Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Sülh buzu” əriyir…

By Vüsal Rafiqoğlu
24.05.2024 3 Min Read

Azərbaycanın Vətən müharibəsindən ötən dövr ərzində göstərdiyi davamlı sülh təşəbbüsləri və etdiyi çağırışlar bu il bəhrəsini verməyə başlayıb. Şübhəsiz, sərhədlərin delimitasiyası, hətta demarkasiyası prosesinin baş­lanması, 1990-cı və 1992-ci illərdə işğal edilmiş Qazax rayonunun dörd kəndinin qaytarılması aprelin 19-da Azərbaycanla Ermənistan arasındakı anlaşmanın müsbət nəticəsidir. Bu, bir daha sübut edir ki, Bakı və İrəvan istənilən xarici oyunçunun “vasitəçilik xidməti”ndən yararlanmadan öz aralarında bütün problemləri həll edə bilərlər.  Bu mənada iki ölkə arasında bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşması ilə bağlı davam edən səylər regionda gözlənilən dayanıqlı sülh və sabitliyə ümid yaradır. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24News” portalına müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin sənədin mətninin razılaşdırılması işləri davam etdirilir.

BMT də Azərbaycanla Ermənistan arasında normallaşma prosesini diqqətlə izləyir. Üstəlik, bu günlərdə sözügedən qurumun Baş katibi Antonio Quterreş  tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşmasına nail olmaq üçün geridə qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb: “Hazırda Azərbaycanın və Ermənistan sülh sazişi üzərində işləməyə davam etməsi ümidvericidir. Biz ümid edirik ki, xarici işlər nazirlərinin mayın 10-11-də Almatıda keçirilmiş görüşü yerdə qalan məsələlərin həllinə yönəlmiş konstruktiv təmaslarla davam edəcək”.

Cənubi Qafqazda, daha doğrusu Ermənistanda kənar qüvvələrin dirijorluğu ilə siyasi qarşıdurmalar  isə səngimir ki, səngimir. Bununla da “böyük güclər” ən müxtəlif bəhanə və üsullarla sonuncu addımı atmağa, daha doğrusu, sülh prosesinə nöqtə qoymağa mane olmağa çalışırlar. İndi də həmin qüvvələr kilsəni irəli veriblər. Mayın 26-da keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvanda növbəti mitinqin keçiriləcəyi də gözlənilir. Şübhəsiz, bütün bunlar Azərbaycana təzyiq vasitəsidir. Amma görünən odur ki, belə aksiyalar­la Ermənistanla Azərbaycan arasında başlanan və artıq geridönməz şəkil alan delimitasiya və demarkasiya prosesini dayandırmaq müm­kün olmayacaq. Rəsmi Bakı öz haqq yolunda irəliləməkdə davam edir və  bölgədə sülhün tam bərqərar olmasında israrlıdır.

Bu məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aşağıdakı fikrini xatırlatmaq yeriənə düşər: “Azərbaycanlı qardaşlarımız sülh istəyən tərəf olduqlarını dəfələrlə nüma­yiş etdiriblər və biz Ermənistan rəhbər­liyindən də eyni münasibəti gözləyirik”. Mayın 20-də Prezident İlham Əliyev ilə telefon danışığında Ərdoğan bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələ­ri üçün yeni bir mühit yaradacağını vur­ğulayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun bildirdiyi kimi, hazırkı şəraitdə məhz Azərbaycan regionu nəzarətdə saxlamağa qadirdir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan, onun rəhbəri bütün Qafqazdakı vəziyyətə cavabdehdir: “Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”. Şübhəsiz, bu, Prezident İlham Əliyevin xalqımız qarşısında tarixi xidmətlərinin ədalətli etirafı olmaqla yanaşı, həm də region ölkələrinin əmin-amanlıq və sülh şəraitində yaşaması naminə dövlətimizin başçısının ortaya qoyduğu qətiyyətli siyasi mövqeyə hörmətin ifadəsidir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, artıq Cənubi Qafqazda əsas oyunçunun Azərbaycan olduğunu bütün dünya yaxşı anlayır. Rəsmi Bakı da diplomatik gedişləri ilə bölgəni qarışdırmaq məqsədilə dəridən-qabıqdan çıxanları, xüsusilə Fransanı dəf etməyə, daha doğrusu, qeyri-region ölkələrinin regionda proseslərə müdaxiləsinə imkan verməməyə çalışır. Yeri gəlmişkən qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində bu məsələdən söz açaraq bildirmişdir ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Bölgə ilə bağlı məsələyə qeyri-regional ölkələrinin müdaxiləsi qəbuledilməzdir. Bütün bunlar isə bir daha təsdiq edir ki, bölgədə sülhü təmin edəcək siyasi iradə ortaya qoyan Azərbaycanın təklif, təşəbbüs və səyləri tezliklə öz məntiqi nəticəsini verəcək və  son otuz ildə planetin ən həssas qaynar nöqtələrindən biri sayılan Cənubi Qafqazda davamlı sülhə nail olunacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kərimov Əli dastanı…

Next

Möhtəşəm 100 gün

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv