaliyyətdən sonra 1997-ci ildə ordudan tərxis olunub.

Deyir ki, qanlı-qadalı cəbhə xatirələri çoxdur. Amma onun yaddaşında ən çox iz buraxan hadisə ümummilli liderin ön cəbhəyə səfəri zamanı, onunla səngərdə görüşməsidir.

“Həmin şəkil 1994-cü ilin aprel ayında Füzulidə, ulu öndərlə cəbhədə görüşümüz zamanı çəkilib. Bizim heç nədən xəbərimiz yox idi. Ümummilli lider yaxınlıqdan keçərkən avtomobildən düşdü və əsgər-zabitlərlə görüşdü. Sonra düşmən tərəfi diqqətlə müşahidə etməyə başladı. Elə səngərdə ayaq üstə zabitlərlə 40-45 dəqiqə ərzində müşavirə keçirdi, tapşırıqlarını verdi. Heydər Əliyevlə şəklim də həmin görüş zamanı çəkilib.

Orada televiziya əməkdaşları, fotoqraflar vardı. Ulu öndər səngərdə mənə yaxınlaşdı, vəziyyətlə maraqlandı. Silahımı əlinə götürüb mənə suallar verdi. Sonra yaşayış yerimlə, ailə vəziyyətimlə maraqlandı. Beş və altı yaşlarında iki övladımın olduğunu söylədim. Cəbhədən çox uzaqda yerləşən bir rayondan döyüşə gəldiyim üçün məni nümunəvi zabit kimi təqdim etdi. Sonra döyüş tapşırıqlarının icrası ilə maraqlandı. Ulu öndər bütün sualların cavablarını diqqətlə dinləyir, analiz edirdi. Döyüşçülərə olduqca qayğı ilə yanaşırdı. Heydər Əliyevin cəbhə bölgəsinə səfərləri biz döyüşçülərdə böyük ruh yüksəkliyi yaratmışdı”, – deyə Sabir Məmmədov söyləyib.

Həmsöhbətimiz bildirir ki, cəbhədə ulu öndər Heydər Əliyevlə olan şəkillərinə muzeylərdə, qəzet və jurnallarda, bəzi rayonların girişində quraşdırılan vətənpərvərlik mövzusunda bannerlərdə rast gəlir. Veteran döyüşçü həmin anları xatırlayanda qürur hissi keçirir.

“Ulu öndərin düşmənlə üz-üzə olan ön səngərə gəlməsi bizdə böyük ruh yüksəkliyi yaratdı. Real vəziyyəti yerində qiymətləndirən Heydər Əliyev orduda islahatlara başladı. Məhz ümummilli liderimiz tərəfindən əsası qoyulan güclü Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində düşmənə qalib gələrək torpaqlarımızı azad etdi. İndi Laçında quraşdırılan sərhəd-keçid məntəqəsindən yayımlanan reportajlara baxıb qürurlanmamaq olmur. Artıq Azərbaycanın sərhədlərinin bütövlüyü təmin olunub. Bu, ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin əsas qayəsi idi. Mən xoşbəxtəm ki, ümummilli liderimizlə şəxsən görüşmək, söhbət etmək qismətim olub. Ulu öndər Heydər Əliyevlə görüş qanlı-qadalı cəbhə gündəliyimin ən xoş xatirəsidir”, – deyə Sabir Məmmədov söyləyib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qadına hədə-qorxu gələrək pul tələb edən şəxs saxlanılıb – VİDEO

Next

Türkiyədə “Heydər Əliyev-2023” təlimləri keçirilir – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv