Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Oğrular evi bu üsulla yarır – kibrit çöpü, işıqpulu qəbzi…

By Vüsal Rafiqoğlu
31.01.2024 3 Min Read

Sabiq polis rəisi ölkədə oğurluq cinayətlərinin artmasının səbəblərini izah edir

2023-cü ildə cinayətkarlığın dinamikasında cüzi artım müşahidə olunub. Ən çox rast gəlinən cinayət oğurluqdur. Bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib. “Ötən il 6 min 951 oğurluq hadisəsi baş verib”, – deyə Kamran Əliyev əlavə edib.

Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, oğurluq hallarının artmasının bir çox amillərlə bağlıdır: “Ehtiyaca görə oğurluq edənlər var. Məsələn, maddi imkanı yoxdur, mağazaya girib oradan yemək-içmək oğurlayanlar var. Narkomanlar var, onlar üçün də zamanın heç bir anlamı yoxdur. Onlar, sadəcə, doza almaq üçün dayanmadan hər cür cinayətə əl atmağa hazırdırlar. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın yüksək səviyyədə olduğu dövlət imicini qoruyub saxlamaqdadır. Kriminogen durum fasiləsiz izlənir. Cinayətlərin açılması yaxşılaşıb. Törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdədir. Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, həbsdə olub deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarını tərkibində qiyməti 3 manat olan metala görə oğurlayanlar var”.

GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev

Mahmud Hacıyev

M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır: “Bu gün aydınlaşdırılmalıdır ki, əvvəllər məhkumluq həyatı yaşamayan insanlar 15-20 manat dəyəri olan ərzaq məhsullarını niyə oğurlayırlar? Müəyyən obyektiv səbəbləri var və fakt göz qabağındadır. Əhalinin gəlirləri ilə xərcləri arasında uçurum var. Əhalinin kredit borcları artıb. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli, tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu faktları daha çox artır.  Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.

Mahmud Hacıyev bildirib ki, oğurluq etmiş şəxslərin həbs edilməsi çıxış yolu deyil: “Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması problemin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib “zona” qayıdır. Bunun müsbət nəticəsi yoxdur. Ona görə də iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyəti qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu, hökumət səviyyəsində həll edilməlidir”.

Mahmud Hacıyev deyir ki, oğurluq həm də ev sahiblərinin diqqətsizliyindən və əsasən yay aylarında qeydə alınır: “Dünya ölkələrində oğurluq statistikası daha çox siyasi baxımdan qarışıq günlərdə, eləcə də iqtisadi böhran ərəfəsində özünü göstərir. Kasıblıq bütün təbəqələri sıxdığı zaman oğrular xüsusən aktivləşirlər. Heç kimə sirr deyil ki, oğruların ən böyük “silah”ı evlərin qapısına sıxışdırılmış elektrik, qaz borcları qəbzləridir. Onlar bu qəbzlərə əsasən ev sahiblərinin evdə olmadığını müəyyənləşdirirlər. Tutaq ki, həmin qəbz 3 gün ardıcıl qapıya dürtülmüş halda qalırsa, deməli, ev sahibi həmin günlərdə evə gəlməyib. Oğrular sahibinin evdə olmadığından şübhələndikləri evin qapısı ağzına özləri kibrit çöpü və ya başqa  bir buna oxşar nişan qoyur. Növbəti gün nişan yerdədirsə, deməli, ev sahibi evdədir. Deyilsə, deməli, evdə kimsə yoxdur. İş başına keçə bilərlər. Ona görə də evdən uzunmüddətli gedəndə güvəndiyiniz qohumlara və qonşulara evə nəzarət etmələrini tapşırın. Bundan başqa, hər ehtimala qarşı tətilə çıxmazdan əvvəl dəyərli əşyaları özünüzlə götürün. Belə sadə qaydalara əməl etsəniz, cinayətlərin obyekti olmaq ehtimalınız da az olar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bulvar İdarəsində yeni rəhbər – qiymətlər ucuzlaşacaqmı?

Next

O gün gələcək…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv