Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan “tək və kontrabasda ifa etmək” zorunda qalıb

By Vüsal Rafiqoğlu
15.01.2025 4 Min Read

ABŞ və Avroittifaqın tərəf tutması onları prosesdən kənarlaşdırıb; İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur – iki deputatdan şərh 

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır. “Yeni Müsavat” qeyd edir ki, bunu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir. “Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, – Qrono vurğulayıb. Qeyd edək ki, ötən həftə Bakıda olan Maqdalena Qrononu Prezident İlham Əliyev qəbul edib. Dövlət başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Yeri gəlmişkən, İlham Əliyev yerli televiziyalara müsahibəsində Vaşinqton və Brüsselin danışıqlarda vasitəçiliklərinə qarşı çıxmalarının səbəbini izah edib. “Amerikanın dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu”, – deyə dövlət başçısı bildirib. Göründüyü kimi, ABŞ və Avroittifaqın tərəf tutması onların Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırılması ilə nəticələndi.

Ekspertlərə görə, Bakının ikitərəfli danışıqlara üstünlük verməsi, üçüncü tərəfi bölgəyə buraxmaması düzgün mövqedir. Çünki moderatorluq etmək istəyən istənilən üçüncü tərəf özünün geosiyasi, iqtisadi və digər maraqlarını ortaya qoyacaq, həmin maraqların təmin olunmasına çalışacaq. Bu isə həm Ermənistan, həm də Azərbaycan üçün əlavə yük və problemlər deməkdir. Amma o da var ki, Paşinyan vasitəçisiz görüşlərdən yayınır, ya da Qərb tərəfdaşı olmayan danışıqlardan özünü diskomfort hiss edir. Belə ehtimal etmək olar ki, Paşinyan indi məşhur filmdəki kimi “tək və kontrabasda ifa etmək” zorunda qalıb, ona görə danışıqlardan yayınması bundan sonra da davam edə bilər. Çünki Azərbaycanın mövqeyi birmənalıdır – vasitəçisiz görüş. Elə buna görə də İrəvan bu modeldən kənara çıxmamalıdır. 

Yeri gəlmişkən, bu məsələdə Rusiya da tərəflərə moderatorluq rolunu təklif edir. Amma Bakı və İrəvan razılıq verməyiblər. Ən obyektiv mövqedə isə Türkiyə dayanır, onların işinə qarışmır. Ümumiyyətlə, ötən il iki ölkə arasında baş tutan görüşlərdə sülh danışıqları davam etdirilsə də, müəyyən uğurlar əldə olunsa da, bölgədə baş verən gərginliklər, xüsusən də Ermənistanın təxribatları fonunda İrəvana inamsızlıq atmosferi prosesin irəliləməsinə mane oldu və nəticədə sülh müqaviləsi yenə də imzalanmadı. 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözləntiləri qalmaqdadır. Əgər tərəflər qarışmasalar və İrəvan tələbləri yerinə yetirsə…

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Aydın Mirzəzadə

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim partiyadan deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu gün danışıqlara vasitəçi lazım deyil, təki kənardan mane olmasınlar: “Təəssüf ki, kənardan əngəl olanlar var. Biri ermənilərə silah verir, biri Ermənistanı açıq şəkildə dəstəkləyir, başqa birisi məsələləri fərqli formada təqdim edir, bir başqası isə normallaşma prosesinin olmasını istəmir. Lakin bu gün vasitəçisiz əlaqələr var. Hazırda baş nazirlərin müavinləri səviyyəsində, o cümlədən müvafiq komissiyalar arasında müntəzəm görüşlər keçirilir, təmaslar olur”. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan diplomatik kanallarla ümumi razılığa gələ bilirlər: “Necə ki bu kanallar vasitəsilə tərəflər anlaşdılar ki, Ermənistan “COP29″un Azərbaycanda keçirilməsinə etiraz etmir. Sadəcə, kənar güclərin müdaxilələri hələ də davam edir. Ancaq Ermənistanın beynəlxalq hüquq normaları çərçivəsində problemin həllinə razılaşmaqdan başqa çarəsi yoxdur və bu halda özünü saldığı izolyasiyadan çıxmağa razılaşacaq. Eyni zamanda Ermənistan Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan ərazisindən Rusiyaya çıxış əldə edəcək. Ümumilikdə, zaman bu iki dövlət arasında münasibətlərin normallaşmasını tələb edir. Azərbaycanın mövqeyi isə bu baxımdan hər iki dövlətin, habelə regionun və dünyanın maraqlarına xidmət edir”.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Deputat Elşad Musayev “Yeni Müsavat”a qeyd etdi ki, bu münaqişənin həlli ilə bağlı əvvəldən böyük dövlətlər öz təkliflərini irəli sürüblər: “Sonra məlum oldu ki, onlar vasitəçi deyilmiş, Ermənistanı müdafiə edirmişlər. 44 günlük müharibədən sonra yenə vasitəçilik gündəmə gəldi. Bu məsələdə Rusiya və Qərbin vasitəçiliyinə üstünlük verən iki mövqe var idi. Amma Azərbaycanın mövqeyi budur ki, vasitəçiyə ehtiyac yoxdur. Çünki vasitəçilər tərəfdir. Əgər tərəfsiz olsaydılar, prosesə töhfə verərdilər”. Elşad Musayev əlavə etdi ki, Ermənistan vasitəçisiz sülh prosesindən qaçır: “Əgər belə davam edəcəksə, Ermənistan növbəti kapitulyasiyaya imza atacaq. Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün diplomatik təzyiqlərini artırmalıdır. Bizim tələblərimiz qüvvədədir və İrəvan onları yerinə yetirməsə, blokada şəraiti davam edəcək”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XİN sözçüsü ABŞ səfirliyinə cavab verib

Next

Yeni Azərbaycan reallıqları…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv