Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“907-ci düzəliş” ləğv edilir, sonra…” – Şok iddiaya Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
22.02.2025 4 Min Read

ABŞ və İsrailin Azərbaycandan faydalanması üçün bədnam qərar aradan qaldırıla bilərmi?

“The Jerusalem Post” qəzeti Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə İsrailin baş naziri Benyamin Netanyahu arasında fevralın 19-da baş tutan görüşü “regional siyasətdə dönüş nöqtəsi” adlandırıb. “Yeni Müsavat”ın xəbərinə görə, nəşr yazır ki, Netanyahunun ABŞ dövlət katibi Marko Rubio ilə strateji dialoqundan cəmi 48 saat sonra baş tutan yüksək səviyyəli görüş və müzakirələrlə tanış olan diplomatik mənbələrə görə, bu, Azərbaycanın potensial olaraq “İbrahim Sazişləri”nə daxil edilməsi üçün artan sürətdən xəbər verir.

İsrailin yüksək rütbəli rəsmisi “The Jerusalem Post”a bu xüsusda deyib: “Azərbaycan 30 il ərzində müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olub. Onların regional təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyəti layiqincə qiymətləndirilməlidir”. Qeyd olunur ki, görüş günü Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi “Azərbaycanı Trampın regional planlarına və İsrailin maraqlarına necə effektiv şəkildə cəlb etmək olar: praktik tövsiyələr” adlı xüsusi perspektiv hesabat dərc edib.

Orada bildirilir ki, İsrail və ABŞ-dakı İsrailyönlü qüvvələr Azərbaycanın ABŞ-İsrail regional inkişaf, investisiya və texnologiya tərəfdaşlıqlarına daxil edilməsini fəal şəkildə müdafiə etməlidir. Hesabatda həmçinin deyilir: “ABŞ və İsrail yeni ”Böyük Yaxın Şərq” arxitekturası çərçivəsində Azərbaycanın üstünlüklərindən tam şəkildə istifadə edə bilməsi üçün 907-ci maddə ləğv edilməlidir”.

“The Jerusalem Post” sonda vurğulayıb: “Tramp administrasiyası regional ittifaqları bərpa etməyə çalışdığı bir vaxtda Azərbaycan İsrailin ”Böyük Yaxın Şərq”ə inteqrasiyasına kömək edə, xüsusilə digər müsəlman ölkələri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsində həlledici rol oynaya bilər”. Qəzetin H.Hacıyevin İsrail səfərinə bunca önəm verməsi nə ilə bağlıdır? İddialar doğrudurmu?

Qabil Hüseynli: “Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər” | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən sanksiyanın müəlliflərindən biri keçmiş ABŞ prezidenti Cozef Bayden olub. Onun fikrincə, indi hakimiyyətdə olan Donald Tramp isə Azərbaycana münasibətində sələfindən fərqlənir: “Biz nəzərə almalıyıq ki, Tramp yevangelistlərə çox yaxındır və Amerika yəhudiləri onu yüksək səviyyədə dəstəkləyir. Biz onu da diqqətdən qaçırmamalıyıq ki, ABŞ Yəhudi Komitəsi ilə Azərbaycanın əlaqələri kifayət qədər yaxşıdır. Həmçinin, Netanyahunun bizə şəxsi münasibəti yüksəkdir. Yəhudi baş nazirin də Trampla görüşdə necə qarşılanmasını bura əlavə etsək, böyük ümid var ki, həmin qərar ləğv edilə bilər. Sadəcə, Konqresin mövqeyi bəlli olmalıdır”.

Q.Hüseynli Konqresdə respublikaçıların üstün olduğunu deyərək məsələnin həllini mümkün sayır: “Azərbaycan Tramp iqtidarından jest gözləməkdədir. Təbii ki, ABŞ və İsrailin regional proyektdə Azərbaycanın potensialından faydalanması bilməsi üçün qarşı tərəf də hansısa addımlar atmalıdır. Söhbət burada İrana qarşı hansısa planlarda ölkəmizin iştirakından getmir. Sadəcə olaraq, Azərbaycan ABŞ və İsraillə strateji tərəfdaş ölkələr kimi regional layihələrdə yer ala bilər. Bunun üçün bizim də öz istəklərimiz var. Əvvəla, hərbi dəstəyi qadağan edən həmin qərar ləğv olunmalıdır. Əgər İsrail mediası və eləcə də beyin mərkəzi bu haqda bəzi informasiyalar sızdırıbsa, ortalıqda bu müzakirələrin getdiyi istisna deyil. Ümumiyyətlə, hörmətli Hikmət Hacıyevin İsrail səfəri kifayət qədər mötəbər və əhəmiyyətli idi. Netanyahu ilə görüş də sübut etdi ki, əlaqələrimiz hansı səviyyədə inkişafdadır”.

Professor hesab edir ki, ona görə də İsrail ABŞ-nin müttəfiqi olaraq dost gördüyü Azərbaycan üçün bu qərarın ləğvi istiqamətində Tramp administrasiyası ilə diplomatik kanallarla danışıqlara gedə bilər: “Üstəlik, ”907-ci düzəliş”in qüvvədə saxlanması əhəmiyyətsizdir. Əvvəla, o qərar düşmənçilik idi. İşğala məruz qalan ölkəyə yardım etmək əvəzinə ona sanksiya tətbiq etmək ermənilərə dəstək sayılır. İkincisi, Azərbaycan torpaqlarını azad edib və biz silah alqı-satqısını ən yüksək səviyyədə həyata keçiririk. Eyni zamanda, Ermənistanla sülh danışıqları davam etdirilir. ABŞ bu qərarı ləğv edərək sülhə töhfə verməlidir. Hərçənd Bayden dövründə İrəvanla imzalanan xartiya, erməni hərbçilərin Almaniyadakı ABŞ bazasında təlimlər keçməsi göstərir ki, Vaşinqton müdafiə sahəsində bu ölkəni yetərincə dəstəkləyir”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də ümid edir ki, ABŞ və İsrail Azərbaycanın strateji əhəmiyyətini layiqincə qiymətləndirəcək. Hüquq müdafiəçisi hesab edir ki, qəbul edilən qərar olduqca ədalətsizdir və bu günə qədər də ləğv edilməməsi ikiqat haqsızlıq, qərəzli münasibətin göstəricisidir: “Azərbaycan bu nifrətə son qoyulmasını tələb edir. Məhz nifrətin və düşmənçiliyin nümunəsidir ki, həmin sanksiya qüvvədən düşməyib. Biz Tramp administrasiyasının və Konqresin buna son qoyacağını gözləyirik. Sadəcə, Amerikadakı erməni lobbisinin və Konqresdəki demokratların təsirləri hələ də qalmaqdadır. Bax, bu mənada düzəlişin ləğvi qərarının olacağı haqda tərəddüd edirəm. Bütün hallarda, bu addım atılmaqla ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələ başlana bilər. Bundan əlavə, münaqişə keçmişdə qalıb, bu gün sülh danışıqları irəliləyir, Amerikanın bu qərarı ləğv etməməsi olduqca məntiqsizdir”.

Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirib. Senat 24 oktyabr 2001-ci ildə akta ABŞ Prezidentinə 907-ci düzəlişdən imtina etmək imkanını təmin edən düzəlişi qəbul edib. Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğvinə qarşı çıxıb. Öz-özlüyündə 907-də göstərilən yardımın, dəstəyin miqdarı o qədər cüzidir ki, Azərbaycan üçün o heç nədir. Onun heç bir əhəmiyyəti yoxdur. Amma rəmzi olaraq bu ABŞ-nin öz maraqlarına, dünyada, xüsusilə də Cənubi Qafqaz regionunda roluna, mövcudluğuna qarşı mənfi təsir edən ən utancverici qanunlardan biridir. Yeri gəlmişkən, Tramp prezident vəzifəsinin icrasına başladığı ilk gündə 100 sərəncam imzalanıb. O cümlədən, Baydenin imzaladığı 78 sərəncamı ləğv edib, ABŞ-ın 60-a yaxın yardım proqramının fəaliyyətini 90 günə dayandırıb. Tramp sensasiyalar gətirən dövlət başçısıdır və fəaliyyətə başladığı ilk gündə imzaladığı sənədlərlə ABŞ tarixində bir ilk yaratmış oldu. Azərbaycan Baydenin dövründə 907-ci düzəlişin müddətinin əsassız şəkildə artırılması və qərəzli yanaşmalarla üzləşib. ABŞ-da yeni siyasi hakimiyyətin fəaliyyətə başlaması bu əssasız düzəlişin də ləğv edilməsi ilə bağlı ümidlər yaradır. Əslində Tramp müharibələri və münaqişələri sonlandıracaq dövlət başçısı kimi gəlib. Bu baxımdan ölkəmizə qarşı ABŞ-ın qərəzli və ikili standartlı yanaşmalarda da dəyişikliyin olacağı gözləniləndir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan təhlükəsizlik strategiyasını da dəyişir

Next

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya tövsiyələri və Qərbin ənənəvi xəyanəti

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv