Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qazağın kəndləri və Belqorod kimindir?

By Vüsal Rafiqoğlu
20.03.2024 3 Min Read

SSRİ adlı imperiya 30 ildən çoxdur tarix olub, amma onun miras qoyduğu sərhəd, ərazi problemləri hələ uzun illər qan-qadaya səbəb olacaq  

Dünyada sərhədlərlə bağlı irili-xırdalı onlarla problemlər, hətta müharibələr var. Bizim bölgədə  indi ən aktiv şəkildə müzakirə olunan iki sərhəd, iki ərazi problemi var. Biri bizim Ermənistanla sərhədlərin müəyyənləşməsi, eləcə də  kəndlər və anklavlarla bağlı həll edilməmiş problelmlərdir. İkincisi, bəlli 25 aydır davam edən Rusiya-Ukrayna müharibəsidir ki, onun sərhədləri daha geniş, miqyaslı daha böyükdür. 

Ermənilərlə dövlət sərhədi məsələsi hələ çox zamanımızı alacaq və bu danışıqların yekunu olaraq sülh müqaviləsinin imzalanması illərlə uzana bilər. Ona görə ortaq çərçivə sənədi imzalanmalıdır, sonra  sərhədlərin müharibəyə səbəb olmayacaq müəyyənləşməsi prosesi davam etdirilməlidir. Ermənistan Avropa Birliyinin sərhəd missiyasına toxunulmazlıq statusu verməsi bizi qətiyyən narahat etməməlidir, biz kiminsə ərazisini istəmirik. Ədalətli sərhəd bölgüsünə tərəfdarıq və haqqımız olan bir qarış torpağı verməyəcəyik.

SSRİ adlı imperiya 30 ildən çoxdur tarix olub, amma onun miras qoyduğu sərhəd, ərazi problemləri hələ uzun illər bu  ittifaq ərazisində yaşayanların əsas problemi olaraq qalacaq.

Son bir həftədə Rusiyanın Belqorod və Kursk vilayətlərinin yaşayış məntəqələrində şiddətli döyüşlərin elə bir səbəbi də  SSRİ-nin torpaq “alıb-vermək” siyasəti ilə bağlıdır.   Belqorodun sərhədyanı qəsəbələri demək olar ki, təhlükə səbəbindən boşaldılıb. Belə görünür ki, Ukrayna sərhədinin 40 kilometrliyində yerləşən Belqorodu tutmaq planı bu dəfə daha ciddi olub, hücuma kifayət qədər bacarıqlı bölmələr cəlb edilib. Rus kəşfiyyatı iddia edir ki, Rusiyada seçkinin davam etdiyi vaxtda Belqorodun mərkəzinə Ukrayna bayrağı taxmaq planı olub. Hücumda ruslardan ibarət “Rusiya batalyonu”nun iştirak etdiyini prezident Putin də təsdiqləyib.

20220226ukran-valsag-2022-ukran-orosz12.jpg (5.93 MB)

Çoxları bilir ki, keçmiş Sovet İttifaqının geniş ərazisində eyni adı daşıyan iki Belqorod şəhəri var. Belqorodlardan biri 1940-cı ildə sovet respublikaları arasında bölündükdən sonra Ukraynaya verilib. Başqa bir Belqorod Don çayının qolunun sağ sahilində yerləşir, Rusiyanın eyniadlı bölgəsinin inzibati mərkəzidir.

Müharibə uzandıqca, Ukrayna daha çox Rusiyanın müəyyən bölgələrinə iddialarını bəyan edirlər. Bəllidir ki, yanvar ayında Ukrayna prezidenti Zelenski Rusiyanın beş vilayətini və Krasnodar diyarını rəsmi olaraq “tarixən ukraynalıların məskunlaşdığı torpaqlar” elan edən fərman verib.

Ukraynalıların Çernozemya adlandırdıqları sərhədyani bölgə 17-ci əsrdə Ukrayna əraziləri olub. Slobojanşina adlanan bu ərazilərə Xarkov, eləcə də Sumi, Donetsk, Luqansk, Rusiyanın isə Belqorod, Kursk və Voronej vilayətlərinin bir hissəsi  daxil olub.

Kiyevin daha bir arqumenti 1918-ci ildə Avstriyada nəşr olunmuş və hazırda Lvov muzeyində saxlanılan Ukrayna xəritəsidir. Bu xəritədə Kuban, Rostovun bir hissəsi, Kursk və Voronej vilayətləri isə Ukrayna ərazisi kimi göstərilib. İddialara görə, bu xəritə sovet dövründə qadağan olunub. Hətta xəritə kimin evində tapılsaydı, həmin şəxs 10 ilədək həbs cəzası ala bilərdi.

Rusiya tarixçiləri etiraf edirlər ki, Belqorod Kiyev quberniyasının bir hissəsi olub,  1727-ci ildə Xarkovun da daxil olduğu Belqorod vilayəti yaradılıb. Belqorod 1919-cu il fevralında Ukrayna hökumətinin qısamüddətli fəaliyyət göstərdiyi paytaxt da olub.

maxresdefault (1).jpg (220 KB)

Vladimir Putin bəyan edib ki, Belqorod sakinlərini hücumlardan qorumaq üçün Xarov vilayətində “sanitar zona” yaradıla bilər.  Belqorod qubernatoru isə bir neçə ay əvvəl demişdi ki, bölgəni raket zərbələrindən qorumaq üçün Xarkov vilayətinin də “ilhaqı vacibdir”.  Putin bu fikri xatırladaraq qeyd edib ki, Xarkov vilayəti ilə bağlı planlar barədə danışmağa hazır deyil, lakin belə bir nəticəni istisna edə bilməz. “İstisna etmirəm ki, Belqorod vilayətində davam edən faciəli hadisələri nəzərə alaraq, nə vaxtsa, uyğun hesab etdiyimiz zaman, Kiyev rejiminə tabe olan ərazilərdə “sanitar zona” yaratmağa məcbur olacağıq”.

Putinin “sanitar zona”(bufer zona) haqqında danışarkən nəyi nəzərdə tutduğunu başa düşmək çətindir. Yəni 40 kilometr aralıdakı Belqorodu NATO-nun uzaqvuran silahlarınından qorumaq üçün hansı “sanitar zona” ola bilər? Bunun üçün ən azı 300 kilometrlik bufer zona yaradılmalıdır, ya da Xorkov da tamamilə işğal edilməlidir.  

Ukrayna-55.jpg (233 KB)

Ukraynanın cəbhənin şərq iqtiaqmətində irələiləyən Rusiyaya qarşı müqaviməti artırmaq əvəzinə Belqorodu tutmaq həvəsi əlbəttə ki, məqsədlidir. Qərb çoxdan Rusiya ərazisinə hücumu Ukraynanın özünümüdafiə hüququ kimi izah edir. O səbəbdən BMT-də(Təhlükəsizlik Şurasında) Rusiyanın belə bir müzakirə açması absurd görünə bilər. Rusiya bir həftə davam edən  intensiv hücumun qarşısının aldığını bəyan edir. Amma bu əlbəttə ki, bu, son deyil. Ukraynanı danışıqlar masasına oturması üçün  hansısa üstünlüyü olmalıdır, əks təqdirdə bütün şərtləri Rusiya diktə edəcək.

Paşinyan isə son olaraq deyib ki, Ermənistanla Azərbaycan arasında xəritələrlə bağlı heç bir razılaşma yoxdur. Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb, iki ölkə bu razılaşma əsasında sərhədlərini müəyyənləşdirməlidir. Almatı Bəyannaməsi əsasında demarkasiyanın aparılması yeni sərhədin yaradılması deyil, Sovet İttifaqının son dövründə mövcud olan sərhədlərin zəminində yenidən qurulması deməkdir. Yenə bu lənət SSRİ-nin xəritəsi…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan ət idxalına çəkdiyi xərci artırıb

Next

Niyə məhz xurma?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv