Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Azərbaycan Afrikada daha güclü mövqe sahibinə çevrilir – TƏHLİL

By Vüsal Rafiqoğlu
14.02.2025 3 Min Read

Somali ilə yanaşı, qitənin digər ölkələri də Bakı ilə əməkdaşlığa xüsusi diqqət yetirirlər

Azərbaycanın dünyanın geosiyasi, geoiqtisadi müstəvisində artan rolu Afrikada da diqqətlə izlənilməkdə, bu kontekstdə sözügedən qitədə yerləşən müxtəlif dövlətlərin ölkəmizlə əməkdaşlıq münasibətlərinin inkişafı özünün daha dinamik mərhələsinə qədəm qoymaqdadır. Afrika ölkələrinin Azərbaycanla əlaqələrinə getdikcə daha çox diqqət etməsini şərtləndirən kifayət qədər səbəblər mövcuddur. Bunun uzun tarixi olsa da, son illər ərzində prosesi sürətləndirən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol almasından qaynaqlanır. Hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu təşkilata üzv ölkələrin, o cümlədən Afrika dövlətlərinin üzləşdiyi problemləri fəal bir şəkildə dünya gündəminə gətirdi. Buna paralel olaraq həmin problemlərin həlli istiqamətində də Azərbaycan konkret təşəbbüslər irəli sürdü, çözüm yollarını göstərdi. Eyni zamanda, Azərbaycan öz imkanları daxilində Afrika ölkələrinə müxtəlif yardımlar etdi və proses indi də davam edir.

Xatırlatmaq yerinə düşər ki, koronavirus pandemiyasının tüğyan etdiyi vaxtlarda Azərbaycan on minlərlə doza COVID-19 peyvəndini Afrika ölkələrinə göndərib, digər formalarda yardımlar edib. Beynəlxalq ictimaiyyətin diqqətinin Afrikada çətin vəziyyətdə olan ölkələrə yönəlməsində də Azərbaycan müstəsna rol oynayıb. Bunlarla yanaşı, Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların da dünya gündəminə gətirilməsində olduqca önəmli fəaliyyət həyata keçirib və keçirməkdədir. Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə gördüyü işlər təkcə Afrika yox, müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar, ümumən isə dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır. Amma Azərbaycan hələ Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdən də bu məsələyə xüsusi diqqət edilməsinə nail olub. Bakı Təşəbbüs Qrupu isə sözügedən istiqamətdə daha böyük nəticələr qazanılmasında həlledici rol oynayıb.

Afrikanın inkişaf etməkdə olan ölkələrinin iqlim böhranından çəkdiyi əziyyətin aradan qaldırılmasında da yenə Azərbaycanın fəaliyyəti qitə dövlətləri üçün böyük önəm kəsb edir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) digər ölkələrlə yanaşı, Afrika dövlətlərinin də iqlim dəyişmələri nəticəsində üzləşdikləri fəsadlar xüsusi diqqət mərkəzində yer aldı. Qeyd olunmalıdır ki, qlobal istixana qazı emissiyalarının 4 faizindən azına malik olan, lakin iqlimlə bağlı nəticələrin əsas ağırlığını daşıyan Afrikaya ədalətli yanaşmanın sərgilənməsinin təmin olunması COP29 toplantısı zamanı  Azərbaycanın əsas məqsədlərindən biri olub. Bu mənfi təsirlərin aradan qaldırılması üçün Afrika ölkələrinə adekvat maliyyələşdirmənin təmin edilməsi də COP29-da əsas müzakirə predmetlərindən birini təşkil etdi.  Artıq Afrika ölkələri COP29-un nəticələrindən biri kimi iqlim böhranına qarşı mübarizədə artıq daha çox maliyyə əldə edəcəklər. Bütün bunlar və digər məqamlar təbii olaraq Afrika ölkələrinin Azərbaycana maraq və diqqətini əhəmiyyətli dərəcədə artırır. Afrika təmsilçilərinin Azərbaycana intensivləşən səfərlərini şərtləndirən səbəblərdən biri də budur. Həmin səfərlər zamanı qaldırılan məsələlər Afrika ölkələrinin Azərbaycanla ən müxtəlif sahələr üzrə əməkdaşlığa böyük maraq göstərdiyini üzə çıxarır.

Bu baxımdan fevralın 12-də Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan və Somali prezidentləri İlham Əliyev və Hasan Şeyx Mahmudun iştirakı ilə bir sıra mühüm sənədlər imzalanıb.

Xatırlatmaq yerinə düşər ki, hələ 2004-cü ilin martında diplomatik əlaqələr qurulandan sonra Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlıq intensivləşmiş və son illər daha da inkişaf etmişdir. Azərbaycan-Somali əlaqələri təkcə dövlətlərarası diplomatik münasibətlərlə məhdudlaşmır, həm də bir çox sahələrdə strateji əməkdaşlıq perspektivlərini ortaya qoyur. Kənd təsərrüfatı, balıqçılıq, neft-qaz sənayesi, yaşıl enerji, humanitar yardım və təhsil sahələrində qarşılıqlı təcrübə mübadiləsi aparılır və müvafiq texnologiyaların tətbiqi ilə bağlı uzunmüddətli planlar hazırlanır. Həmçinin Türkiyə ilə Somali arasında inkişaf edən əlaqələr ölkəmizə də müsbət təsir göstərir. Somali-Türkiyə əlaqələrinin inkişafı Azərbaycanın Afrikada daha da möhkəmlənən mövqeyinə təkan verir. Azərbaycan, həmçinin türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. TDT çərçivəsində Afrika ölkələri ilə ortaq layihələrin həyata keçirilməsi, xüsusilə nəqliyyat, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. Bundan əlavə, Azərbaycan türk dünyasının Afrika ilə siyasi, iqtisadi və mədəni əməkdaşlığının dərinləşdirilməsində fəal rol oynayır. Azərbaycanın təşəbbüsü ilə təşkil edilən beynəlxalq tədbirlər və forumlar vasitəsilə Afrika və türk dövlətləri arasında əlaqələr genişlənir. Afrika ölkələri ilə ticarət dövriyyəsini artırmaq, investisiya imkanlarını dəyərləndirmək və strateji tərəfdaşlığı inkişaf etdirmək üçün Azərbaycan müxtəlif iqtisadi platformalar yaradır. Həmçinin Azərbaycanın dəstəyi ilə Afrika ölkələri türkdilli dövlətlərlə əməkdaşlıq çərçivəsində iqtisadi və infrastruktur layihələrində iştirak etməyə başlayır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mədəni sahələrə təsir edərək, Afrika və türk dünyası arasında tarixi və sosial bağları möhkəmləndirir.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhid atası vəfat etdi

Next

“Rus evi” yox, KƏŞFİYYAT YUVASI!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv