Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Leninin yerinə uzanmağa ən layiqli namizəd – Müstəqilliyimizə “Böyük Rusiya” hədəsi

By Vüsal Rafiqoğlu
27.01.2025 3 Min Read

Qalmaqallı açıqlamaları ilə tanınan rusiyalı ideoloq və avrasiyaçı Aleksandr Duqin maraqlı, eyni zamanda, postsovet ölkələrinə təhdid xarakterli təklif verib. O, Putinə Lenini mavzoleydən götürməyi və orada “əsl imperator”a, yəni Putinin özünə yer açmağı təklif edib. Keçək mahiyyətə.

Sitat belədir: “Bir dəfə yazmışam, Putinə inam imperatora inam kimidir. İnanıram ki, imperatorumuzun Rusiya tarixindəki rolunu müqəddəs edəcək bir sıra atributlar – gələcək dəfn yeri, müasir böyük Rusiyanın bütün uğurları üçün ibadət yeri yoxdur. Artıq Putinin mavzoleyinə sitayiş etmək mümkün olacaq. Vladimir Vladimiroviç vəfat etdikdə onun tabutunda növbələr yaranacaq. Qarşıdakı illərdə, onilliklərdə fəth edəcəyimiz Avropa dövlətlərinin bayraqlarını, düşmənlərdən alınan Qərb tanklarını bura gətirəcəyik”.

Bax belə. Diqqət edildisə, adam Putini Ukrayna ilə dayanmamağa, ordan o tərəfə keçib Avropa dövlətlərini də zəbt etməyə çağırır, o ki ola postsovet ölkələrini.

Kremldəki mənbələrin Duqinin təklifinə reaksiyası isə daha maraqlıdır. Orada bir tərəfdən təklifə gülüblər və bildiriblər ki, Putin hələ çox yaşayacaq. Digər mənbələr isə bildirib ki, “Putin Leninin cəsədinin mavzoleydən çıxarılmasını çoxdan istəyir, indi bu proses tezləşdirilə bilər”. Başqa sözlə, işğal yolu ilə Rusiyanı böyütmək kimi avantürist təklif Kremldə heç də pislənib-eləməyib, rədd olunmayıb. Əsl təhlükə də budur. Yoxsa ömrü əlbəttə ki, Allah verir…

Rusiya isteblişmentindəki siyasi ovqatın təbliğatçılarından olan Duqin axmaq adam deyil. Sözü də elə-belə, boşuna söyləməz, havaya atmaz. Hər halda hamıya bəllidir ki, Rusiya imzaladığı müqavilələri asanca unuda bilən etibarsız müttəfiq kimi tanınır. Ən yeni tariximizdə bunun nümunələri yetərincədir.

Məsələn, Rusiya 1995-ci ildə imzaladığı Budapeşt sənədinə görə, nüvə başlıqlarının qaytarılmasının qarşılığında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yazılı şəkildə boyun olmuşdu. Amma cəmi 19 il sonra o, Krımı işğal etdi. Daha 8 il sonra isə Donbasın işğalı üçün birbaşa hərbi təcavüzə başladı və işğal hələ də davam edir…

Yaxud Azərbaycan və Rusiya liderlərinin – İlham Əliyev və Vladimir Putinin imzaladığı 22 fevral (2022) Moskva Bəyannaməsi. Sənəddə bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət, separatçılıqla birgə mübarizə haqda konkret bəndlər var. Amma buna rəğmən, Moskva ta 2023-cü ilin sentyabrınadək – Qarabağda antiterror əməliyyatına kimi separatçı-xunta rejimini silah-sursatla təmin edilməsi, Ermənistandan Qarabağa qanunsuz hərbi texnika, minalar, hərbçilər daşınması üçün əlindən gələni etdi.

Rusiya “sülhməramlı” kontingentin Xocalıdakı qərargahı önündə hətta Rusiya, Ermənistanın (?!) bayraqları ilə yan-yana separatçıların “bayraq” adlandırdığı əski parçası da asılmışdı. Azərbaycan bayrağı isə yox idi! Sanki ərazinin bizə dəxli yox idi. Moskvanın Qarabağda süni “rus icması” yaratmaq və ermənilərə Rusiya pasportları paylamaq cəhdləri də öz yerində…

LENİN.jpeg (59 KB)

Putinin özü isə dəfələrlə SSRİ-nin süqutundan dərin kədər hissi keçirdiyini, bunu şəxsi faciə kimi qəbul etdiyini gizlətməyib. Sovet İttifaqının dağılmasını faktiki qəbul etmədiyinə açıq işarələr vurub. Hələ harasıdır, 1-ci Pyotrun vəsiyyətindən danışarkən “Pyotr heç yeri işğal etməyib, Rusiya torpaqlarını toparlamaqla məşğul olub, bu missiya indi bizim üstümüzə düşür” deyib. “Rusiyanın bir dostu var – onun ordusu” bəyanatının müəllifi də Puitindir.

Həmçinin bəzi rus deputatları və ekspertləri zaman-zaman Qazaxıstanın ərazi bütövlüyü və suverenliyi əleyhinə hədyanlar və hədələr səsləndiriblər. Onların arasında “SSRİ-nin çöküşü qanunsuz olub, yeni yaranan dövlətlər qanuni deyil” söyləyənlər də var. Dövlət Dumasının deputatı Anatoli Vasserman isə az öncə demişdi ki, “2025-ci ildə SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə baş verəcək”. Vasserman nümunə kimi ABŞ ştatlarının bəzilərinin Meksikanın keçmiş əraziləri olduğunu xatırlatmışdı: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona. Yəni ki, Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona nə vaxtsa Meksikanın olub deyə, beynəlxalq hüquqa, BMT nizamnaməsinə tüpürmək, özündən zəif dövlətlərin ərazilərini zorla yağmalamaq olar…

Qısası, Duqinin “böyük Rusiya”, mavzoley təklifini qəribçiliyə salmaq olmaz. Bu, yüz faiz planlaşdırılan hansısa pis ssenarinin anonsudur. Odur ki, Leninin yerində kimin uzadılacağından asılı olmayaraq, işimizi möhkəm tutmalı, qardaş Türkiyə ilə, Türk dövlətləri və dünyası ilə, İsrail və Pakistanla birlik, müttəfiqlik və qardaşlığımızı ən yüksək səviyyəyə çatdırmalıyıq. İqtisadi-hərbi gücümüzü durmadan artırmalı, daxildə milli vəhdəti göz bəbəyi kimi qorumalıyıq.

Eləcə də yeni supergüc Çinlə münasibətlərimizi sıxlaşdırmalı, ABŞ başda olmaqla kollektiv Qərbi ən azından özümüzə düşmən etməməliyik. Dünya yeni düzənə “hamilə”dir. Bu düzəndə layiqli yer tutanlardan olmalıyıq və olaq. Gecikmək lüksümüz yoxdur…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Geomaqnit qasırğası olacaq – XƏBƏRDARLIQ

Next

Erməniəsilli dəstə üzvlərinin məhkəməsi davam etdiriləcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv