Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“France 2”, “TF1”, “France24”… İndi növbə hansı kanalındır?

By Vüsal Rafiqoğlu
04.08.2024 3 Min Read

2024-cü il Paris Olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirdi. Bundan sonra Fransanın TF1 kanalı öz “həmkar”ının bu iyrənc hərəkətlərini davam etdirdi.

Belə ki, bu kanal heç bir fakta əsaslanmayan  “Xarici müdaxilələr: Azərbaycan Fransada sabitliyi necə pozmağa çalışır” adlı reportajında ölkəmizə növbəti dəfə böhtanlar yağdırıldı. Həmin reportajda iddia olundu ki, guya rəsmi Bakı kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməklə “demokratiyanın beşiyi” daxili işlərinə qarışır. Halbuki, Azərbaycan dəfələrlə bəyan edib ki, o,  konkret bir ölkəyə və ya hökumətə qarşı deyil, insanları öz müqəddəratını təyinetmə hüququndan və azadlığından məhrum edən müstəmləkə sisteminə qarşı mübarizə aparır. Özü də beynəlxalq hüquq normaları çərçivəsində, həm də  Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun… Amma bu, bir faktdır ki, Fransa  Afrika ölkələrinin bir hissəsini nəzarətində saxlayır. Və sözün həqiqi mənasında həmin ölkələrə qan uddurur. Görəsən, bütün bunlardan söz açmaq nə vaxtdan bu və ya digər ölkənin daxili işlərinə qarşmaq sayılır.  Amma Makron Fransası demək olar bütün dövlətlərin daxili işlərinə burnunu soxur, ona söz deyəndə isə bildirir ki, daxili işimizdir, qarışmayın. Halbuki, Ermənistanın əli ilə Cənubi Qafqazda möhkəmlənmək istəyən, bölgəni özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışan, təcavüzkar ölkəni öldürücü silahlarla silahlandırmaqda davam edən, rəsmi Bakının əldə etdiyi uğurları həzm etməkdə çətinlik çəkən Fransa Azərbaycanın daxili işlərinə qarışmağı dövlət siyasəti kimi qarşısını məqsəd qoyub. Bunun təsdiqi üçün isə kifayət qədər tutarlı faktlar da var. Bu ölkənin 2024-cü il Paris olimpiadasının açılışında Azərbaycana qarşı göstərdiyi “performans” sadəcə qarışmaların davamıdır.

Bu  günlərdə isə Fransanın daha bir kanalı, yəni “France24” da bu “ansamb”la qoşulub. Belə ki, bu kanal BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşan Azərbaycanı insan hüquqları “pozmaqda ittiham edib”. Buna da “əsas” kimi ötən ilin sentyabrında keçirilmi lokal antiterror tədbirindən sonra Qarabağı tərk etmiş də erməni əsilli şəxsləri misal kimi göstərməyə çalışıb. Halbuki,  ermənidən betər ermənilik edən bu kanallın əməkdaşları bilməmiş deyil ki,  erməni əsilli şəxslər separatçıların təhriki ilə Azərbaycan vətəndaşlığını qəbul etməkdən  imtina edərək Qarabağı könüllü tərk ediblər. Hətta bu faktı BMT, həmçinin Ermənistan  tərəfindən də təsdiqini tapıb. Bütün bunlar azmış kimi, yolunu azmış “France24” erməni əsilli şəxslərin Qarabağdan könüllü və heç bir təhlükə olmadan çıxıb getməsini həyasızcasına “soyqırımı” adlandırıb. Özü də bu “qənaət”lərində kimə istinad etsələr yaxşıdır? Erməni diasporunun diktəsi ilə oturb-duran, buna görə də  onlar tərəfindən başına şabaş yağdırılan  Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, saxtakar Luis Moreno Okampoya. Bəli, bu həmin Okampodur ki, Azərbaycana qarşı böhtanlar yağdıraraq, soyqırımı, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb etməkdədir. Bəli, bu həmin Okampodur ki, hayların əlində alətə çevrilib.

“France24” də onun bu sayıqlamalarından məharətlə faydalanmağa çalışıb. Hətta kanal xunta rejiminin rəhbəri olan, çoxsaylı cinayət əməlləri törədən və hazırda barələrində həbs qətimkan tədbiri seçilərək, Bakıda saxlanılan Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın həbsini qanunsuz adlandırmasını da efirə verib. Kanal Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran qondarma rejimin sabiq “dövlət naziri”, rusiyalı erməni milyarder, qlobal fırıldaqçı Ruben Vardanyanı da unutmayıb. Onu “xeyriyyəçi iş adamı” kimi təqdim etməklə onu “aydan arı, suda duru” təqdim etməyə cəhdlər göstərib.

Halbuki, “France24” bilməmiş deyil ki, Azərbaycanda heç bir nəfər erməni hərbi əsiri yoxdur. Müharibə cinayətləri törətmiş, əlləri soydaşlarımızın qanına batmış separatçılar var ki, onlar da qanunla məsuliyyətə cəlb olunublar. Rusiyanın pasportun­dan imtina edərək Qarabağ ərazisinə köçmüş Ruben Vardanyana gəldikdə isə, o,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Bu mənada onların azad edilməsini tələb etmək heç bir məntiqə sığmır. Bu, heç  beynəlxalq hüquqa da uyğun deyil. Elə bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan belə onlarla maraqlanmır.

Şübhəsiz, bütün bu addımlar  Fransa prezidenti Emmanuel Makronun göstərişləri əsasında atılır. Bu isə o deməkdir ki, Fransa ölkəmizə qarş  qarşı təxribatçı təbliğatını dayandırmaq fikrindən çox uzaqdır. Görəsən,  Azərbaycana qarşı hədyanlar yağdırmaq növbəsi indi Fransanın hansı kanalınındır?

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aqressivlik, xəyal qırıqlığı: Yayda payız havasının mənfi təsirləri – ARAŞDIRMA

Next

Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv