Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Abdullahianın Metsamor yalanı – TƏHLİL

By Vüsal Rafiqoğlu
04.01.2024 3 Min Read

Ermənistanın Metsamor atom elektrik stansiyasının (AES) istismarı regionun ekologiyasına zərbə vurur. Bu barədə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan olan mütəxəssislər dəfələrlə bəyanat səsləndiriblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə bu dəfə atom-fiziki, ekologiya məsələləri üzrə mütəxəssis kimi çıxış edərək Metsamor AES-in Araz çayını radioaktiv maddələrlə çirkləndirməsi barədə məlumatların doğru olmadığını vurğulayıb. O, parlamentdə deputat Vəli İsmayılın məsələyə dair sualını cavablandırarkən deyib ki, İranın Atom Enerjisi Təşkilatının texniki və tanışlıq hesabatına əsasən, Metsamor AES-in çirklənməyə səbəb olması istisna edilir.

Nazirin belə əminliklə çıxış etməsinə səbəb nədir? Onu qeyd etmək lazımdır ki, İranın Atom Enerji Təşkilatının fəaliyyəti beynəlxalq qurumlar tərəfindən məqbul sayılmır. Əks halda, bu ölkənin atom-nüvə sahəsində gördüyü işlərlə bağlı şübhə yaranmazdı. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik uzun illərdir İranın nüvə sahəsində fəaliyyətinin şəffaf olmadığını bildirir. Bu və başqa səbəblərdən Terhan hakimiyyətinin uyğun qurumu etibarlı mənbə sayılmadığından onun bu kimi məsələlərlə bağlı hesabatının da region üçün kafi qiymətləndirilməsi mümkünsüzdür.

Yeri gəlmişkən, İranın atom nüvə obyektlərində istifadə olunan radioaktiv maddələrin tullantılarının toplandığı yer barədə şəffaflığın təmin olunmadığı bildirilir. Yerli mütəxəssislər həmin tullantıların Cənubi Azərbaycanın Ərdəbil əyaləti ərazisində qutuda basdırıldığını, bu səbəbdən də regionda xərçəng xəstələrinin sayının artdığını qeyd edirlər.

İran ekoloji məsələ ilə bağlı bir qayda olaraq Ermənistanı müdafiə edir. Əvvəllər Zəngəzur Mis-molibden kombinatından da çirkli suların Arazın qolları vasitəsi ilə çaya axıdıldığı bildirilirdi. Onda da Tehran rəsmiləri bu ekoloji cinayəti ört-basdır edirdi.

Çünki İran Zəngəzurda mis katod emalı zavodunun yaradılması imkanını nəzərdən keçirir. Bununla bağlı Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan ilə İranın “Əlvənd Mining and Mineral Industries” şirkətinin şurasının sədri Məhəmməd Rza Miza arasında görüş də olub. Bu baxımdan, İran hakimiyyəti Metsamor AES-in radioaktiv tullantıları ilə Arazı çirkləndirməsi barədə məlumatları ilk dəfə deyil təkzib edir.

İranın hakimiyyətə bağlı ekspertləri isə stansiya ilə Araz çayı arasında məsafənin çox olduğuna dair yersiz iddialarla faciəni gizlətməyə çalışırlar. Halbuki məsələ radioaktiv tullantıların birbaşa Araza axıdılmasından getmir. Həmin ərazidən uzunluğu 40 km olan Qarasu çayı (ermənilərşdirilərək Sevcur adlanır – red.) axır. O, Arazın sol qoludur. Bu baxımdan, iranlı “mütəxəssislərin” Arazla Metsamoru bağlayan “axar su yoxdur” qənaəti yalandır.

Başqa tərəfdən isə bu AES-in radioaktiv tullantılarının utilizasiya olunduğu yer barədə ictimaiyyətə verilən məlumat şəffaf sayılmır.

Ermənistan Metsamor AES-dən istifadə zamanı çirklənmiş nüvə yanacağını Rusiyada təmizləmək niyyətindədir. Hazırda işlənmiş radioaktiv maddələrin Gürcüstan ərazisindən keçməklə Rusiyaya daşınması məsələsi müzakirə olunur. Bu stansiya 40 ildən artıq istismar olunur. Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini hasil edir. Tullantıların Gürcüstan ərazisindən Rusiyaya daşınması məsələsi gündəlikdə idi. Ancaq sonralar bu barədə region ictimaiyyəti məlumatlandırılmayıb.

Metsamorun ziyanlı fəaliyyəti ilə bağlı çoxsaylı faktlar da göstərmək olar. Ancaq əsas sual budur – Əmir Hüseyn Abdullahian İran atom enerji agentliyinin yalanını niyə tirajlayır? Onun rəsmi agentliyin hesabatına əsaslandığını iddia etmək mümkündür. Ancaq məsələ bununla bitmir. Nazirin bu cavabının başqa istiqamətlərlə bağlı siyasi mahiyyət daşıdığını ehtimal etmək mümkündür. Belə qənaətə gəlmək olar ki, Abdullahian bununla İranın nüvə sahəsində fəaliyyətinə regional dəstək qazanır. Yəni bu gün İran Ermənistanın AES sahəsində şəffaf olmayan fəaliyyətini müdafiə edir, sabah qarşı tərəfin ona bu istiqamətdə yardım edəcəyinə ümidvardır.

Əsas məsələlərdən biri də İranla Ermənistan arasında təbii qazla elektrik enerjisi mübadiləsidir. Başqa sözlə, Tehran İrəvana “mavi yanacaq” verir, o da bunu elektrik enerjisi ilə qarşılayır. Ötən ilin sonunda isə tərəflər bu mübadilənin həcmini üç dəfə artırmaq niyyətində olduqlarını belə açıqlayıblar.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Civilnet”ə müsahibəsində deyib ki, iki ölkə arasında “Elektrik üçün qaz” proqramının həcmini artıra bilərlər.

Odur ki, rəsmi agentliyin saxta hesabatı əsasında nazirin açıqlaması “alver”ə haqq qazandırmaq üçün imiş. Başqa sözlə, İran hakimiyyəti regional ekoloji faciəni nəzərə almadan “halal qaz” verib, əvəzində “halal işıq” alır. Bu “halal” sövədələşmə fonunda regiondakı 30 milyona yaxın insanın sağlığı İran rejimi üçün əhəmiyyətli deyil.

Sədrəddin İsmayılov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər

Next

Dövlət Kukla Teatrının arxasındakı ərazidən Yeni il görüntüləri – FOTOREPORTAJ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv