Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Gözəllik salonlarında yoxlamalar başlayır – Obyekt sahibləri deyir ki…

By Vüsal Rafiqoğlu
08.02.2025 4 Min Read

Plastik cərrahların ardından yoxlama növbəsinin kosmetoloji prosedurlara çatacağı xəbəri obyekt sahiblərinin canına vəlvələ salıb – əməkdaşımızın qeydləri…

Səhiyyə Nazirliyinin plastik cərrahları yoxlamasının ardından kosmetoloji prosedurlarla bağlı da bir sıra qadağaların olacağı xəbəri gözəllik salonlarında çalışanları vəlvələyə salıb. Buna səbəb Analitik Ekspertiza Mərkəzinin mediaya verdiyi açıqlama olub. 

Qeyd edilir ki, tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. “Yeni Müsavat”ın xəbərinə görə, bu məlumat gözəllik salonlarında kosmetoloqları və lazeroloqları narahat edib, müxtəlif sosial şəbəkələrdə narazılıqlarını ifadə edirlər.

Odur ki, Bakının Nizami rayonunda bir neçə gözəllik salonuna baş çəkib, vəziyyəti yaxından öyrənməyə çalışdıq. Nəzəri ilk cəlb edən isə o oldu ki, bəzi salonlarda əvvəldən üzərində böyük hərflərlə “Lazer epilyasiyası” yazılmış reklam şitləri yığışdırılıb. Bəzi gözəllik salonlarının işıqları isə tamamilə sönmüş, fəaliyyətləri dayandırılmışdı. Bunu yaxınlıqdakı gözəllik salonunda da təsdiqlədilər. Deyildi ki, həmin salonların lisenziyası olmadığına görə bir neçə gündür fəaliyyətlərini dayandırıblar. Saç ustası kimi çalışan Aynur isə deyir ki, bir çox salonlarda lazer ustalarının təhsili var, amma bəzi salonlarda lazer epilyasiyasından sonra qadınların üzündə ləkələr yaranır. “Əlbəttə, bu doğru deyil. Mən özüm də narazıyam. Məsələn, yaxınlarda ”bərk gedən” kosmetoloq alnıma “dolğu” etdi, baxın alnım nə günə qalıb, necə çöküb. Özü də telekanallarda reklam olunan kosmetoloqdur. Bu cür problemlərə görə qayda-qanunun olması yaxşıdır. Amma dəstək olsunlar, salonu bağlamaqla məsələ bitmir ki. Mən saç ustasıyam, deyirlər bizdən də sənəd istəyəcəklər. Mən nə etməliyəm? Yer desinlər gedək oxuyaq, kurs varmı? Bu zamana kimi niyə demirdilər?”- deyə həmsöhbətimiz şikayətləndi. O, Məşğulluq Agentliyinə kurs keçmək üçün müraciət etdiyini söylədi: “Hələ ki, çağırmayıblar, cavab gözləyirəm. Bizə deyiblər ki, diplomumuz olmasa 5 min cərimə olunacağıq. Kasıb adamıq, kirayə qalırıq, uşağıma bir tikə çörəyi necə aparım… Özü də yanvar ayından işimiz çox zəifləyib. Heç yüz manat qazanmamışam”.

Saç ustası ilə söhbətimizi başa vurub digər gözəllik salonuna daxil oluruq. Burada da qapının üzərində qeyd edilməsə də, içəridə lazer proseduru aparılırdı. Jurnalist olduğumuzu bildikdən sonra isə danışmaq istəmədilər. Eyni hal bundan sonra daxil olduğum salonda da yaşandı. Üzərində “Lazer” yazılan digər salonda isə xeyli giley-güzar eşitdik və jurnalist olduğumuzu bilib çoxlu suallar verdilər. “Mən bu aparata bir evin pulunu vermişəm, hələ kreditini ödəyirəm. Bundan sonra harada işləyəcəm?” – deyə Gülər adlı lazeroloq ritorik sual verir. “Bu vaxta kimi niyə demirdilər? Bundan sonra mən tibb təhsili ala bilmərəm axı?! Kurs oxuya bilərik, heç olmasa desinlər hansı kurslarda oxumalıyıq. ”Qara Qarayev”, “Gənclik”, “Neftçilər”də kurslar var. Bu kursları bitirənlərin diplomu qəbul edilirmi? Bəs niyə bu qərarlar aptekdə işləyən əczaçılara aid edilmir. Əksər apteklərdə işləyənlərin heç ali təhsili yoxdur. Hansısa kursu bitiriblər. Onda bizə də apteklərdə olduğu kimi icazə versinlə”, –  Gülər xanım fikirlərini tamamlayır.

Ünvanlanan suallarla bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Qurumdan “Yeni Müsavat”a bildirildi ki, lazer üsulu ilə epilyasiya proseduru da tibbi kosmetologiyaya aid olub, icrası tibb müəssələrində tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim dermatoloqun nəzarəti altında dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməsi zəruridir: “Gözəllik salonları bərbər və vizajist xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan sahibkarlıq subyektlərinin fəaliyyətinə nəzarətlə bağlı səlahiyyətləri çərçivəsində planlı yoxlamaların aparılması Səhiyyə Nazirliyinə aid olmadığı üçün onların fəaliyyətinə nəzarət aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Həmçinin də gözəllik salonları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq edilən ”Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”a cavab vermədiyindən həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir. Gözəllik salonlarında tibbi kosmetoloji prosedurlar ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaş və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda Analitik Ekspertiza Mərkəz tərəfindən plandankənar yoxlamalar keçirilir ki, həmin xidməti yoxlamalar zamanı fakt öz təsdiqini tapdığı halda sahibkar subyektlərinə inzibati qaydada tənbeh tədbiri seçilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilir. Odur ki, gözəllik salonlarında mövcud tibbi kosmetoloji prosedurların həyata keçirilməsinin sahibkar subyektləri tərəfindən dayandırılması zəruridir. Əks halda onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər”.

Qurumdan kurslarla bağlı verilən suala belə cavab verilib: “Tibbi kosmetoloji prosedurların icrası tibb müəssisələrində tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim dermatoloqun nəzarəti altında dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməsi mütləqdir. Səhiyyə Nazirliyi tərəfindən tanınan müvafiq kurslar ixtisaslı tibb mütəxəssislərinin peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzərdə tutulur. Lakin heç bir tibbi təhsili olmadan sadəcə kurslardan əldə edilən sertifikatlar ilə tibbi kosmetoloji işlərin həyata keçirilməsi qanunvericiliyə ziddir. Tibbi təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olmaq, əhalinin həyat və sağlamlığını risk altına atmaq cinayət məsuliyyətidir. O ki qaldı əczaçıların diplomlarına, aptekdən dərman vasitələrinin buraxılması ”Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq sertifikasiyadan keçən ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.

Optik ləvazimatlar, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastrlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena mallarının satışı isə qeyri-ixtisas sahibləri tərəfindən həyata keçirilə bilər.

Afaq MİRAYİQ,
Fotolar müəllifindir
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR – Kreml dayanmasa…

Next

Bu ailələrə 300 manatdan çox müavinət veriləcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv