Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Milli Məclisin deputatı Ağalar Vəliyev: Azərbaycanın müstəqilliyinin memarı və dövlətçiliyinin əbədi qoruyucusu

By Vüsal Rafiqoğlu
11.12.2024 3 Min Read

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan tarixində mühüm rol oynamış dahi dövlət xadimidir. Ulu Öndərin fəaliyyəti həm Sovetlər dönəmində, həm də müstəqillik dövründə Azərbaycanın inkişafı və milli kimliyinin formalaşması üçün müstəsna əhəmiyyət daşıyıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Ümummilli Liderin siyasi fəaliyyətinin əsas mərhələlərinə toxunan millət vəkili qeyd edib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildikdən sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında dönüş yaranıb. Sovet dövründə Heydər Əliyev mərkəzi hökumətin sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetlər siyahısına daxil edib. O, milli kadrların irəli çəkilməsi, milli mədəniyyətin qorunması, təhsil, sənaye, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirib.

SSRİ-nin dağılmasından sonra Ümummilli Lider siyasi fəaliyyətini müstəqillik şəraitində davam etdirib. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini qorumaq və gücləndirmək istiqamətində mühüm addımlar atıb. Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitlik bərpa olunub, hüquqi və iqtisadi islahatlar aparılıb, neft strategiyası formalaşdırılıb.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasındakı rolundan bəhs edən deputat bildirib: “Dahi Liderin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın dövlət müstəqilliyinin qorunması və onun beynəlxalq arenada mövqeyinin gücləndirilməsi olub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya enerji bazarında mühüm aktora çevrilməsinə şərait yaratdı. Bu strateji addım təkcə iqtisadiyyatın inkişafını deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsini təmin etdi. Bundan əlavə, Ümummilli Lider Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün davamlı səylər göstərib. Onun xarici siyasəti hər zaman Azərbaycanın milli maraqlarına əsaslanıb, ölkənin tərəfdaşlıq əlaqələrini genişləndirib”.

Heydər Əliyev irsi və milli ideologiyası barədə fikirlərini bölüşən Milli Məclisin üzvü qeyd edib ki, Heydər Əliyevin siyasi irsi onun rəhbərliyi ilə formalaşan Azərbaycançılıq ideologiyasında öz əksini tapır. Bu ideologiya milli birliyi, Azərbaycanın müstəqilliyini, xalqın mədəni və tarixi dəyərlərini qorumaq və inkişaf etdirmək məqsədini daşıyır. Onun yaratdığı Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında mühüm rol oynayır və ölkənin davamlı inkişaf strategiyasının təminatçısı kimi çıxış edir. Ulu Öndərin irsi, eyni zamanda, gənc nəslin milli ruhda tərbiyə olunmasında əsas meyardır. Ümummilli Lider həyatının 60 ilini xalqının bu günü və sabahı ilə yaşayıb. Xalqa və Vətənə həsr olunmuş bu mənalı ömrün son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib.

2003-cü ilin Prezident seçkilərində Heydər Əliyev onun namizədliyini irəli sürən və dəstəkləyən insanlara, bütün Azərbaycan xalqına müraciətində namizədliyini özünün siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. Əmin olduğunu bildirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü planları, işləri İlham Əliyev başa çatdıracaq. Belə də oldu. Ötən illər Ulu Öndərin öz inamında nə qədər haqlı olduğunu təsdiqlədi.

“Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki işğal altındakı torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində azadlığa qovuşub. Azərbaycan onun arzuladığı səviyyəyə yüksəlib, BMT kimi qurumların mötəbər tədbirlərinə, o cümlədən COP29-a uğurla ev sahibliyi edərək, qlobal problemlərin həllinə töhfələrini verir,” – deyən parlamentari əminliklə bildirib ki, dövlətimizin başçısının qətiyyəti, əzmkarlığı sayəsində bu zəfərlərin davamı gələcək, Ulu Öndərin parlaq ideyalarının işığında yeni-yeni uğur zirvələri fəth olunacaq. Azərbaycan bundan sonra da regional və qlobal aktor kimi beynəlxalq proseslərdə mühüm rolunu davam etdirəcək.

Deputatın sözlərinə görə, Ümummilli Liderin ən böyük arzularından biri də Türk dünyasının bir araya gəlməsi, vahid mövqe və platformadan çıxış etməsi idi. Bu ideyanı irəlilədən Azərbaycan Prezidenti İlham Əliyev Türk dövlətlərinin daha sıx birləşməsi üçün davamlı səylər göstərir, öncüllük nümayiş etdirir. Həmçinin ölkəmizin qardaş Türkiyə ilə münasibətlərini dərinləşdirərək strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Ağalar Vəliyev sonda vurğulayıb ki, Heydər Əliyevin irsi, yalnız bir dövrün liderinin fəaliyyətindən ibarət deyil, həm də Azərbaycan xalqının gələcək nəsillərə ötürüləcək milli sərvəti və dəyəridir. Bu irsi qorumaq, onu təbliğ etmək və gənc nəsillərə daha dərindən tanıtmaq vacibdir. Onun dövlətçiliyin qorunmasında göstərdiyi prinsipiallıq və xalqa xidmət missiyası hər bir azərbaycanlı üçün örnəkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əbədiyaşar Lider

Next

Ürəklərdə əbədi yaşayan Lider

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv