Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yeni Günəşlinin abad olmayan həyəti – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

By Vüsal Rafiqoğlu
05.11.2023 4 Min Read

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivindəki 8-ci binanın sakinləri bildiriblər ki, yaşadıqları binanın həyətində asfalt örtük təmirsizdir. Digər yaşayış binalarının həyətindən fərqli olaraq, bu binanın həyətində hər hansı abadlıq, quruculuq işləri, yaşıllaşdırma tədbirləri görülmür. Buradakı idman və uşaq əyləncə vasitələri olduqca primitiv, istismar müddəti başa çatmış, sınıb sıradan çıxmış vəziyyətdədir. 

“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivindəki 8-ci binanın bir qrup sakini redaksiyamıza müraciət edərək yaşadıqları binanın həyətindəki vəziyyətdən şikayətləniblər. Sakinlər bildiriblər ki, qeyd edilən ünvandakı binanın həyətində asfalt örtük təmirsizdir. Digər yaşayış binalarının həyətindən fərqli olaraq, bu binanın həyətində hər hansı abadlıq, quruculuq işləri, yaşıllaşdırma tədbirləri görülmür. Buradakı idman və uşaq əyləncə vasitələri olduqca primitiv, istismar müddəti başa çatmış, sınıb sıradan çıxmış vəziyyətdədir.

Cavabsız qalan müraciətlər

Sakinlər həyətdə oturacaq və söhbətgahların da müasir tələblər səviyyəsində olmadığını vurğulayıblar. Qeyd ediblər ki, həyətdəki boş, yararsız ərazi kimi saxlanılan hissələrdə müxtəlif idman qurğuları, uşaq əyləncə vasitələri, futbol və ya basketbol meydançaları quraşdırmaq mümkündür. Həmçinin, asfalt örtük döşəmək, təmirə ehtiyacı olan hissəni təmir etmək, əlavə həmişəyaşıl ağaclar əkmək, sakinlərin asudə vaxtının daha səmərəli keçməsini də təmin etmək olar. Vətəndaşlar iddia edirlər ki, bununla əlaqədar dəfələrlə Suraxanı Rayon İcra Hakimiyyətinin yerli icra nümayəndəliyinə, bələdiyyəyə, mənzil istismar sahələrinə müraciət etsələr də, onların istəklərinə, təkliflərinə cavab verən olmayıb.

“Həyətə düşəndə uşaq qalır naəlac…”

Vətəndaşların müraciətini əsas tutaraq biz də həmin ünvanda olduq. Bina sakinlərin narazılığının və şikayətinin haqlı olduğunu yerində müşahidə etdik.

Beş yaşlı nəvəsini gəzintiyə çıxaran Bahar xanımla həmsöhbət olduq. O bildirdi ki, ətraf binaların həyətində abadlıq işləri aparılıb, uşaqlar üçün əyləncə meydançaları, müxtəlif növ əyləncə vasitələri quraşdırılıb. Lakin nə səbəbdənsə eyni rayonun tabeliyində olan bu binanın sakinləri üçün belə şərait yaradılmayıb:

“Bu binanın altıncı mərtəbəsindəki mənzildə yaşayıram. Nəvəm körpədir. Onun da, elə özümüzün də hava almağa, gəzməyə ehtiyacı var. Bu səbəbdən gün ərzində nəvəmi bir neçə dəfə həyətə düşürür, açıq havada oynamasını, sağlam böyüməsini istəyirəm. Lakin həyətə düşəndə uşaq qalır naəlac. Bilmir nə ilə oynasın, nə ilə əylənsin. Asfalt örtük dağılıb deyə, qaçanda ayağı ilişib yıxılır. Əyləncə vasitələri sınıb, dağıldığı üçün ondan da istifadə edə bilmir. Elə biz böyüklərin oturub dincəlməsi, asudə vaxtını səmərəli keçirməsi üçün də şərait yoxdur. Halbuki binanın həyətində ot-alaf basmış, az qala zibilxanaya çevrilmiş geniş ərazi var. Orada xudmani park salmaq, uşaq əyləncə vasitələri quraşdırmaq olar”.

Baxımsız qalan boş ərazi 

Təqaüdçü Bəxtiyar Sədiyev də binanın həyətində gəzib-dolaşmaq, təbiətdən, yaşıllıqdan zövq alıb istirahət etmək üçün şərait olmamasından gileyləndi: “73 yaşım var, qoca babayam. Ömrümün böyük hissəsini bu binadakı mənzilimdə keçirmişəm. Ətraf ərazidə yaradılan şərait, tikilən bütün binalar, ümumiyyətlə nə varsa hamısı gözlərim önündə baş verib. Şəhərimizin, rayonumuzun bu qədər genişlənməsindən, hər yerdə aparılan abadlıq-quruculuq işlərindən qürur duyuram. Arzu edirəm ki, nə vaxtsa o quruculuq işləri bizim binanın həyətində də baş versin. Mənim indi nə gəzməyə gedəcək halım var, nə də imkanım. Ömrümün qalan hissəsini öz mənzilimdə, bir də binamızın həyətində gəzməklə keçirirəm. Gəzməsəm də olmur, ayaqlarım tutulur. Yaxşı olardı ki, binanın həyətində baxımsız əraziyə çevrilən yerdə kiçik bir park salınardı, ağaclar əkiləydi, söhbətgahlar, oturacaqlar quraşdırılardı. Biz də normal qaydada oturar, təmiz hava qəbul edər, yaşıllıqdan zövq alardıq. Burada uşaqların idmanla məşğul olması, sağlam böyüməsi üçün idman qurğuları quraşdırmaq, futbol və ya voleybol meydançası da yaratmaq olar. Nəvələrimiz, uşaqlarımız, gənclərimiz idmanla məşğul olar, zərərli vərdişlərdən kənar olardılar. Başqa istəyimiz, nigarançılığımız yoxdur”.

İcra hakimiyyətinin ötür-ötür oyunu 

Vətəndaşların şikayətlərini həm ünvanına çatdırmaq, həm də aidiyyəti dövlət qurumunun mövqeyini öyrənmək üçün Suraxanı Rayon İcra Hakimiyyətinin email adresinə (mail@surakhani-ih.gov.az) cari ilin iyun ayının 23-də elektron qaydada sorğu göndərdik. İndiyə qədər ötən vaxt ərzində sorğumuz cavablandırılmadığı üçün icra hakimiyyətinin rəsmi saytında adları göstərilən məsul şəxslərlə əlaqə yaratmağa çalışdıq. Başçının birinci müavini Rəşad Hacıyevin xanım köməkçisi bizi dinlədikdən sonra mövzu ilə bağlı digər müavin Fuad Cəbrayılovla əlaqə saxlamağımızı tövsiyə etdi. F.Cəbrayılovun köməkçi isə məsələyə aydınlıq gətirilməsi üçün Suraxanı rayon təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynovla danışmağı tövsiyə etdi. Təəssüf ki, M.Hüseynovun xidməti telefon nömrəsinə etdiyimiz davamlı zənglər cavabsız qaldı. Nəticə etibarilə icra hakimiyyətinin məsul şəxsləri indiyə qədər vətəndaşlara münasibətdə sərgilədikləri laqeydliyi, ötür-ötür oyunu ilə mediaya qarşı da nümayiş etdirdilər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hamburq hava limanında azyaşlı qızı girov götürən şəxs Türkiyəyə uçmaq istəyir – YENİLƏNİB + VİDEO

Next

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb – VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv