Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Amerikalılar sazişin mürəkkəbi qurumamış İrəvana gəldilər

By Vüsal Rafiqoğlu
31.01.2025 4 Min Read

Ekspertə görə, Kanzas Milli Qvardiyasının komandanının rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri strateji tərəfdaşlıq sənədinin işə düşməsi deyil, amma…

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin (SS) direktoru – daxili işlər nazirinin müavini Kamo Tsutsulyan ABŞ-ın Kanzas Milli Qvardiyasının komandanı, general-mayor Maykl Venerdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Birləşmiş Ştatlar Ermənistanın Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarında islahatlar və modernləşdirmə səylərini dəstəkləməklə, hüquqlara hörmət edən strukturları təşviq etmək niyyətindədir.

“Bakı-xəbər” mövzu ilə bağlı qeyd edib ki, bu ilin yanvar ayının 14-də ABŞ-la Ermənistan arasında imzalanan “ABŞ-la Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın “Müdafiə və Təhlükəsizlik” adlanan III bölməsində qeyd edilir ki, Birləşmiş Ştatlar Ermənistanın Daxili İşlər Nazirliyi və hüquq-mühafizə orqanlarında islahatlar və modernləşdirmə səylərini dəstəkləməklə, hüquqlara hörmət edən strukturları təşviq etmək niyyətindədir: “Bu cür dəstəyin ictimai təhlükəsizliyin təmin edilməsi, sui-istifadə hallarına görə təqsirləndirilən şəxslərin araşdırılması və təqib edilməsi, transmilli cinayət və korrupsiya ilə mübarizə üçün polis hazırlığı və digər tədbirləri əhatə edəcəyi gözlənilir”.

Belə çıxır ki, Donald Tramp Baydenin Ermənistanla bağlı imzaladığı sözügedən sənədin icrasına başlayıb?

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, İrəvanla Vaşinqton arasında imzalanan məlum xartiyanın əsas müddəalarından biri də Ermənistanın hüquq-mühafizə orqanlarının sovet ənənəsindən NATO-Qərb ənənəsinə keçidi ilə bağlıdır: “Nikol Paşinyan öz hakimiyyətini daha da gücləndirmək üçün ölkədəki russevər “beşinci kolon”u təmizləməyi qarşısına məqsəd qoyub.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Ermənistan bürokratiyasından əsas rus agentura şəbəkəsi orduda və hüquq-mühafizə orqanlarındadır. Nikol Vovayeviç də bunu çox yaxşı anlayır. Orduda dəfələrlə Azərbaycana qarşı təxribatlar törədən və bunu Kremlin istəyi ilə edən erməni hərbçilərin böyük bir hissəsi xidmətdən qovuldu. Hələ ki xidmət edənlər agent hərbçilərin sayı da az deyil. Mərhələli şəkildə Paşinyan onları neytrallaşdırmaq niyyətindədir. Ordudan sonra ikinci ən böyük ruspərəst bürokratlar məhkəmə-hüquq və polis sistemində cəmləşib. Onlara qarşı genişmiqyaslı islahatları Paşinyan təkbaşına apara bilməz. Ona görə də öz havadarlarının və onu hakimiyyətə gətirənlərin köməyinə ehtiyac duyur. Buna görə də Birləşmiş Ştatlarla tələm-tələsik xartiya imzalandı. Ardınca amerikalılar İrəvana gəldilər. Onların gəlişinin əsas səbəbi vəziyyətlə yerində tanış olmaqdır.

Çox güman ki, islahatlar sürətli və mərhələli şəkildə aparılacaq. Bayden dönəmində imzalanan və Tramp dövründə icra olunan bu sənəd ABŞ-ın strateji maraqlarına da uyğun gəlir. Çünki məsələnin arxasında Rusiyanın Cənubi Qafqazdan çıxarılması var. Üstəlik, “İrana bir qədər də yaxınlaşmaq” üçün Ermənistan ərazisi ideal coğrafi-strateji koordinatdır. Tramp məhz bu səbəbdən layihənin icrasına “hə” deyib.

Polis və məhkəmədəki islahatlardan sonra orduda “NATO ənənələri”nin formalaşdırılmasına başlanılacaq. Amma hələ ki əsas məsələ polis sistemindəki islahatlardır. Çünki Ermənistan hər şeydən əvvəl polis dövlətidir. Düşünürəm ki, paralel olaraq Ermənistanın dövlət təhlükəsizlik sistemi də Rusiya caynağından və ənənələrindən qoparılacaq və Qərb sisteminə keçiriləcək. Çünki Rusiya hələ də Ermənistan xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edir. Erməni xəfiyyələrinin hələ də yarıdan çoxu Rusiyada təhsil alır. Bu da həm Paşinyan, həm də Ermənistanda geostrateji maraqları olan Qərb üçün olduqca təhlükəli tendensiyadır”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev çox vacib məsələlərə toxundu və eyni zamanda bu səfəri sadəcə növbəti səfərlərdən biri kimi qələmə verdi: “ABŞ-ın Kanzas Milli Qvardiyasının komandanının rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfər etməsini yanvarın 14-də imzalanmış strateji Tərəfdaşlıq haqqında Xartiyanın işə düşməsi kimi qiymətləndirmək istəməzdim. Çünki keçən illər ərzində də Daxili İşlər, Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanlarında islahatlara dəstək vermək adı altında ABŞ-dan İrəvana nümayəndələr gəlirdilər. Halbuki bu, imzalanmış xartiyadan öncə olub. Hesab edirəm ki, bu səfər də məhz indiyə qədər olan səfərlərdən biri kimi qiymətləndirilməlidir. O bir başqa məsələdir ki, bu əməkdaşlıq sferası da imzalanmış xartiyada öz əksini tapıb. Ümumiyyətlə, imzalanmış həmin sənəddə bir çox maddələr əks olunub. Onların içində ciddi müzakirə olunan maddələrdən biri də ABŞ hərbçilərinin Türkiyə və İran sərhədlərinin qorunmasında birgə əməkdaşlıq, bu sahədə ciddi dəstək veriləcəyi ilə bağlı idi. Hətta belə bir fikir də demişdilər ki, imzalanmadan sonra 1 həftə müddətində ABŞ hərbçiləri sərhəd qorunması məsələləri ilə bağlı Ermənistana gələcəklər. Göründüyü kimi, 10 gün keçməsinə baxmayaraq onlar hələ də gəlməyiblər və böyük ehtimalla yaxın gələcək üçün gəlmələri gözlənilmir. Əgər gəlsələr belə, onları sərhədboyu görə bilməyəcəyik. Çünki Ermənistan Türkiyə və İran sərhədlərini Rusiya hərbiçiləri ilə birgə qoruyur. Bu əməkdaşlığa son verilmədən ABŞ hərbiçilərinin sərhəddə hansısa işlərə cəlb olunması Rusiya üçün qəbuledilməz olacaq, eyni zamanda regionda münasibətləri gərginləşdirə biləcək hadisə ola biləcəyindən ABŞ da buna hələ getməz. O səbəbdən Kanzas Milli Qvardiyasının nümayəndə heyətinin səfərini, Ermənistan Daxili İşlər Nazirliyi ilə islahatlar üzərində birgə işləməsini imzalanmış ikitərəfli sənədin Tramp administrasiyası tərəfindən icra olunması kimi qəbul etməməliyik. Çünki dediyim kimi, bu səpkili səfərlər illərdir ki, var və bu da növbəti səfərlərdən biridir. ABŞ-ın yeni hakimiyyətinin Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı aydın şəkildə hələ açıqlanmadığından bu istiqamətdə birmənalı fikir bildirə bilməsək də, hər halda, bu siyasətin Bayden administrasiyasının siyasətindən fərqli olacağı şübhəsizdir. Eyni zamanda həmin siyasət bəlli olandan sonra ehtiyac yaranacağı halda, ABŞ xarici siyasətinin maraqlarına uyğun olaraq imzalanmış sənədin bəzi maddələrindən istifadə oluna bilər”.

Marqara və Ani-Pemziysk rayonlarında Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçilər artıq yeni iş axtarırlar. Bu barədə isə “Hraparak” nəşri məlumat yayıb. Nəşr iddia edib ki, rus sərhədçilərin sözügedən ərazidən çıxarılması gündəmdədir və birgə imzalanmış sazişə uyğun olaraq, ABŞ sərhədçilərindən ibarət qrup fevralda Ermənistana gələcək:

Bu o deməkdir ki, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində gömrük və sərhəd nəzarəti amerikalı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Qonşu İranın buna necə reaksiya verəcəyini avropalı müşahidəçilərin fəaliyyətinə verdiyi reaksiyalarla qiymətləndirmək olar. Tehran hesab edir ki, Ermənistan İrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün öz ərazisini Qərbə verir.

Qeyd edək ki, 14 yanvarda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanma mərasimində ovaxtkı dövlət katibi Entoni Blinken ABŞ sərhədçilərinin və mütəxəssislərin Ermənistana “gələn həftə” (yanvarın 21-nə qədər) göndəriləcəyini bildirmişdi. Lakin ABŞ qüvvələrinin gəlişi ilə bağlı heç bir məlumat yoxdur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bəzi yerlərdə duman müşahidə olunub – FAKTİKİ HAVA

Next

Xocalıya növbəti köç oldu – FOTOLAR

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv