Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xankəndi və Xocalı sakinlərinə qucaq açır

By Vüsal Rafiqoğlu
14.02.2024 3 Min Read

Laçın və Kəlbəcər əhalisinə müjdəli xəbər gəldi, bu qəsəbə və kəndlər…

Artıq bütün Qarabağ ərazilərinə köç həyata keçirilir. Qarabağa “Böyük Qayıdış” planı istiqamətində son məlumatlardan biri budur ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın və Kəlbəcər rayonlarında 1 qəsəbənin (Qorçu) və 2 kəndin (Çaykənd, Qamışlı) yenidənqurma layihəsi üzrə müqavilələr imzalanıb.

Bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, “Azərdövlətsənaye” Dövlət Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Kəlbəcər rayonunun Çaykənd və Qamışlı kəndlərinin yenidəqurulması işlərində layihələndirmə işinin hazırlanmasının satınalmasına dair müqavilələr bağlanıb.

Həmçinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti arasında Laçın rayonunun Qorçu qəsəbəsinin tikintisi layihəsinin hazırlanmasına dair satınalma müqaviləsi bağlanılıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsini icra edən Fəxrəddin Verdiyevin sözlərinə görə, müqavilələr qeyd olunan yaşayış məntəqələrində minə yaxın fərdi evin, tam orta məktəblərin, uşaq bağçalarının və digər ictimai obyektlərin layihələndirmə işlərinin satınalınmasını əhatə edir.

Bu arada onu da qeyd edək ki, cari ilin ilk 6 ayında Xocalıya və Xankəndinə də köç olacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndinə ümumilikdə 100 ailənin köçürülməsi planlaşdırılır. Xocalı və Xankəndinin hər birinə 50 ailənin köçürülməsi nəzərdə tutulub.

Elman Məmmədov: “İslam dünyası bu çağırışdan nəticə çıxarmalıdır”

 Elman Məmmədov

Xocalıdan olan deputat Elman Məmmədov təmsil etdiyi şəhərə və Xankəndinə baş tutacaq köç haqqında danışıb: “Cənab Prezident xalqa yeni il müraciətində, bundan öncə də məsələyə aydınlıq gətirib. Xocalıya, Xankəndinyə, Kərkicahana və digər işğaldan azad olunan ərazilərimizə ilk köç 2024-cü ilin birinci rübünün sonunda baş tutacaq. Biz bunu həsrət və böyük sevinclə gözləyirik. Yəqin ki, mart ayında – Novruz bayramı ərəfəsində köç olacaq. Xankəndidə 80-90 faiz evlər salamatdır. Xeyli vaxtdır ki, bura qayıdış üçün lazımi vəziyyətə gətirilir. İndi orada bərpa-quruculuq işləri gedir. 2023-ci ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatından sonra cənab Prezidentin tapşırığı ilə müvafiq qurumlar işğaldan azad edilmiş ərazilərdə oldular. Orada çox geniş iş, araşdırmalar aparıldı. Yenidən tikilən evlər də, bərpa olunan evlər də olacaq. Hər kəsin arzusu öz dədə-baba yurduna qayıtmaqdır. Bir Xocalı sakini kimi öz evim haqqında məlumat verə bilərəm. 1992-ci ilin 25-26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı nəticəsində mənim ata-baba evim həmin gecə bombalanıb. Yəni yaşayışa yararsız vəziyyətə düşüb. Ona görə bünövrəsi tamamilə söküldü. İndi həmin yerdə, öz həyətimizdə yeni ev tikiləcək. Eləcə də digər sakinlərin yaşayışa yararlı evləri bərpa olunur. Yaşayış mümkün olmayan evlərin bünövrəsi sökülüb, yeni evlər tikilir”.

Tural Gəncəliyev - “Ermənilərlə görüşə hazıram”

Tural Gəncəliyev 

Xankəndinin deputatı Tural Gəncəliyev isə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təhsil müəssisələrinin yaranması ilə təhsil ənənələri zənginləşir: “Xankəndidə bu ənənənin ilk addımı Qarabağ Universiteti oldu. Bundan sonra isə əsas məsələ orta məktəblərin fəaliyyətidir. Ümumtəhsil müəssisələrinin bərpa olunması və yeni məktəblərin tikilməsi Qarabağın inkişafı üçün mühüm xarakter daşıyır. Qarabağda təhsil müəssisələrinin bərpası yenidənqurma məsələləri ilə paralel olacaq. Çünki təhsildən əlavə insanların burada yaşaması üçün əlverişli mühit olmalıdır. Bu baxımdan Qarabağın zəngin intellektual kapitalının və resurslarının bərpa edilməsi üçün çox gözəl şərait yaradılacaq. Xankəndidə yerləşən Qarabağ Universiteti nəinki Azərbaycanın, hətta dünyanın ən yaxşı universitetlərindən biri kimi formalaşacaq. Ümumiyyətlə, Qarabağ Azərbaycan tarixində xüsusi yer oynayıb. Qarabağda çoxlu mütəfəkkirlər, filosoflar, sənətçilər, sənətşünaslar, musiqiçilər, bəstəkarlar yetişib. Hesab edirəm ki, bundan sonra da yetişməyə davam edəcək. Xankəndinin işğalı dövründə yararsız hala salınmış bağçalar və məktəblərdə yenidənqurma işləri aparılacaq”.

Yazını hazırladı: Cavanşir ABBASLI

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İrəvanın mina xəritələri blefi

Next

Hamı yerli mal alsın, bəs xeyir kimə qalsın?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv