Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Bölgə

Kökəltmə təsərrüfatı sahibləri paytaxt bazarlarına ət sata bilmirlər – Ağstafadan REPORTAJ

By Vüsal Rafiqoğlu
18.12.2023 3 Min Read

Heyvandarlıqda kökəltmə xüsusilə diqqət yetirilməsi sahələrdən biridir. İndi kökəltmə məntəqələri olmasa da, bəzi fermerlər şəxsi təsərrüfatlarında bu işlə məşğul olurlar. Gəlirli sahə olduğu kimi, bir sıra problemləri və diqqət yetirilməli məqamları da var. Ümumiyyətlə, mal-qara kəsimə getdikdə onun çəkisi və əti lazımi səviyyədə olmalıdır. Buna görə də bir heyvanın bəslənərək kəsimə hazır olması bəzən aylar çəkir. Bu müddət ərzində isə müəyyən yemlərdən istifadə edilir. Bir sözlə xeyli xərc tələb olunur.

ARANTV.AZ xəbər verir ki, hələ sovet dövründə ölkəmizin hər yerində kökəltmə məntəqələri fəaliyyət göstərib və bu dövlət təsərrüfatlarında əsasən iribuynuzlu mal-qara bəslənilib. Heyvanlar kökəldikdən sonra kəsimə verilirdi. İndi belə məntəqələr olmasa da, şəxsi fermer təsərrüfatları mövcuddur.

Ağstafa rayonunda kökəltmə təsərrüfatında çalışanlar deyirlər ki, onlar mal ətinin qiymətinin artımında maraqlı deyillər. Çünki elə özləri mal bazarından heyvan alıb, bəsləmək üçün təsərrüfatlarına gətirirlər. Heyvan seçərkən yerli cinslərə önəm verən fermerlər, bu cinsləri bəsləməkdə maraqlıdırlar. Çünki yerli cins heyvanın ətinə tələbat var.

Fermer Elsevər Əliyev bildirir ki, təsərrüfatın bu sahəsi ilə çoxdandır məşğul olur. “Bizim istəyimiz odur ki, ət bazarında qiymət sabit qalsın. Belə olanda bizə də sərfəlidir. Son vaxtlar yemlərin də keyfiyyəti azalıb. Əvvəlki kimi deyil. Mələsən, 5 il bundan qabaq iribuynuzlu heyvanı kökəltmək üçün 4 ay bəsləyirdiksə, indi bizə minimum 7-8 ay lazım gəlir. Əvvəllər də heyvanları arpa yemi ilə bəsləmişik, indi də. Yəni, yem əvvəlki keyfiyyətdə deyil”, – deyə o bildirib.

Fermerlərin sözlərinə görə, kökəltmədə olan 1 heyvanın bir ay ərzində yeminə 100 manat xərcləyirlər. Bəzən də heyvanı 1 il bəsləməli olurlar. Həmin dövrdə isə fermerin 1 iribuynuzlu heyvanı bəsləməsinə 600-700 manat xərci çıxır.

Ağstafa rayonunun Qarahəsənli kəndindən olan fermer Zabit İsmayılov isə deyir ki, təsərrüfatında əvvəl il ərzində 30 başdan çox iribuynuzlu heyvanı kökəldib satırdısa, indi bu rəqəmi xeyli azaldıb. Səbəb isə bazarlarda qiymətin sabit olmamasıdır. O, hazırda təsərrüfatında kökəltmək üçün 20 baş iribuynuzlu heyvan saxlayır.

Kökəltmək üçün bəslənən heyvanlara verilən yemin keyfiyətli olması çox önəmlidir. Bəsləmə prosesində əsasən ot və yemlərdən istifadə edilir. Mal-qaraya kökəlməsi üçün başqa qida verilməməlidir. Fermer qrafik üzrə qida rejimini və miqdarını təyin edir, bununla da zaman keçdikcə heyvanın ətə gəlməsinə nail olur. Heyvan müəyyən edilən çəkiyə gəldikdə qəssablara satılır. Qəssablar isə əsasən 150-200 kiloqramlıq əti olan heyvanlara daha çox maraq göstərirlər.

Bu bölgənin kökəltmə təsərrüfatı sahiblərinin satışına təsir edən amillərdən biri də paytaxt bazarlarına daimi ət sata bilməmələridir. “Yay aylarında heyvanlarımızı alıb Bakı şəhərinə aparırdılar. 200-250 kiloqram əti olan heyvanları sata bilirdik. İndi isə yerli qəssablara satırıq. Paytaxdan gəlib alsalar, bizə də sərfəlidir. İstərdik ki, xaricdən ət alışına üstünlük verilməsin, elə yerli məhsullarımız satılsın”, – deyə fermer Səfər Əliyev vurğulayıb. Onun sözlərinə görə, paytaxtdan gələn alıcılar, məsafə uzaq olduğuna görə, daha yaxın rayonların bazarlarına üz tuturlar.

Kökəltmə ilə məşğul olan fermerlərin əksəriyyəti heyvanların qidasını öncədən, yay aylarından tədarük edirlər. Çünki qiymətlər o vaxt nisbətən ucuz olur.

Təsərrüfat sahibləri dövlət tərəfindən onlar üçün də müəyyən güzəştlərin tətbiq edilməsini arzulayırlar. Belə olduğu təqdirdə, təsərrüfatı bir qədər də genişləndirə biləcəklərini söyləyirlər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Təcrübəsiz sürücülərin qarlı havada Qubanın dağlıq yollarından istifadə etməsi tövsiyə olunmur – Qəçrəş meşəsindən FOTOREPORTAJ

Next

Növbədənkənar prezident seçkisi seçici yükünü azaldan proses kimi – ŞƏRH

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv