Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ Konqresində Azərbaycan müzakirələri – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
15.02.2025 3 Min Read

Erməni lobbisinin çirkin təbliğatına son qoyulması prosesi başlandı; deputat: “Onlar elə rəy yaratmışdı ki…”

ABŞ Konqresində Azərbaycanda dini azadlıqlarla bağlı dəyirmi masa təşkil olunub. “Yeni Müsavat” bu barədə məlumat yayıb. “ABŞ Konqresində Azərbaycanda dini etiqad azadlığı mövzusunda dəyirmi masa keçirilib. 

Müzakirələrdə səfir Xəzər İbrahim, Bakı Sefarad Yəhudilərinin Dini İcmasının sədri Zamir İsayev, ABŞ konqresmeni Timoti Kennedi və ravvin Keşer İsrael Çaim Şafner iştirak ediblər”, – Azərbaycanın Vaşinqtondakı səfirliyinin “X” sosial şəbəkəsi bildirir. Səfirlik “məzmunlu müzakirələrə görə” iştirakçılara təşəkkürünü bildirib. Qeyd edək ki, ABŞ Konqresində keçirilən bu cür dəyirmi masalar Azərbaycanın dini etiqad azadlığı sahəsindəki siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaq, ölkə haqqında yayılmış yanlış təsəvvürlərin qarşısını almaq və Azərbaycanın multikultural dəyərlərini təqdim etmək üçün mühüm platformadır.

ABŞ Konqresi qlobal səviyyədə mühüm qərarların qəbul edildiyi bir mərkəzdir. Burada keçirilən müzakirələr beynəlxalq ictimaiyyət və ABŞ-nin siyasi dairələri tərəfindən diqqətlə izlənir. Ermənilər uzun illərdir ki, ABŞ-də Azərbaycan əleyhinə təbliğat aparır, xüsusilə dini azadlıqlar məsələsində manipulyasiya edirlər. Konqresdə belə tədbirlərin təşkili bu cür təbliğata qarşı real faktlarla çıxış etmək imkanı yaradır. Eləcə də, Azərbaycan-ABŞ münasibətlərinin inkişafında dini tolerantlıq mövzusunun vurğulanması, Azərbaycanın qlobal multikultural dəyərlərə verdiyi töhfənin önə çəkilməsi mühüm rol oynayır. Digər tərəfdən, ABŞ hökuməti və Konqresi mütəmadi olaraq müxtəlif ölkələrdə dini azadlıqların vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Bu cür müzakirələr Azərbaycanın adının əsassız siyahılara salınmasının qarşısını almaq üçün vacibdir. Belə tədbirlər yalnız siyasətçiləri deyil, eyni zamanda dini liderləri, hüquq müdafiəçilərini və akademik çevrələri məlumatlandırmaq baxımından da əhəmiyyətlidir.

Ceyhun Məmmədov medalla təltif edilib | Kaspi.az

Ceyhun Məmmədov

İlahiyyatçı deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu cür müzakirələr Azərbaycan reallıqlarını dünya birliyinə və ictimaiyyətə çatdırmaq üçün çox vacib və önəmlidir. Təəssüflə qeyd etmək lazımdır ki, erməni diasporunun, lobbi təşkilatlarının apardığı çirkin təbliğatı nəticəsində Qərbdə Azərbaycandakı dini durum və dinlərarası münasibətlərlə bağlı yanlış təsəvvür formalaşdırılıb. Belə bir fikir yaradılıb ki, guya Azərbaycanda heç bir dini azadlıq mövcud deyil, digər xalqlara və dinlərə hörmətsiz münasibət var. Bu uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan təbliğatın nəticəsidir. Ermənilər tez-tez iddia edirlər ki, ”Azərbaycanın onlara qarşı münasibəti dinlə bağlıdır, bu ölkədə heç kimin hüquqları tanınmır və bu baxımdan belə müzakirələr çox önəmlidir”. Əslində isə belə deyil, Azərbaycandakı dinlər, məzhəblər və millətlərarası münasibətlər dünyanın müxtəlif ölkələri üçün bir nümunədir”.

Deputat vurğulayıb ki, dünyanın bir çox ölkəsində yəhudilərə qarşı dözümsüz münasibət var:  “Yəhudilərə qarşı müəyyən təqiblər, təzyiqlər, antisemitizm kütləvi hal alıb. Azərbaycanda isə nümunəvi bir vəziyyət yaranıb. Yəni bu gün müsəlmanlarla xristianlar, yəhudilər ölkəmizdə birgə yaşayırlar. Bu istiqamətdə dövlətimiz tərəfindən çox önəmli addımların atıldığını görürük. Bütün xalqların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşaya bilirlər. Azərbaycanda olan yəhudi icmalarının rəhbərləri də tez-tez Azərbaycan barədə, ölkəmizdə formalaşan ənənələr barədə fikirlərini bölüşürlər. Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, kilsə, sinaqoq tikir. Dövlət nəinki etiqad  azadlığını təmin edir, eyni zamanda dini icmalara yardımlar da göstərir. Hər il dövlət büdcəsindən təxminən 350 min manat vəsait ayrılır, icmalara yardımlar göstərilir.  Bu gün Bakının mərkəzində  3 yəhudi icması, 2 sinaqoq, 3 pravoslav kilsəsi və 1 katolik kilsəsi fəaliyyət göstərir. Onların hamısı dövlətimizin diqqəti və qayğısı ilə tam təmin olunub. Bu gün dövlətimiz onlara xüsusi diqqət və qayğı göstərir. Bu mənada Qırmızı Qəsəbə nümunəvi yerlərdən biridir ki, burada bir neçə sinaqoq fəaliyyət göstərir. Digər bölgələrdə də bu cür yanaşma sərgilənir. Bu, Azərbaycanın dini tolerantlıq siyasətinin bariz nümunəsidir. Bu, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurunun göstəricisidir.  Bu da onu deməyə əsas verir ki, Azərbaycan bu sahədə lider ölkədir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən də çox mühüm və önəmli tədbirlər həyata keçirilir. Bu müzakirə də onu göstərir ki, dövlətimizin bu sahədə böyük uğurları, zəngin təcrübəsi var”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub – FAKTİKİ HAVA

Next

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv