Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Milli Məclis Avropa Parlamentinin illik hesabatını pisləyib

By Vüsal Rafiqoğlu
29.02.2024 3 Min Read

“Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız, laqeyd fikirləri kəskin şəkildə qınayır və buna qətiyyətlə etiraz edir”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirlər Azərbaycan parlamentinin bəyanatında yer alır.

Bildirilir ki, uzun illər ərzində Avropa strukturlarının, xüsusən də Avropa Parlamentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinə, törədilmiş vandallıqlara, bir neçə gün əvvəl növbəti ildönümü qeyd olunmuş Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməsi bu dairələrin selektiv və ikili standartlara əsaslanan yanaşması baxımından adi hala çevrilmişdi.

“Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük qurbanlar hesabına öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına yerinə yetirməsinə göstərilən münasibət də əvvəlkilərdən fərqlənmirdi.

Lakin belə görünür ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda baş verən hadisələrə özünün riyakar və ikiüzlü yanaşmalarında “yeni nailiyyətlər” qazanmaq əzmini davam etdirmək niyyətindədir. Populizm və demaqogiyanı əlində rəhbər tutan, sülhə və sabitliyə xidmət etməyən sənədləri, açıqlamaları dövriyyəyə buraxmaqla özlərinə siyasi kapital qazanmağa çalışan avropalı siyasətçilər müəyyən dairələrin onlar üçün nəzərdə tutduğu “alət” rolunu inamla oynamaqda israrlıdırlar.

Avropa Parlamentinin illik hesabatında əks olunmuş bir sıra məqamlar da məhz bunu deməyə əsas verir. Ermənistanın rəsmi bəyanatları ilə eynilik təşkil edən həmin məqamlara nəzər yetirdikdə, bu sənədin erməni lobbisinin təsiri və diktəsi altında hazırlandığı özünü aydın şəkildə büruzə verir.

Qeyd olunan sənəd həm də Avropa Parlamentində azərbaycanofob və islamofob təfəkkürün, şovinist və irqçi ideologiyanın getdikcə daha da güclənməkdə olduğunu göstərir. Bu zərərli tendensiyaların ardıcıl və davamlı şəkildə nümayiş etdirilməsi məsələsində Avropa Parlamentinin Avropa Şurası Parlament Assambleyası ilə açıq rəqabətə girdiyi aşkar sezilməkdədir”, – bəyanatda vurğulanır.

Diqqətə çatdırılır ki, Avropa Parlamentinin bu hesabatı Cənubi Qafqaz regionundakı mövcud reallıqları nəinki təhrif edir, həm də cərəyan edən proseslər baxımından kifayət qədər təhlükəli xarakter daşıyır:

“Məhz Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərdiyi səylər, Ermənistanın isə ötən dövr ərzində sülh prosesinə zərbə vuran siyasi-hərbi təxribatları, şərti sərhəddə yaratdığı gərginliklər Avropa Parlamenti tərəfindən nədənsə bilərəkdən görməzdən gəlinir.

Digər tərəfdən, Almaniyada sülh danışıqlarının davam etdiyi bir vaxtda qəbul edilmiş bu qətnamə və irəli sürülən absurd iddialar ciddi suallar doğurur: Avropa Cənubi Qafqazda sülhün bərqərar olmasında həqiqətənmi maraqlıdır? Azərbaycana qarşı qəti addımların atılmasına, sanksiyaların tətbiqinə çağıran avropalı parlamentarilər üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənistanın suverenliyi və ərazi bütövlüyündən daha az əhəmiyyətlidirmi?”

“Hesabatda Ermənistanın silahlandırılmasının zəruriliyinə dair yer alan fikirlər isə regiondakı vəziyyəti gərginləşdirmək, sülh prosesini əngəlləmək niyyətini bariz şəkildə əks etdirir.

Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib, Makron və Borrel kimi “siyasətçilər”in konkret məqsədlərə xidmət edən düşüncələrini özünə siyasi xətt kimi seçib. Bu düşüncələri sülh, təhlükəsizlik və demokratiya səyləri ilə pərdələməkdən isə çəkinmirlər.

Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz artıq yeni dövrə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərini bərpa edən, məcburi köçkünləri öz doğma torpaqlarına qaytaran güclü və qətiyyətli Azərbaycan üçün bu dövr həm də beynəlxalq səviyyədə sülhə, ədalətə, dürüstlüyə və səmimiyyətə əsaslanan əməkdaşlığı və tərəfdaşlığı ehtiva edir. Avropa Parlamentinin rəhbər tutduğu “prinsiplər” isə birmənalı şəkildə rədd edilir.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində göstərilən səylərə zərbə vurmaq niyyətini qəti şəkildə qınayır, bu cür cılız təxribatlarla deyil, Avropanı narahat edən ciddi və təxirəsalınmaz məsələlərlə məşğul olmağı tövsiyə edir”, – deyə bəyanatda qeyd olunur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xankəndi-Bakı ultramarafonunda ilk mərhələnin qalibi: “Bu idman növü şahmata bənzəyir”

Next

Xankəndi – Bakı ultramarafonunun iştirakçılarını Bərdə sakinləri böyük coşqu ilə qarşılayıblar VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv