Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Ey Səbuhi, qoca qartal”, bir azca da döz

By Vüsal Rafiqoğlu
07.08.2023 3 Min Read

Tanıdığımızdan bəri ilk dəfədir ki, Səbuhinin adı çəkilir və üzümüzdə təbəssüm əmələ gəlmir. Çünki həmkarımız, keçmiş əməkdaşımız, dostumuz həyat savaşı verir.

Əvvəllər isə belə deyildi. Ondan söhbət düşəndə mütləq məzəli söhbətləri yada düşərdi. Bu əhvalatlar ya onun özünün başına gəlmişdi, ya da şahidi olmuşdu, bir azca ədva vurub danışırdı. Həmkarımız maraqlı yazılar müəllifi olduğu qədər də maraqlı söhbətləri ilə məşhurdur.

İndi onlardan bir qatarını burda yazıram – sırf kədərli fikirlər qovulsun, pozitiv ovqat yaransın deyə.

2002-c i il idi, bir səhər Səbuhi işə gələn kimi mənə dedi ki, halal elə, dünən sənin imzana görə Biləcəridə mənə babat qonaqlıq verdilər. Dedim, halal xoşun olsun, amma Biləcəridə hamı səni tanıyır axı.

Gülə-gülə hadisəni danışdı. Demək, Səbuhi kafe-restoranda oturub yeyib-içirmiş. Birdən barmen ona yaxınlaşıb ki, qardaş, sən Səbuhi Məmmədli deyilsənmi? Səbuhi təsdiqləyib. Barmen deyib, mən sizin qəzetin daimi oxucusuyam. Və başlayıb qəzetdəki imzaları bir-bir sadalamağa. Sıra Samir Sarıya çatanda barmen deyib, bilirəm, o təxəllüsdür, amma kimin təxəllüsüdür, bilmirəm. Səbuhi ona tərəf əyilib, deyib, aramızda qalsın, o, mənim ikinci imzamdır… Süfrəyə təzədən kabab və araq gəlib və axırda ondan pul almayıblar.

Bənzər hadisənin biri də onun başına Rostovda gəlib. Kafe-bistroda yemək yeyir, pivə içirmiş. Masasına bir bazburutlu rus yaxınlaşıb, pivə parçını masaya qoyan kimi Səbuhidən soruşub: “Serbsən?” Səbuhi fikirləşib ki, beş dəqiqəlik serb olmaqla heç nə olmaz, deyib, bəli, Belqraddanam. Adam soruşub: “Belqradın harasından?” Səbuhi çox fikirləşməyib, dərhal deyib ki, Belqradın şimal çıxışında, şəhərə bitişik Bolodjor qəsəbəsi var, ordanam. Cantaraq rus yenə soruşub: “Adın nədir?” Səbuhi dərhal cavab verib: “Sinişa. Sinişa Boban”. (Özü deyir ki, bu ad-soyadı iki futbolçunun – Sinişa Mixayloviç və Zvanomir Bobanın adından bir saniyədə düzəldib). TIR sürücüsü olan rusun buna qanı qaynayıb, heç demə, slavyan nasisti imiş. Birlikdə yeyib-içə-içı xorvatları, boşnakları, albanları asıb kəsə-kəsə böyük slavyan imperiyası düzəldiblər, “brat”ın biri bir qəpiyə düşüb. Axırda Səbuhi ona Biləcəridəki ev telefonunun nömrəsini verib, deyib, nə vaxt Bolodjora yolun düşsə, zəng et, normalnı oturaq.

Bir dəfə onu Lənkərana reportaja göndərmişdik. Kişi kimi də taksiya oturub gedirmiş. Taksidə dörd nəfər imişlər. Salyana çatanda sərnişinlərdən biri deyir ki, Şorsulu qəbristanlığına dönə bilərikmi, atama yasin surəsi oxutdurum, gedək. Heç kəs etiraz eləmir. Sürücü maşını qəbristanlığa sürür, sərnişinlər düşürlər və məlum olur ki, səhər çağı olduğundan məzarlıqda molla yoxdur. Adam dirəşir ki, yox, bura dönmüşüksə, molla tapmalıyıq. Səbuhi görür ki, gec olacaq, deyir, ay qardaş, surə surədir də, nə fərqi var, mən də oxuya bilərəm, mollanı neynirsən. Kişi razılaşır ki, yaxşı, oxuya bilirsən, oxu. Səbuhi “bismillahi rəhmanirrəhim”lə sözə başlayır, yas yerlərində eşitdiyi, yadında qalan surələri, ayələri qaynaq edərək moizə edir, mətnə “malik yamiddin, qülfüvallahu əhəd, Allahu səməd, sratiəlləzinə”-filan da qatır, axırda da “vərəhmətullahi və bərəkətühü” deyə yekunlaşdırır. Kişi də razı qalır, sürücü də, o biri sərnişinlər də.

Onun haqqında media camiəsində dolaşan lətifələrdən biri belədir ki, getmədiyi rayonlardan reportaj yazdığı olub. Gerçəkdən bir-iki dəfə belə şeylər edib. Yaxşı bələd olduğu rayonda baş vermiş hadisə barədə həmin rayonda yaşayan dost-tanışlarından müfəssəl məlumat alıb, sonra iti beyni, zəngin təxəyyülü ilə real bir reportaj düzüb-qoşub. Belə şey onun əlində elə də çətin iş deyil. Amma əksər reportajlara özü gedirdi və yarıdırdı, yaradırdı. Xüsusilə də xarici ölkələrə səfərlərindən əla reportajları var.

Məsələn, Suriyadan hazırladığı reportaj xüsusilə gözəl idi. Mən onun tankın üstündə oturub çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəklin altında zarafatla “Sübxi, bura həqiqətən Suriyadır, yoxsa Neftçalanın Surra kəndidir?” kimi bir şərh yazmışdım, heç ondan çıxmayan iş, incimişdi. Sonra zəng vurub könlünü aldım ki, bu zarafatları yüz dəfə eləmişik axı.

İndi o, ağır durumdadır. Onu tanıyanların bircə arzusu var ki, qoca qartal, bir azca dözsün, dursun, aramıza dönsün, ürəyi istəyən kimi həyatına davam eləsin, məzəli söhbətlərini özü danışsın, ya da yazsın.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şagird yerdəyişməsinə start verilir

Next

Bərdə rayonunda abadlıq işləri davam etdirilir VİDEO+FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv