Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İran İrəvana “pul limanını” vermədi

By Vüsal Rafiqoğlu
11.12.2024 5 Min Read

Ermənistan, İran və Hindistanın ticarət marşrutu baş tutmadı – səbəblər

Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət marşrutunun işə salınmasını hədəfləyən layihə baş tutmayıb. Avqust ayında Ermənistan mənbələri 3 ölkənin nəqliyyat sektorunun nümayəndələrinin sentyabrda böyük görüşünün olacağına dair məlumat yaymışdılar. Məlumatda qeyd olunurdu ki, görüş iştirakçıları İranın Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin limandan yüklərin daşınması marşrutunun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər. 

İranın təşəbbüskarı olduğu marşrut Körfəz ölkələri və Hindistandan Aİ (Avropa İttifaqı) və AİB (Avrasiya İqtisadi Birliyi) ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Layihədə Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (istər avtomobil, istərsə də dəmir yolu ilə), oradan isə Gürcüstan, Bolqarıstan, Yunanıstan limanlarına və ya Rusiyaya (dəniz limanları və ya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə) çatdırılması planlaşdırılır.

Ermənistan, İran və Hindistan ticarət marşrutu açacaq - DETALLAR »  Avrasiya.Net

Dəhlizin Ermənistandan keçəcək xətti öz mallarının tədarükünü diversifikasiya etmək istəyən İran və Hindistan üçün vacibdir. Erməni ekspertlərinə görə, İran və Ermənistandan keçən marşrut Hindistan və Körfəz ölkələrinə logistika xərclərini 25 faiz, habelə daşıma müddətini demək olar ki, yarıbayarı (Süveyş kanalı vasitəsilə olan 40 gündən 18 günə qədər) azaltmağa imkan verəcək. Belə olan halda, Ermənistan mühüm tranzit qovşağına çevriləcək. Ermənistandan keçən dəhlizin özü isə Hindistana Qara dəniz limanlarına, eləcə də daha qısa marşrutla Aİİ bazarına çıxış əldə etməyə imkan verəcəkdi. 2021-ci ilədək İranın dəvətinə baxmayaraq, Azərbaycan Ermənistan amilinə görə layihəyə maraq göstərməyib. Həmin il İranın dəvəti ilə dəhlizin bir qolu olaraq yüklərin Azərbaycan üzərindən daşınmasına dair iki ölkə arasında müqavilə imzalanıb, konkret işlərin icrası planı təsdiqlənib.

İranın bu addımı Ermənistanda böyük qəzəblə qarşılansa da, mövcud reallıqlar İrəvanın hər hansl açıq etiraz nümayişinə imkan vermirdi. Reallıq isə bundan ibarətdir ki, İranla Ermənistanın dəmiryol nəqliyyatının əlaqələndirilməsi icrası mümkün olmayan utopiyadır: ən azı ona görə ki, bu proses bir neçə milyard dollar yatırım tələb edir və nə Tehranın, nə də İrəvanın bunu təmin etmək imkanı yoxdur.

Ermənistan İranın Azərbaycanı layihəyə dəvətindən özünə gəlməmiş daha bir müttəfiqindən zərbə yedi. 2023-cü ilin mayında Rusiya və İran Şimal-Cənub Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin tikintisi üzrə dövlətləarası saziş imzaladılar. Müqaviləyə əsasən dəmiryol xəttinin tikintisi üçün Rusiya İrana dövlətlərarası razılaşma əsasında 1,3 milyard avro kredit ayırır. Bu, yüklərin Hindistandan Avropa və Rusiyaya və əksinə daşınmasını təmin edəcək dəhlizin bir hissəsi olmağa çalışan Ermənistan üçün böyük zərbə kimi qiymətləndirildi. Erməni ekspertlər müqavilənin İrəvanı birdəfəlik layihədən kənarda qoyduğunu bildirirlər.

Ermənistan-İran-Hindistan ticarət marşrutunun açılışı ilə bağlı görüş  keçiriləcək – GADTB

Lakin İranın və Hindistanın dəstəyinə arxalanan Ermənistan Hindistan-Avropa yükdaşımalarında iştirakda qərarlı görünür. Ötən ilin aprelində Ermənistan rəsmiləri Çabahar limanında operatorluq üçün real addımların atılmasına başlandığını elan etdilər. Limanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə inteqrasiya edilməsi nəzərdə tutulur ki, bu da Ermənistanın bu layihədə iştirakı demək olacaq.

Ermənistan üzərindən planlaşdırılan marşrut Hindistan və Fars körfəzi limanlarından Avropa və Aİİ ölkələrinə yüklərin çatdırılmasını nəzərdə tutur. Sxemə görə, Hindistanın Mumbay limanından mallar Çabahara çatdırıla, sonra quru yolu ilə Ermənistana, daha sonra isə Gürcüstana aparıla bilər. Gürcüstan limanlarından yüklər ya Bolqarıstan və Yunanıstana, ya da Yuxarı Lars vasitəsilə Rusiyaya göndərilə bilər.

Bu marşrut həm İran, həm də Hindistan üçün vacibdir, çünki onlar logistik marşrutlarını şaxələndirməyə çalışırlar. Ermənistan da öz növbəsində tranzit ölkə kimi mövqeyini gücləndirəcəyini gözləyir. Bu, İrəvanın iştirakçısı olduğu ilk beynəlxalq əhəmiyyətli layihə olacaq. 

Bu il aprelin 19-da İrəvanda Ermənistan, Hindistan və İran nümayəndələri arasında ilk görüş baş tutub. Hindistan tərəfi adından Xarici İşlər Nazirliyinin dövlət katibi K.P.Sinqh, Ermənistanı xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İranı isə xarici işlər nazirinin köməkçisi, Cənubi Asiya Departamentinin rəhbəri Seyid Rəsul Musəvi təmsil ediblər.

Məsləhətləşmələrlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı qısa rəsmi məlumatda tərəflərin “üçtərəfli əməkdaşlıq məsələlərini” müzakirə etdiyi bildirilir, lakin detallar açıqlanmır. Yalnız tərəflərin eyni formatda məsləhətləşmələri davam etdirmək qərarına gəldiyi bildirilir.

İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya Departamenti özünün Twitter səhifəsində üçtərəfli məsləhətləşmələrdə əsas müzakirə mövzularının Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin Hindistanın Çabahar limanının dəmir yolu və avtomobil nəqliyyatı ilə Ermənistanla birləşdirilməsinin mümkünlüyü olduğuna dair məlumat açıqlayıb.

Hindistan mətbuatı isə İrəvan görüşündə ticarət və strateji əməkdaşlığın əsas mövzu olduğunu yazıb. Ümumiyyətlə, Hindistanın ingilisdilli “The Print” nəşrinə görə, İran və Hindistan Ermənistan üçün yeni təhlükəsizlik sisteminin yaradılmasında əsas elementlərdir, çünki “ermənilər artıq ənənəvi müttəfiqləri olan Rusiyaya arxalanmırlar”.

İranın Makran sahilində, Oman körfəzinin yanında yerləşən Çabahar limanı unikal coğrafi mövqeyə malikdir. Belə ki, Çabahar Hind okeanına birbaşa çıxışı olan yeganə İran limanıdır. O, həmçinin Əfqanıstan və dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələrinə yaxındır.

Əfqanıstana, postsovet məkanının cənub hissəsinə və nəhəng Avro-Asiya regionuna çıxışı açan Çabaharın üstünlüklərini nəzərə alan Hindistan iyirmi il əvvəl ona maraq göstərməyə başlayıb. Limanın birgə işlənməsi ilə bağlı İran tərəfi ilə danışıqlar 2003-cü ildə başlayıb, lakin Tehrana qarşı beynəlxalq sanksiyalara görə layihəyə çoxillik fasilə verilib.

Onun həyata keçirilməsi yalnız 2016-cı ildə Hindistanın baş naziri Narendra Modinin Tehrana səfəri zamanı mümkün olub və o, Dehlinin Çabahar limanının infrastrukturunun tikintisinə 500 milyon dollar sərmayə qoymaq niyyətini açıqlayıb.

2016-cı ilin may ayında Hindistan Çabahar limanında Şəhid Beheşti terminalının tikintisi üçün İran və Əfqanıstanla üçtərəfli saziş imzalayıb. Terminal 2018-ci ildə fəaliyyətə başlayıb. Layihənin icrası dövründə artıq Çabahar limanı vasitəsilə Hindistandan Əfqanıstana 2,5 milyon ton buğda və 2 min ton paxlalı bitkilər daşınmışdı. Lakin əvvəlki müqavilə illik yenilənmə tələb edirdi və bütün Çabahar limanını deyil, yalnız Şəhid Beheşti terminalını əhatə edirdi.

2024-cü ilin may ayında tərəflər arasında imzalanan yeni müqavilə on il müddətinə bağlanıb və bu müddət ərzində liman əsas xarici investor kimi Hindistan tərəfindən idarə olunacaq. İmzalanmış saziş çərçivəsində layihəyə cəlb olunacaq yeni Hindistan investisiyalarının ümumi məbləğinin 370 milyon dollar olacağı gözlənilir. Tarixdə ilk dəfədir ki, Dehli xarici liman idarə edəcək. Dehli ümid edir ki, Çabahar limanı Əfqanıstan, Mərkəzi Asiya və daha böyük Avrasiya ilə əlaqə kimi Pakistanın Qvadar limanı və Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə rəqabət apara biləcək.

Lakin hələlik proseslər Ermənistanın istəyinə uyğun getmir. Belə ki, payızda planlaşdırılan üçtərəfli görüş baş tutmayıb. Bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb: “Bu görüş İranda baş verən məlum hadisələrə görə baş tutmadı”. Qeyd olunur ki, Ermənistan multimodal yüksəksürətli marşrutun yaradılması ilə bağlı ilkin müzakirələri davam etdirir, lakin onun işə salınmasının son vaxtı qeyri-müəyyən olaraq qalır. İranın Çabahar limanının idarə olunmasında Ermənistanın rolu da qeyri-müəyyən olaraq qalır: “Ermənistanın limanda iştirak formatı hələ də müzakirə olunur”.

Qeyd etdiyimiz kimi, Çabahar əhəmiyyətli logistik potensiala malikdir və Ermənistan üçün xüsusi maraq kəsb edir. Lazımi infrastruktur tamamlandıqdan sonra bu liman erməni şirkətləri üçün əsas nəqliyyat mərkəzinə çevrilə bilər. İqtisadiyyat nazirinin müavini başda olmaqla, Ermənistan nümayəndə heyətinin bu yaxınlarda İrana səfəri zamanı Ermənistan və İranın nəqliyyat şirkətləri arasında anlaşma memorandumu imzalanıb. Növbəti addım erməni şirkətlərinə limanda əməliyyat fəaliyyətinə başlamağa imkan verən müqavilənin bağlanması olacaq. Lakin göründüyü kimi, bu addım yubanır.

Burada Hindistanın Çabahar limanına əlavə investisiya yatırmaq planlarına ABŞ-ın sərt etirazından tutmuş, Ermənistan-İran-Hindistan ittifaqına Rusiyanın yanaşmasına qədər çoxsaylı faktorlar var. Qərblə açıq savaşda olan Moskvanın indilik prosesə böyük təsir imkanlarının olmadığı açıq sezilir: xüsusilə İrəvanın ondan uzaqlaşma siyasəti pik həddə çatdığı indiki mərhələdə. Lakin Rusiyanın bu prosesdə kənar seyrçi qalacağını gözləmək də sadəlövhlük olardı. Bu baxımdan, Ermənistan-İran sərhədini qoruyan Rusiyanın ondan dəmiryol tikintisi üçün kredit alıb, özü Ermənistanda 210 milyon dollarlıq yol tikintisini maliyyələşdirən İranın addımlarına cavabının olacağı şübhə doğurmamalıdır.

ABŞ-da İrana qarşı sərt mövqeyi ilə seçilən Donald Trampın hakimiyyətə gəlməsi Hindistanın İranla işbirliyini tormozlayacaq əsas amilə çevrilə bilər. Bir müddət öncə dollar alternativ yaratmaq istəyən BRİKS üzvlərini – o cümlədən də Hindistanı 100 faizlik idxal rüsumları ilə hədələyən Trampın Dehlinin ABŞ düşməni olan İranla sıx işbirliyinə cəsarət edəcəyi də şübhəli görünür.

Dünya SAKİT,
“Yeni Müsavat” 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İki mənbədən pensiya almaq – özəl pensiya fondları yaradılır

Next

Novruzdə 1 həftə qeyri-iş günü olacaq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv