Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Nikolun əlindəki “Ermənistan”

By Vüsal Rafiqoğlu
13.03.2024 3 Min Read

Paşinyan Qərbin təhriki ilə Rusiyadan üz çevirdiyini növbəti dəfə nümayiş etdirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın martın 12-də keçirdiyi mətbuat konfransında verdiyi bəyanatları regionda siyasi gərginliyin artacağının anonsları kimi də qiymətləndirmək olar. Görünür, hakimiyyətinin ilk illərində bütün mümkün ehtimalları nəzərə alaraq Rusiya ilə münasibətlərdə ehtiyatlı davranmağa üstünlük verən erməni baş nazir artıq Qərbin, xüsusilə Fransanın oyunlarında öz tərəfini müəyyənləşdirdiyini gizlətməkdən çəkinmir. Paşinyanın açıqlamaları Cənubi Qafqazda şiddətlənən Qərb-Rusiya qarşıdurmasının açıq müstəviyə keşdiyini göstərir və bu mübarizədə artıq Ermənistan alətə çevrilib. Bəs hadisələrin sonrakı inkişafı Rusiyaya qarşı yeni cəbhənin açılmasına rəvac verə bilərmi? Regionda gərginliyin artması Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinə necə təsir göstərəcək?

Mətbuat konfransında Paşinyan açıq şəkildə Ermənistanın gələcək siyasi kursunun Qərblə, Avropa İttifaqı (Aİ) ilə bağlı olduğunu bildirdi. Məsələn, Nikol bəyan etdi ki, Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər bu quruma yaxın olmağa hazırdır: “İndiki mərhələdə biz Aİ ilə münasibətlərimizin çox aktiv olduğunu görürük və yaxşı haldır ki, Aİ də Ermənistanla münasibətlərin heç vaxt bu qədər dərin və güclü olmadığını deyir.”

Paşinyan Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının mandatının daha 2 il uzadılacağının istisna edilmədiyini də bəyan edib. Diqqətçəkən məqam budur ki, paralel olaraq Ermənistan Rusiya sərhədçilərinin İrəvandakı “Zvartnots” Beynəlxalq Hava Livanından çıxarılması ilə bağlı Moskvaya rəsmi bildiriş göndərib. Paşinyan bildirib ki, erməni tərəfi Rusiyaya göstərdiyi dəstəyə görə təşəkkür edib və sərhəd nəzarətini öz qüvvələri ilə həyata keçirə biləcəyini bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 12-də məsələyə münasibət bildirərək rəsmi məktubu aldıqlarını və bütün mümkün səviyyələrdə təmasların davam edəcəyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması ilə bağlı ölkəsinin dəqiq mövqeyi olduğunu bildirmişdi.

Paşinyanın mətbuat konfransında ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) taleyi ilə bağlı dedikləri də sözsüz Rusiyanın xoşuna gəlməyəcək. O, bildirib ki, Ermənistan sözügedən təşkilatda iştirakını faktiki olaraq dondurub və görüşlərdə iştirak etmir:

“Hüquqi məsələləri hüquqi proseslərlə qarışdırmaq lazım deyil. İndi İrəvan yalnız bir sual barədə düşünür: Təşkilatın Ermənistanda məsuliyyət sahəsi nədir? Bütün problemlər İrəvanın bu məsələni qaldırdığı andan başlayıb.”

Ermənistan hökumətinin başçısı ölkəsinin KTMT-dən konkret olaraq nə vaxt çıxacağını açıqlamasa da bunun növbəti ilədək ola biləcəyini istisna etməyib.

Beləliklə, tarixdə heç vaxt olmadığı qədər gərginləşən Ermənistan-Rusiya münasibətləri Qərbin yeni planını işə saldığını göstərir. Bu planın Ermənistan üzərindən icra edilməsi Paşinyan hakimiyyəti üçün ciddi təhdidlər yarada bilər. Çünki rəsmi Moskvanın Cənubi Qafqazda təsir dairəsinin azalmasına və Ermənistanın belə asanlıqla “müttəfiqlikdən” imtina etməsinə səssiz qalmayacağı şübhə doğurmur. Son məqama qədər loyal vasitələrlə Paşinyanı mövqeyindən daşındırmağa çalışan Rusiyanın bundan sonra daha ciddi və sərt addımlar atacağı istisna edilmir. Ermənistan ərazisində Rusiyanın hərbi mövcudluğunu da nəzərə alsaq cavab tədbirlərinin daha radikal xarakterli olması da mümkündür.

Regionumuzda baş verən bu qarşıdurmaların ölkəmizə və Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarına təsirinə gəlincə, vəziyyətin gərginləşməsi prosesin ləngiməsinə səbəb ola bilər. Çünki həm Ermənistanda, həm də ümumilikdə Cənubi Qafqazda baş verənlər Rusiyaya qarşı yeni silahlı toqquşmalar yaratmaq istəyən qüvvələrin bütün mümkün vasitələrlə sülh prosesinə mane olmağa çalışdıqlarını göstərirlər. Hazırda sülh gündəmini təhdid edən ən vacib faktor da məhz Fransa, o cümlədən Hindistan tərəfindən Ermənistanın silahlandırılmasıdır. Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi danışıqlarda konkret nəticənin əldə edilməsinə imkan vermir. Halbuki iki ölkənin xarici işlər nazirlərinin fevral ayının son günlərində Almaniyada vasitəçilərsiz görüşləri əslində Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə nail olunması, regionda yeni, dinc qonşuluq erasının başladılması üçün imkanların mövcudluğuna da inam yaratmışdı. Ancaq kənar təsirlər praktiki addımların atılmasına mane olmaqda davam edir.

…Nikol Paşinyan mətbuat konfransı zamanı əlində Ermənistanın xəritəsinin maketini tutaraq “Bu, Ermənistan Respublikasıdır”, – deyə nümayiş etdirib. Maraqlıdır, Rusiyadan üz çevirən Paşinyan əlindəki “Ermənistan”ı həmin bütövlükdə qoruyub saxlaya biləcəkmi?

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xarici sərmayəyə ehtiyac var

Next

Yelisey sarayının siyasətinin əsl mahiyyəti: Neokolonializm, irqçilik, zorakılıq, islamofobiya

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv