Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıda mühüm anlaşma

By Vüsal Rafiqoğlu
15.02.2025 3 Min Read

Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafına ciddi töhfə verə bilər

Fevralın 14-də Bakıda Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə imzalanıb.

Sənədi TCCI və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib. B.Amreyev vurğulayıb ki, Türk İnvestisiya Fondu və onun törəmə təşkilatı olan TCCI-nin gənc tarixində ilk Anlaşma Memorandumu imzalanır.

Bu hadisəni yüksək qiymətləndirən TİF rəhbəri qeyd edib ki, bu, sadəcə bir imzalama mərasimi deyil, həm də türk dünyasının biznes icması üçün əlamətdar gündür: “Türk Dünyası Baxışı 2040″ çərçivəsində türk ölkələri arasında kapitalın, insanların, malların və xidmətlərin sərbəst hərəkətini təmin edəcək vahid iqtisadi məkanın yaradılması hədəflənir. Türk dünyası strateji iqtisadi dəhlizə çevrilir və indi bu vizyonu gerçəkləşdirməyin vaxtıdır. Biz taleyimizi formalaşdıracaq uzun bir yolun başlanğıcındayıq və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq” (Report).

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan Türk İnvestisiya Fondunun təsisçi ölkələrindən biri kimi Azərbaycan Fondun türk dövlətləri arasında iqtisadi əməkdaşlığı yeni mərhələyə daşıyacağına inanır: “Fondun imkanlarından maksimum istifadə edərək, ortaq layihələr və innovativ təşəbbüslərlə iqtisadi inteqrasiyamızı daha da dərinləşdirməyə çağırırıq. Bu əməkdaşlıq sayəsində biz türk dövlətlərinin iqtisadi potensialını tam şəkildə reallaşdıraraq, qlobal bazarlarda daha güclü mövqe tuta bilərik”.

İqtisadiyyat nazirinin birinci müavini qeyd edib ki, Türk İnvestisiya Fondu ölkələrimiz arasında işbirliyinin stimullaşdırılmasında mühüm rol oynaya bilər: “Ticarətin və sahibkarlığın inkişafı, regional layihələrin, xüsusilə mikro, kiçik və orta müəssisələrin təşəbbüslərinin maliyyələşdirilməsi baxımından geniş perspektivlər vəd edən Fondun nizamnamə kapitalı 600 mln. ABŞ dolları təşkil edir. Türk Dövlətləri Təşkilatı kimi aktiv və potensialı yüksək olan platformada birgə fəaliyyətimizin genişləndirilməsi iqtisadi dəyişikliklərə uyğunlaşma və inteqrasiya baxımından olduqca vacibdir ”.

E.Əliyevin verdiyi məlumatdan aydın olub ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 100 milyon ABŞ dolları və yaxud 20 faiz artırılaraq 500 milyon ABŞ dollarından 600 milyon ABŞ dollarına çatdırılıb.  Xatırladaq ki, Türk İnvestisiya Fondunu ötən il mayın 18-də İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yaradıb. Fond türkdilli ölkələrdə həm dövlət, həm də özəl sektordakı layihələrə texniki dəstək verilməsi, infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi sahələrə investisiyaların artırılması və davamlı iqtisadi inkişafa töhfə verilməsi məqsədi ilə təsis olunub.

B.Amreyevin sözlərinə görə, TİF nəqliyyat sahəsində, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə diqqət yetirməyi planlaşdırır. O vurğulayıb ki, regional ticarət və investisiyaların stimullaşdırılması üçün yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə maliyyə qurumu olan fond, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət yetirərək, logistika və infrastrukturu dəstəkləyərək nəqliyyat sektorunu fəal şəkildə inkişaf etdirəcək.

Bundan əlavə, B.Amreyev bildirib ki, Türk İnvestisiya Fondu “Ro-Ro” və “Ro-Pax” bərə daşımalarının inkişafı, həmçinin nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması kimi digər nəqliyyat təşəbbüslərini də dəstəkləməyə hazırdır.

Qeyd edək ki, TİF-in prioritet seçdiyi istiqamətlər təsisçi ölkələri birləşdirən nəqliyyat dəhlizi layihələrinin icrasını sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ABŞ-da prezidentliyə qayıdan Donald Trampın qlobal ticarət sistemində ciddi təbəddülatlara gətirəcək addımları türk dövlətlərinin inkişaf etdirməyə çalışdıqları Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin gələcəyi baxımından səylərin artırılmasını zəruri edir. Belə ki, Tramp fevralın 13-də Vaşinqtonda Hindistan baş naziri Narendra Modi ilə danışıqlardan sonra açıqlama verərək Hindistan-Afrika-Avropanı birləşdirən – İndia – Middle East – Europe Economic Corridor (İMEC) layihəsi ilə bağlı mühüm razılaşma əldə etdiklərini açıqlayıb. Onun yaradılmasını nəzərdə tutan saziş Avropa İttifaqı, ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri tərəfindən 2023-cü ilin sentyabrında Yeni Dehlidə imzalayıblar. Layihə Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən dəmiryol xətləri və liman infrastrukturunun inteqrasiyasını nəzərdə tutur.

Trampın açıqlaması göstərir ki, onun administrasiyasının prioriteti İMEC olacaq. Lakin bu layihənin icrasının illərlə vaxt aparacağını nəzərə alsaq, bu illərin həm də Orta Dəhliz iştirakçıları üçün mühüm fürsət olduğunu deyə bilərik. İştirakçı ölkələr ortamüddətli dövrdə dəhliz boyu zəif həlqələri aradan qaldırmalı, onun səmərəliliyini artırmalıdılar. Bu baxımdan TİF vəsaitlərinin dəhlizin sürətli inkişafına yönəlik layihələrə yatırılması ciddi irəliləyişlərin əldə olunmasına yardım edər.

Yazını hazırladı: Dünya SAKİT

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

USAID-in açılan paxırı

Next

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub – FAKTİKİ HAVA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv