Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Manset

Alıcılara XƏBƏRDARLIQ: “Bazarda kifayət qədər saxta qızıl var”

By Vüsal Rafiqoğlu
02.06.2023 2 Min Read

Dünya bazarında baş verən iqtisadi təlatümlər insanları çətin duruma salıb. Bu gün çoxlarını düşündürən əsas sual budur ki, ehtiyat vəsaitlərini necə və hansı formada saxlamaq daha yaxşı olar. Çünki xarici valyutaların dayanıqlılığına  şübhələr var. Yerli banklar isə əksəriyyət tərəfindən etibarlı tərəfdaş kimi görülmür.

Bu zaman isə iki yol qalır:

Bunlardan biri daşınmaz əmlak bazarıdır. Lakin bu sahədəki yüksək qiymətlər orta statistik azərbaycanlının imkanları ilə tərs mütənasibdir.

İkinci variant isə qızıl yatırımıdır. Amma indiki halda bu bazar da çox risklidir. Çünki qiymətli metallar bazarına dövlət nəzarəti olmadığı üçün ixtiyari vətəndaşın hər an aldanmaq riski var.

Mövzu ilə bağlı Bizim.media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanın əmtəə bazarının ən çox çirklənmiş seqmentlərindən biri qiymətli metallar, daş-qaş və qızıl məmulatları bazarıdır:

“Qızıl bazarına nəzarət edən Əyar Palatası 5 il əvvəl ləğv olundu. Əvəzində isə heç bir ququm yaradılmadı. Halbuki həmin palata ölkəmizə gətirilən qızıl məmulatlarını yoxlayırdı, keyfiyyəti standartlara cavab verdiyi təqdirdə isə məhsulun üzərinə öz möhürünü vururdu.

Biz də əhali ilə iş aparırdıq ki, aldığınız qızıl məmulatlarının üzərində palatanın möhürünün olmasına fikir verin. Əgər məmulatın üzərində möhür var idisə, deməli qızıl keyfiyyətli idi”.

Eyyub Hüseynov təəssüflə qeyd etdi ki, hazırda qızıl bazarına heç bir nəzarət mexanizmi yoxdur:

“Ona görə də bu sahədə hazırda çox böyük problem yaşanır. Eləcə də Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl və qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib.

Bu qərarda o da qeyd edilib ki, satıcılar qızıl məmulatlarını geri qaytarmaya və dəyişdirməyə bilərlər. Baxmayaraq ki, bu qərar daha çox qızıl satışı ilə məşğul olanların marağına xidmət edir. İstehlakçınınsa hüququ kobud şəkildə pozulur. Məsələn, Azad İstehlakçılar Birliyinə şikayət daxil olub ki, 20 min manata aldığım qızıl saat işləmir, satıcı isə saatı nə geri alır, nə dəyişir.

Beləcə, istehlakçılar çıxılmaz vəziyyətə düşürlər. Qanundakı boşluğa görə biz də şikayətçiyə kömək edə bilmirik”.

Birliyin sədri onu da əlavə edib ki, hazırda ölkəmizdə qızıl satıcıları “Üç muşketyor” qaydaları ilə, yəni “birimiz hamımız üçün, hamımız birimiz üçün” qaydası ilə işləyirlər:

“Hazırda qızıl bazarına heç bir nəzarət yoxdur. Ona görə də ən qısa zamanda bu məsələ ilə bağlı hökumət ortaya mövqe qoymalıdır. Çünki ölkənin əmtəə bazarında külli miqdarda saxta və aşağı keyfiyyətli qızıl var. Və saxta qızıl alan vətəndaşlar aldandıqlarını bildikləri təqdirdə heç bir hərəkət edə bilmir, itki ilə barışmaq zorunda qalırlar. İctimai təşkilat olaraq biz də qanundakı boşluqlar üzündən istehlakçıya kömək edə bilmirik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə prezidentinin andiçmə mərasimində 20 dövlət başçısı və 45 nazir iştirak edəcək

Next

Paşinyan dövlətə xəyanətlə bağlı cinayət işi üzrə dindirilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv