Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Nazirin “adlara yenidən baxmalıyıq” təklifinə reaksiya

By Vüsal Rafiqoğlu
22.02.2025 3 Min Read

Ekspert: “Azərbaycanda ali təhsil müəssisələrinin adlandırılması məsələsində islahatlara ehtiyac var, amma…”

O əlavə edib ki, Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını institutdan dəyişib universitet edəndə ölkədə elm inkişaf etmiş olmur.  Nazirin sözlərinə görə, elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.

O, müəssisələr tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilən faktiki qəbul sayının (doktorant qəbuluna görə) müdafiə edənlərin sayından çox olduğunu vurğulayıb: “Elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqəni ciddi şəkildə monitorinq etməyə başlamışıq. Elmi dərəcəsi olan şəxslərin statusu yox, sonrakı fəaliyyəti daha çox diqqətimizdədir. 30-35 yaşında elmi adı alan alim bütün ömrü boyu bu addan istifadə etməməlidir. Bütün bunlar artıq razılaşdırma mərhələsində olan yeni dövlət proqramında öz əksini tapacaq”.

Nazir “adlara təzədən baxmalıyıq” deyəndə konkret nəyi nəzərdə tutur? Alternativ nə ola bilər? Ümumiyyətlə, ölkədə elmin, təhsilin inkişafına təkan verəcək əsas şərt nədir?

Kamran Əsədov: Ekologiyanı pozan universitetlərimiz

 Kamran Əsədov 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məsələ təkcə universitetlərin adlarının dəyişdirilməsi ilə məhdudlaşmır. Eyni zamanda, Azərbaycanda ali təhsilin və elmin strukturlaşdırılması, elmi dərəcələrin real elmi fəaliyyətlə uzlaşdırılması və akademik sistemin effektivliyinin artırılması ilə bağlı daha geniş problemləri gündəmə gətirir: “Azərbaycanda ali təhsil müəssisələrinin adlandırılması məsələsində islahatlara ehtiyac var. Müxtəlif dövrlərdə institutların universitetə çevrilməsi və akademiyaların yaradılması baş verib. Lakin bu dəyişikliklərin hər biri həqiqətən elmi və akademik inkişafla paralel şəkildə aparılıbsa, bu, müsbət dəyərləndirilməlidir. Əks halda, sadəcə ad dəyişiklikləri elmin və təhsilin inkişafına təsir etmədən, formal bir prosesə çevriləcək. Nazirin ”adlara təzədən baxmalıyıq” fikri konkret olaraq institutların, akademiyaların və universitetlərin funksional təyinatına uyğunlaşdırılmasını nəzərdə tutur. Müasir dünyada ali təhsil müəssisələrinin adları və statusları onların fəaliyyət sahələrinə, akademik proqramlarının səviyyəsinə və elmi-tədqiqat fəaliyyətlərinə əsasən müəyyən edilir. Universitetlər genişmiqyaslı akademik və elmi fəaliyyətlə məşğul olan, fundamental və tətbiqi tədqiqatlar aparan və bir çox ixtisaslar üzrə ali təhsil verən qurumlardır. Akademiyalar isə adətən spesifik sahələr üzrə daha ixtisaslaşmış ali təhsil və tədqiqat mərkəzləridir. İnstitutlar isə əsasən daha spesifik və dar sahələrə yönəlmiş, elmi-tədqiqat fəaliyyəti aparan qurumlardır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bəzi institutların universitet adını alması bəzən onların real akademik və elmi potensialı ilə üst-üstə düşmür. Bu halda, adın dəyişdirilməsi həmin ali təhsil müəssisəsinin fəaliyyətinə müsbət təsir etməklə yanaşı, elmi və akademik göstəricilərində real dəyişiklik yaratmır: “Məsələn, əgər bir institutun professor-müəllim heyəti və elmi-tədqiqat imkanları universitet səviyyəsində deyilsə, onun adını dəyişmək sadəcə formallıqdan ibarət olur. Bunun əvəzinə, ali təhsil müəssisələrinin inkişaf planları hazırlanmalı, onların akademik və elmi-tədqiqat imkanları artırılmalı və sonra statusları uyğunlaşdırılmalıdır.

Dünya təcrübəsinə baxsaq, ali təhsil sisteminin strukturlaşdırılması müxtəlif modellər üzrə aparılır. Məsələn, ABŞ-də universitetlər, kolleclər və institutlar fərqli statuslara malikdir və hər birinin öz spesifik fəaliyyəti var. Avropa ölkələrində də ali təhsil müəssisələri universitetlər, politexnik institutlar və tədqiqat mərkəzləri kimi təsnif olunur. Almaniyada “Universitat” və “Fachhochschule” (təcrübi universitetlər) fərqləndirilir və onların tədqiqat və tədris profilləri bir-birindən ayrıdır. Bu modellər ali təhsil sistemində şəffaflığı təmin edir və hər bir ali məktəbin real funksiyalarına uyğun status almasını təmin edir.

Azərbaycanda ali təhsil və elmi tədqiqat sisteminin inkişafına təkan verəcək əsas şərtlərdən biri də elmi dərəcələrin yalnız nominal status deyil, real elmi fəaliyyətlə əlaqələndirilməsidir. Nazir qeyd edir ki, 30-35 yaşında elmi adı alan şəxslər bəzən bu dərəcəni yalnız rəsmi status kimi saxlayırlar və elmi fəaliyyət göstərmirlər. Bu, elmi potensialın effektiv istifadəsini əngəlləyir və akademik sistemin inkişafına mənfi təsir göstərir.

Bu problemi həll etmək üçün elmi tədqiqat institutlarının fəaliyyətinə daha ciddi nəzarət mexanizmləri tətbiq olunmalı, doktorantura və elmi dərəcə alma prosesi real tədqiqat fəaliyyətinə əsaslanmalıdır. Bir çox ölkələrdə elmi dərəcə alan şəxslər üçün müəyyən tələblər qoyulur – məsələn, müəyyən sayda beynəlxalq səviyyəli məqalə dərc etdirmək, elmi-tədqiqat layihələrində iştirak etmək və akademik fəaliyyətini davam etdirmək. Azərbaycanda da elmi dərəcələrin verilməsi ilə bağlı bu cür tələblər sərtləşdirilməli və elmi fəaliyyətin monitorinqi gücləndirilməlidir”.

Əsədov bildirir ki, alternativ yanaşmalardan biri də elmi tədqiqat institutlarının universitetlərlə daha sıx inteqrasiyasını təmin etməkdir: “Bir çox inkişaf etmiş ölkələrdə elmi tədqiqat mərkəzləri universitetlərin tərkibində fəaliyyət göstərir və beləliklə, elmi fəaliyyətlə akademik tədris bir-birini tamamlayır. Azərbaycanda isə bəzi elmi institutlar ali təhsil müəssisələrindən ayrıdır və bu, akademik tədqiqatların effektivliyini azalda bilər. Əgər elmi institutlar universitetlərlə birləşdirilsə və daha güclü tədqiqat bazaları formalaşdırılsa, bu, ölkədə elmi inkişafı daha sürətli edə bilər.

Universitetlərin, akademiyaların və institutların fəaliyyətini real göstəricilərə əsasən tənzimləmək, onların tədqiqat və akademik fəaliyyətlərini gücləndirmək, elmi dərəcələrin nominal statusdan çıxaraq real elmi fəaliyyətə əsaslanmasını təmin etmək ölkədə elmi inkişaf üçün əsas şərtlərdən biridir. Əgər bu islahatlar həyata keçirilərsə, Azərbaycan ali təhsil sistemi daha effektiv və rəqabətqabiliyyətli hala gələ bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP sürücülərə müraciət edib

Next

Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata… – SƏBƏBİ NƏDİR?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv