Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Erməni faşizminin növbəti hərbi cinayəti – Bərdə terroru

By Vüsal Rafiqoğlu
05.10.2023 4 Min Read

44 günlük İkinci Qarabağ müharibəsi dövründə Bərdənin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qaldığı 5 oktyabr 2020-ci il tarixindən üç il ötür

İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətini anlayan, aciz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki insanları məqsədli şəkildə hədəf almaqla müharibə və insanlıq əleyhinə növbəti cinayətlərə imza atdı.

Eyni zamanda, qarşı tərəfin məqsədi həm də panika, qorxu yaratmaq, Azərbaycanı cavab addımı ilə təxribata çəkmək idi. İrəvan müharibə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini, dinc insanları hədəf almaqla Azərbaycan tərəfini Ermənistan ərazisinə, mülki əhalinin yaşadığı yerlərə atəş açmağa təşviq edirdi. Bununla da üçüncü qüvvələri müharibəyə cəlb etməyə, beynəlxalq səviyyədə əleyhimizə təbliğatı genişləndirməyə çalışırdı. Amma heç birinə nail ola bilmədilər. Çünki Azərbaycan bütün beynəlxalq konvensiyalara, qanunlara uyğun müharibə apardı, dinc insanları heç bir halda hədəf seçmədi. Panika yarada bilmədi, əksinə, insanlarımızın döyüş ruhunu daha da artırdı. Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələrinə tab gətirməyərək silah-sursatlarını da döyüş meydanında ataraq qaçan erməni silahlıları Bərdə, Gəncə və Tərtər şəhərlərində mülki əhalini hədəfə aldılar. Ermənistan ordusu beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, eləcə də oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdi.

Bərdə terroru öz miqyası və ağrı-acısı ilə daha dəhşətli idi. İlk faciə 5 oktyabr tarixində yaşandı. Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak oldu, 6 nəfər yaralandı, mülki infrastruktura külli miqdarda ziyan dəydi. Ümumilikdə, 2020-ci il 05, 08, 27, 28 oktyabr və 07 noyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket, atmışdır. Bunlardan “Elburus”, “Qrad” və çoxsaylı ballistik raketləri göstərmək olar. Terror aktları nəticəsində ümumilikdə 29 nəfər həlak olmuş, 108 nəfər yaralanmışdır. Təkcə 28 oktyabr saat 13 radələrində Ermənistanın silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbəsi endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Tviter” səhifəsində etdiyi paylaşımda bildirmişdi: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsindəki paylaşımında qeyd edib: “… Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır – Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!”

Xatırladaq ki, bir gün əvvəl – oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi raket atəşinə tutulmuşdu. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla 5 dinc sakin həlak olmuş, 14 mülki şəxs yaralanmışdı.

Ermənistan müharibənin gedişində təkcə Bərdəni deyil, döyüş bölgələrindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, digər yaşayış məntəqələrimizi də mütəmadi olaraq raket atəşinə tutaraq mülki əhaliyə qarşı müharibə cinayətləri törətmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşması əldə olunmasına baxmayaraq Ermənistan ilk günlərdən həmin razılaşmanı kobud şəkildə pozdu. Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni beş dəfə bombaladı.

Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Bu cinayətlər həm də onu göstərdi ki, Birinci Qarabağ müharibəsində mülki insanlarımıza görünməmiş qəddarlıqla qətlə yetirən, işgəncələr verən, Xocalı soyqırımını törədən Ermənistanın terrorçu, cinayətkar xisləti dəyişməyib.  Ermənilərin törətdikləri bu terror əməllərinin nəticələrini müşahidə etmək üçün hadisə yerinə gələn diplomatların münaqişənin əsl mahiyyəti ilə bağlı suallara cavab veriləcəyi bildirilsə də, uzun illər ərzində həqiqəti eşitmək istəməyən, reallığı təhrif edənlər yenə də susmağa üstünlük verdilər. Lakin Azərbaycanın 44 gündük Vətən müharibəsində tarixi Qələbəsi bu dövlətlərə, beynəlxalq təşkilatlara da ciddi mesaj verdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ordumuz şəhidlərimizin, həlak olan mülki əhalinin qisasını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsi və bu ilin sentyabrın 19-da Qarabağda başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan dövlətinin, xalqının gücünü, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması ilə nəticələndi. Dövlətimizin başçısı bildirir ki, vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Biz səbirliyik, ancaq qətiyyətliyik

Next

Bizim yumruğumuz birliyimizdir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv