Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAMRamazan

Fitrə zəkatını bank kartları vasitəsilə ödəmək olarmı?

By Vüsal Rafiqoğlu
09.04.2024 3 Min Read
Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov Fitrə zəkatının verilməsi ilə bağlı “İki sahil”in suallarını cavablandırır:

– Fitrə sözünün mənası nədir?

–  “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin Fitr sözü ərəbcədən fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.

–  Zəkat sözünün mənası nədir?

–  Zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir. İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların müəyyən qədərini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir.

Göründüyü kimi, zəkatın həm lüğəvi, həm də istilahi mənaları arasında əlaqə vardır. Çünki zəkat, zəkat verənlərin ruhunun təmizlənməsinə, malının bərəkətlənib çoxalmasına səbəb olur. Fitrə zəkatı isə imamların dilindən bu cür qiymətləndirilib: “Hər bir şeyin zəkatı olduğu kimi, insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir: “Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.”

– Kimlər fitrə zəkatı verməlidir?

– İnsan gərək fitrə zəkatını qürbət məqsədilə, yəni Allah-təalanın əmrini yerinə yetirmək və bəndəçilik məqsədilə versin və onu verən zaman fitrə vermək niyyətini etsin. Fitr bayramı axşamı qürub vaxtı aşağıdakı şərtlərə cavab verən mükəlləfə özünün və ürfən onun çörək yeyəni hesab edilən şəxslərin fitrə zəkatını verməsi vacibdir.

– Fitrə zəkatı nə vaxt verilməlidir?

– Bayram axşamı gün batan çağı və ya sübh vaxtı bayram namazını qılmazdan öncə verilməlidir. Əgər şəxs bayram namazı qılmazsa zöhr azanına qədər fitrə zəkatını imkansız şəxlərə çatdırmalıdır.

– Kimlərə fitrə zəkatı verilməlidir?

–  Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək bir gəliri də olmayan bir şəxs fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı verilməlidir.

–  Fitrə zəkatı nələrdən verilməlidir?

– Fitr bayramı axşamı qürub çağı həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.

– Fitrə zəkatının bank kartları vastitəsilə ödənilməsi icazəlidirmi?

–  Keçmişdə bank əməliyyatları mövcud olmadığı və ya geniş yayılmadığı üçün bu cür məsələlər gündəmə gəlmirdi. Lakin son zamanlar virtual ödəniş əməliyyatları geniş vüsət qazandığı üçün fitrə zəkatının da bu yolla verilməsinin caiz olub-olmaması barədə müzakirələr aparılır. Bəzi İslam hüquq alimlərinə görə, fitrə zəkatını fəqir şəxsin bank kartına köçürmək icazəlidir. Bu zaman diqqət edilməlidir ki, köçürülən pul bayram axşamı məğrib zamanı ayrılan puldan başqa pul olmasın. Yəni, insan məğrib zamanı fitrə zəkatı niyyəti ilə müəyyən məbləğ pulu ayırıb kənara qoysa, sonra kartında olan puldan fəqirə göndərsə, düzgün sayılmaz. Virtual yolla pulu fəqirə çatdırmaq istəyirsə, gərək kənara qoyduğu pulu öz kartına köçürsün, sonra kartdan-karta fəqirə yollasın, ya da məğrib zamanı kartındakı puldan müəyyən məbləğ ayırmağı niyyət etsin və onu fəqirin hesabına yollasın.

Eyni mövzu ilə əlaqədar məsələyə digər islam hüququ alimləri fitrə zəkatı üçün birbaşa bu cür virtual əməliyyatları icazəli bilmirlər. Çıxış yolu budur ki, ya insan özü fəqir şəxsdən vəkillik (yəni onun səlahiyyətli nümayəndəsi olmaq) icazəsi alsın, öz pulunu fəqirin vəkili olaraq qəbul etsin və sonra həmin pulu fəqirin kartına yollasın. Ya da pulu əvvəlcədən əmanət olaraq (fitrə niyyəti ilə deyil) fəqirin kartına köçürsün, fəqir də pulu onun adından kartdan çıxartsın və fitrə kimi özünə götürsün; yəni insan gərək pulu fəqirə göndərən zaman əmanət niyyəti etsin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Boşanma zamanı uşaq kimdə qalmalıdır? – – QANUN NƏ DEYİR?

Next

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? – Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv