Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Aliment təyinində yeni qayda – problem çözülür, yoxsa…

By Vüsal Rafiqoğlu
23.01.2025 2 Min Read

Ekspert: “Optimal variant Aliment Fondunun olmasıdır”

Ali Məhkəmə Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib. Qərara əsasən, sabit pul məbləğində aliment tutularkən alimentin məbləği konkret rəqəmlə deyil, minimum əmək haqqının müəyyən mislinə uyğun sabit pul məbləğində göstəriləcək. Bu isə o deməkdir ki, ölkə üzrə yaşayış minimumun artması əsası ilə hər dəfə alimentin artırılması ilə bağlı vətəndaşlar müstəqil iddia qaldıra bilməyəcəklər. Bunun əvəzində minimum əmək haqqının artması əsası ilə icra icraatı qaydasında məhkəməyə sadə prosedur qaydada müraciət edərək alimentin minimum əmək haqqının artımına indeksasiya edilməsini xahiş edəcəklər. Bu da o anlama gəlir ki, alimentin artırılması ilə bağlı hər il yeni iddialar qaldırma dövrü artıq keçmişdə qaldı.

Yeni qayda aliment problemini həll edəcək, yoxsa konfliktləri daha da artıracaq? Əsas iş – Aliment Fondunun yaranması niyə həllini tapmır?

Məsələ ilə bağlı Musavat.com-a danışan hüquqşünas Anar Məmişov deyir ki, Azərbaycanda Aliment Fondunun yaradılmasında müəyyən risklər var. 

Barassociation.az - Axtarışın nəticəsi

Anar Məmişov 

“Əgər Aliment Fondu yaradılsa, formal boşanmalar çoxala bilər. İnsanlar danışılmış şəkildə boşanacaqlar ki, fonddan pul alsınlar. Bu fondun mahiyyəti belədir ki, dövlət pulu uşağın hesabına köçürür və sonra həmin məbləği atadan alır. Bu isə ölkəmizdə sui-istifadəyə səbəb ola bilər. Məsələn, fond alimenti anaya ödəyər, daha sonra onu atadan almaqda çətinlik yaranar. Bu baxımdan böyük risklər var.

Alimentin minimum əmək haqqına uyğun olaraq tutulması isə proseslərin hər il məhkəmədə iddia formasında keçməsinə yox, sadələşmiş formada baxılmasına şərait yaradacaq. Bu, aliment alan tərəfə daha çox sərf edir.

Yaşayış minimumu əsasında aliment təyin ediləndə aliment alan tərəf məcbur idi ki, yaşayış miniumumu artdıqca iddia qaldırsın. Aliment sabit pul məbləğinə uyğun tutulanda isə miniumum əmək haqqının 70 faizi tutulacaq.  Gələcəkdə bu məbləğ artanda isə ana iddia deyil, ərizə əsasında məhkəməyə müraciət edəcək ki, aliment indeksasiya olunsun. Əvvəl isə aliment alan məcbur idi ki, Mediasiya Şurasına müraciət etsin, ora müəyyən məbləğ ödəsin,  daha sonra məhkəmədə iddia qaldırsın və s. İndeksasiya formasında isə buna ehtiyac yoxdur. Bunlar aliment alanların işini xeyli yüngülləşdirdi.

Əvvəl alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanırdı, indi məhkəməyə müraciət etdikdən dərhal sonra qüvvəyə minəcək, daha sadələşmiş formada olacaq. Bu isə daha operativ reaksiya deməkdir.

İlk dəfə alimentlə bağlı məhkəməyə müraciət edən vətəndaşlar ölkə üzrə yaşayış minimumuna əsaslana bilərlər. Lakin daha sonra alimentin məbləğini artırmaq istəyirlərsə, daha sadə prosedurla məhkəməyə müraciət edəcəklər”.

Hüquqşünas deyir ki, yeni qayda məhkəmələrin yükünü azaldacaq, insanlar mediasiyaya müraciət etməyə məcbur olmayacaqlar: “Mən tamamilə başqa variant təklif etmişdim. Bildirirdim ki, əgər aliment yaşayış minimuna görə tutulursa, konkret qətnamədə qeyd edilsin ki,  yaşayış minimumu həddində tutulsun və hər il o artdıqca alimentin də məbləği avtomatik artırılsın. Optimal variant Aliment Fondunun olmasıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Metronu zibilləyənlərə sərt cəza – problem təkcə budurmu…

Next

Ermənistan dörd kəndi də təhvil verəcək – İrəvandan etiraf

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv