Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Çin siyasətində Azərbaycan kodu – “Kaspi”nin TƏHLİLİ

By Vüsal Rafiqoğlu
10.06.2023 3 Min Read

Çinin yeni beynəlxalq nizamda özünə yer etməsi cəlbedicilik qazanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu il mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxış edərkən Pekinin vasitəçilik tonuna vurğu etməsi diqqət çəkir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rusiya-Ukrayna müharibəsində uzanan döyüşlər, nəticəsiz qalan diplomatik danışıqlar ortaya daha iddialı və digər dövlətləri də öz orbitinə cəlb edən bir güc çıxarır – söhbət Çindən gedir.

Çinin hansı tərəfin üstünlük göstərməsindən asılı olmayaraq, mümkün nəticələrdən faydalanmaq üçün mövqe tutduğu aydındır.

Bu mənada Pekinin Ukraynada partlayan sursatların, raketlərin şiddəti fonunda Rusiya ilə yaxınlıq nümayiş etdirməsinin həm blef, həm də real təzahürləri mövcuddur.

Rusiyadan Çinə “yaşıl işıq”

Çinin strateji tərəfdaşı Rusiya ilə qol-qola girməsi Moskvanın siyasi ambisiyalarından çox, Qərbi zəiflətməyin yollarını aramaq məcburiyyətinə söykənir. Bunu başa düşən Kreml isə Pekini öz tezislərinə inandırmaq üçün ona güzəşt paketi təqdim etməyə hazırdır.

Yəqin ki, Rusiya Çinin Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, Arktika, Avropa, Asiya-Sakit Okean, Afrika regionlarında şişib böyüyən əzələlərinə maneə yaratmaqdan qaçır, bunun əvəzində isə Pekindən Ukraynaya qarşı hərbi-siyasi dəstək gözləyir.

Çin hələlik bu dəstəyi siyasi miqyasda göstərir, “hərbi yardım da verə bilərəm” mesajını verir. Onun nəhəngləşən qarşısıalınmaz qüdrəti qarşısında Qərb də çıxış yolları axtarır, bu baxımdan Avropa İttifaqından Çinə səfərlər intensivləşir.

Pekin münaqişəli regionlarda moderatorluq iddiasındadır

İntensivlik Pekinin maraqlarına zərbə vurmaq yox, onun yaratdığı iqtisadi-ticari şəbəkə portfelində yer alıb divident qazanmaq və ABŞ-Böyük Britaniya ikilisinin Çinlə gərginləşən münasibətləri arasında sıxılmamaq xarakterinə malikdir.

Çünki Qərbin qolu olan Avropa İttifaqı Çinlə “qoca qitə”ni birləşdirən, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyənin yer aldığı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) pay almaqda maraqlıdır.

Qərbdəki bu maraq Çinin Moskva ilə Kiyev arasında münasibətlərinin formalaşmasında qazancını artırır, Avropa İttifaqının iki nəhəngi – Almaniya və Fransa ilə münasibətlərində böyük mövqe qazandırır.

Qazanılan mövqe Qərbin digər qanadı – ABŞ-Böyük Britaniya – ikilisinə qarşı Çinin müqavimət oxunu şaxələndirir, üstəlik şərait yaradır ki, o, Avropa İttifaqını NATO ilə mübarizədə kənarda qoysun.

Çin qlobal səhnədə qazandığı uğurları tamamlamaq üçün münaqişəli regionlar üzrə moderatorluq iddiasını da çəkinmədən göstərir, İranla Səudiyyə Ərəbistanının barışdırılması buna misal ola bilər.

Azərbaycan Çinin siyasətini diqqətlə izləyir

Çinin yeni beynəlxalq nizamda özünə yer etməsi cəlbedicilik qazanır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mayın 3-də Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxış edərkən Pekinin vasitəçilik tonuna vurğu etməsi diqqət çəkir.

Prezidentin Zəngəzur dəhlizi layihəsində Çinin iştirakına işarələr fonunda Pekinin Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin normallaşdırılması məsələsindəki rolunu çox yüksək qiymətləndirməsi maraq doğurur.

Bu o deməkdir ki, Çinin siyasəti diqqətlə izlənilir, bunun Cənubi Qafqaz regionuna, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirlərinin strateji analizi aparılır.

Bakı ilə Pekinin bir-birinin tərəzisində qarşılıqlı çəki artırması labüd xəttə çevrilir, yəqin buna görədir ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Çinə getdi.

Bəlkə də YAP-ın Çin gedişi gələcək ali səviyyəli danışıqların proqramının hazırlanması üçün yol xəritəsidir.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” beynəlxalq iqtisadi-ticari marşrutuna Zəngəzur dəhlizini inteqrasiya etmək, bunu Orta Dəhlizin tərkib hissəsinə çevirmək niyyətindədir və görünür ki, Pekindən də bu barədə pozitiv siqnallar almaqdadır.

Mümkün Çin mərkəzli nizama meyl etməklə…

Nəticə çıxarmaq çətin deyil ki, Ukraynada davam edən müharibə Pekinin genişlənmə siyasətinə xidmət edir, Rusiyanın da, elə Qərbin də uzunmüddətli zəifləməsinə gətirib çıxarır.

Çin güc balansını əsaslı şəkildə uzunmüddətli perspektiv üçün öz xeyrinə dəyişdirmək yolunda inamla gedir.

Çin perspektiv qlobal təhlükəsizlik və siyasi arxitekturaların banisi olmaq iddiasındadır və o, bunun üçün maraqları olan bütün yerlərdə rəqiblərinin güc mövqelərini zəiflədərək zəmanət qazanmağı hədəfləyir.

Azərbaycan mümkün Çin mərkəzli nizama meyl etməklə gələcəyin konyunkturasında təsir imkanlarını artıra və Pekinlə razılaşdırılacaq layihələrlə təhlükəsizlik qarantiyaları əldə edə bilər.

Geosiyasi baxımdan Çin Rusiya və ABŞ-nin vassallaşdırma siyasətinin qarşısına keçir və nəhəng iqtisadi layihələrlə rəqiblərinin mövqeyini zəiflətməyi hədəfləyir.

Bu, hegemon dövlətlərə meydan oxumaq tərzidir, Azərbaycanı isə rəqiblərin bir-birini üzdə, arxa planda didməsi və ya sövdələşmələri deyil, cari situasiyalardan necə karlı çıxacağı maraqlandırır.

Azərbaycan Çinin siyasi üfüqlərdə açdığı çətiri yüksək səviyyədə qiymətləndirməklə göstərir ki, Bakı ilə Pekin arasında Zəngəzur dəhlizi kontekstində mühüm danışıqlar keçiriləcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP beynəlxalq velosiped turniri ilə bağlı sürücülərə müraciət edib

Next

Toppuş bacının əri: “Qayınatam yenidən evlənməyimə icazə verib”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv