Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ermənistan tarix dərsliklərindən “artsax”ı çıxarır – blef, yoxsa…

By Vüsal Rafiqoğlu
18.02.2025 4 Min Read

Ermənistan Təhsil Nazirliyinin 10-N nömrəli (03.02.2025-ci il tarixli) əmri ilə 2022-2024-cü tədris ili etibarsız sayılıb. Bu barədə erməni mətbuatı məlumat yayıb (Axar.az).

Bildirilib ki, ümumtəhsil müəssisələrində “Vətənpərvərlik tərbiyəsi” (V siniflər üçün “Mənim Vətənim”, VI siniflər üçün “Mənim Vətənim və dünyam”, 7-12-ci siniflər üçün “Ermənistan tarixi”) istiqamətləri üzrə fənlərin standartı və proqramları təsdiq edilib. Nazirliyin digər 11-N nömrəli (03.02.2025-ci il tarixli) digər əmri ilə ümumi təhsil müəssisələrinin V sinifləri üçün “Mənim Vətənim”, VI siniflər üçün “Mənim Vətənim və dünyam”, VII-XII siniflər üçün “Ermənistan tarixi” fənn proqramları təsdiq edilib.

Yeni qərara əsasən, 11-ci sinif üçün Ermənistan tarixi dərsliyindəki “Azadlıq mübarizəsi və müasir dövrdə erməni kimliyinin qorunub saxlanması problemləri” “Müasir dövrdə dövlətlə bağlı problemlər” mövzusu ilə əvəz olunub. Bundan başqa, dərsliklərdən “Artsax azadlıq müharibəsi-erməni məsələsi tarixində dönüş nöqtəsi”, “Artsaxda müstəqilliyin bərpası: Artsax Respublikasının yaradılması prosesi”, “Üçüncü Ermənistan Respublikası və Ermənistan probleminin bugünkü həlli. Artsax problemi” kimi mövzular da çıxarılıb.

Beləcə, Ermənistan hakimiyyəti uzun illər erməni cəmiyyətinin beynini zəhərləyən qondarma “artsax” mövzusunu da dərsliklərdən çıxarıb. Amma maraqlıdır ki, Ermənistan 2022-ci ildə Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən etiraf edib və beynəlxalq öhdəlikləri yerinə yetirəcəyini bildirib. Ona görə də niyə 2022-2024-cü illərin dərslik proqramında “arsax” və digər qondarma “mövzuların” saxlanılması təəccüblüdür.

Bu, nəyin anonsudur, dərsliklərə düzəlişlərin ardınca ölkə konstitusiyasına da gözlənilən düzəlişlər ediləcəkmi? Yəni oradan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalar çıxarılacaqmı?

Akif Nağı 

Azad Vətən Partiyasının sədri, tarixçi alim Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Paşinyan dərslikləri qeyd elədiyi real tarixə uyğunlaşdırmaq istəyir: “İndiyə qədər Ermənistan məktəblərində elə dərsliklər tədris olunurdu ki, dünya praktikasında yoxdur. Özlərindən cürbəcür adlar uydurmaqla dərsliklər icad etmişdilər. İndi həmin dərsliklər artıq yığışdırılır. Amma Ermənistan tarixi ifadəsi ilə dərslik ortaya atırlar. İndiyə qədər isə “Erməni tarixi” idi. Dövlətləri olmadığı üçün Ermənistan tarixi ifadəsini dərslik adında işlətmirdilər. İndi “Ermənistan tarixi” adlı dərslikdə ağıllarına gələn saxtakarlıqları uyduracaqlar, özlərinə saxta dövlətçilik tarixi quraşdıracaqlar. Azərbaycanı və Türkiyəni isə hər halda dərslikdə yenə “Ermənistan dövlətçliyinin düşmənləri”, “Qədim Ermənistan ərazisində qurulan dövlətlər” kimi qeyd edəcəklər.

Yeni adlı dərslikdə ermənilər özlərinə mifik bir dövlət axtaracaqlar və onu uyduracaqlar. Dərsliklərində “artsax mübarizəsi” kimi mövzulardan  imtina etmələri isə onu göstərir ki, reallıqları başa düşməyə çalışırlar. Bu kimi addımı konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ləğv etməklə davam etdirməlidirlər. Ehtimal etmək olar ki, konstitusiyada da dəyişiklik edəcəklər”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

Əli Orucov 

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirdi ki, Paşinyan hakimiyyətinin əvvəlki hakimiyyətlərlə müqayisədə bir sıra fərqlilikləri özünü göstərməkədədir: “Erməni baş nazirin “real Ermənistan”, yaxud “erməni soyqırımı” ilə bağlı dedikləri illərlə kök salmış doqmaların dağıdılması və reallıqların qəbul edilməsi istiqamətində atılan ilk kövrək addımlar kimi xarakterizə olunur. Erməni ideologiyasının ana xəttini təşkil edən və yürüdülən siyasətin əsası olan “Böyük Ermənistan” və “erməni soyqırımı” kimi iddialari ilə silahlananlar buna qarşı müqavimət göstərməkdədir. Və bu müqavimətin də önündə yenə də erməni Qriqoriyan Apostol kilsəsi və beynəlxalq diasporunun dayanması heç də təsadüfi deyil.

Heç kəsə sirr deyil ki, Erməni Apastol kilsəsi cəmiyyətə həmişə türkə qarşı kin-küdurət və nifrət aşılayıb, müllətlərarası ədavət toxumu səpib və qızışdırıcılıqla, təxribatla məşğul olub. “Böyük Ermənistan” ideologiyasının yayılmasında və həyata keçirilməsində də kilsənin böyük rolu olub. Ermənistanı Azərbaycana qarşı işğalçılıq müharibəsinə həvəsləndirən və işğalçı orduya və başkəsən ölüm hərbi dəstələrinə “xeyir-duanı” da məhz Eçmiədzindəki erməni kilsəsinin baş keşişi Vazgen, özünü ruhani adlandırılan qaniçənlər verimişdi.

Hələ sovetlər dönəmidə Azərbaycanla beynəlmiləlçilik və xalqlar arasında dostluğu təbliğ edən rəhbərlik erməni dərsliklərundə yer alan şovinizmə və türk düşmənçiliyinə göz yumurdu. Mən bunu çox yaxşı xatırlayıram. Bizə, yəni Ermənistanda yaşayan Azərbaycan məktəblərində erməni dili, ədəbiyyatı və tarixi tədris olunurdu. Həmin dərsliklərdə açıq-aydın düşmənçilik, ərazi iddiaları, tarixin saxtalaşdırılması, erməni kimliyinin şişirdilməsi və s. kimi mövzular öz əksini tapmışdı və biz azərbaycanlı şagirdlərə də bu mövzuları öyrənmək tələb olunurdu.

Yəni erməni dərslikləri təkcə erməni cəmiyyətini, erməni millətini zəhərləmirdi, orada yaşayan etnikləri də zəhərləməyə, beyinlərini yalançı və zərərli təbliğatla doldurmağa çalışılırdı. Doğrudur, Paşinyan da həmin dərslikləri oxuyub, ona da erməni saxtakarlıqları, erməni yalanları və xəstə ideologiya aşılanıb. Lakin Paşinyan tədricən anlamağa başlayır ki, xəstə cəmiyyətlə normal dövlət qurmaq mümkün deyil və onun təhlükəsizliyi və gələcəyi yoxdur”.

Ə.Orucov qeyd etdi ki, baş nazir hələ ötən il çıxışlarında erməni dərsliklərinin, yəni tarix və ədəbiyyat dərsliklərinin yenidən yazılmasına ehtiyac olduğunu və müasir yanaşmaların tələb olunduğunu bildirib: “Mənim fikrimcə, erməni cəmiyyətini sülhə və normal, dinc qonşuluq münasibətlərinin qurulmasına hazırlamadan dayanıqlı sülhün əldə edilməsi mümkünsüzdür. Məhz erməni təbliğatçıları, ziyalıları, ictimai xadimlər, siyasilər və s. kimi qruplar ermənilərə həqiqəti, doğrunu, türklərin (azərbaycanlıların) sülhpərvər və  xeyirxah olduqlarını, Azərbaycan dövlətinin sülhpərvər siyasət yürütdüyünü və heç bir dövlətə qarşı ərazi iddiasında olmadığını, münasibətlərin normallaşmasının təkcə ermənilər üçün deyil, bütün region üçün böyük fürsətlər açdığını izah etməlidirlər. Paşinyan, xatırlayırsızsa, xaricdə erməni diasporu ilə görüşü zamanı “erməni soyqırımı”nın Rusiyanın Türkiyəyə qarşı istifadə etmək üçün uydurduğu yalan olduğunu bəyan etməklə bir daha təsdiqlədi ki, onlardan, sadəcə, alət kimi istifadə olunur. Eləcə də “artsax problemi” böyük güclərin imperialist və  işğalçı niyyətlərinin məhsulu kimi ortaya atılıb və dağıdıcı mahiyyət kəsb edir.

Gec də olsa Paşinyan hakimiyyəti dərsliklərdə düşmənçiliyi dərinləşdirən bəzi detalları aradan götürməyə səy göstərir. Ancaq bu, heç də o demək deyil ki, Ermənistan təcavüzkar və digər iddialarından tamam əl çəkir. Ermənilərin qərinələr boyu zəhərlənmiş beyinlərini təmizləməyə elə qərinələr lazımdır”. Ə.Orucov Ermənistanın konstitusiya dəyişikliklərinə gedəcəyini uzun bir proses hesab edir: “Əvvəla, ona görə ki, erməni cəmiyyətində və ictimai fikrində bu məsələ təhrif olunaraq Azərbaycanın şərt diktə etməsi kimi təqdim edildiyindən ciddi təpki ilə üzləşib. Paşinyan belə bir həssas dönəmdə konstitusiya dəyişikliyinə getsə ciddi zərər görəcəyindən və revanşistlərin əlini gücləndirə biləcəyindən ehtiyatlanır. Onun iqtidarı birdən-birə həm kilsə, həm də revanşistlərlə, o cümlədən beynəlxalq erməni diasporu və himayədarları ilə üz-üzə gələcək gücdə deyil. Məncə, Ermənistan iqtidarı heç bu dəyişikliklərə ciddi maraq da göstərmir və silahlamaya, eyni zamanda qlobal proseslərin nəticələrinə daha çox üstünlük verir.

Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı əks olunanlar əvvəl-axır çıxarılacaq, lakin bunun tezliklə, yaxud da yaxın müddətdə baş verəcəyini düşünmürəm. Ortada hələ nə siyasi iradə görürürəm, nə də erməni toplumunun buna hazır olmasını”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistandakı Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb – FOTO, VİDEO

Next

“Ərə getmək istədim” – Aysel Əlizadə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv