Cəmiyyət Uşaq bağçalarında müdir vəzifəsinə qəbulun test mərhələsinin vaxtı AÇIQLANDI By Vüsal Rafiqoğlu 28.03.2024 1 Min Read Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd olunub ki, martın 30-da keçiriləcək test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.