Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

96 plastik cərrahın davam edən təftişi

By Vüsal Rafiqoğlu
27.02.2025 3 Min Read

Ekspertlər deyir ki, plastik cərrahların fəaliyyətinə davamlı nəzarət sistemi yaradılmalıdır

Bir müddət əvvəl vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

31 yanvaradək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Səhiyyə naziri Teymur Musayev bildirib ki, indiyə qədər 40 plastik cərrahın sənədi komissiya tərəfindən təftiş edilib.

O qeyd edib ki, Təftiş Komissiyasının indiyə qədər 5 iclası keçirilib və komissiyaya 96 plastik cərrah sənəd təqdim edib: “Onlar komissiya dəvət olunub, tam şəffaf araşdırma aparılıb. Təftişlər başa çatandan sonra Səhiyyə Nazirliyinin saytında Azərbaycanda plastik cərrahiyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin rəsmi siyahısı təqdim olunacaq”. Bəs lisenziya alan həkimlərin səhvlərinə görə məsuliyyəti bundan sonra nazirlikmi daşıyacaq? Ümumiyyətlə, insanların bu sahəyə inamını bərpa etmək mümkün olacaqmı?

1722938476_9f6ea6698f0d401f8aa8a2942d247c1e.jpg (54 KB)

Adil Qeybulla

Cərrah-həkim Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb: “Bir var, həkimin o sahə üçün peşə hazırlığı və nəzəri bilikləri olmasın, o zaman onun qəti hüququ yoxdur. Bu başqa bir məsuliyyət məsələsidir. Bir də var ki, buna hüququ olan, baza təhsili, təcrübəsi olan, lisenziyası olan həkimin səhvi ucbatından ağırlaşma baş versin. Təbii ki, bu araşdırılmalıdır. Burada qəsdən olub, səhlənkarlıq olub, yaxud xəstənin orqanizmi ilə bağlı ağırlaşma baş verib, bunlar araşdırılmalıdır. Təəssüflər olsun ki, xəstələrin başına gələn bu müsibətlər çox vaxt həkimin əməliyyat zamanı səhvindən daha çox əməliyyatdan sonrakı dövrə aiddir. Bir çox hallarda xəstələri evə vaxtından tez yazırlar, problemlər bu zaman yaranır. Bu məsələləri araşdırmaq lazımdır. Bundan başqa müəyyən klinik protokollar qəbul edilməlidir, əməliyyatlardan sonra vəziyyət belə olmalıdır və sairə. Xəstəyə individual yanaşma olmalıdır. Səhiyyə Nazirliyinin əsas işi bundan ibarətdir. Kimlərisə cəzalandırmaqla iş bitmir. Müəyyən qaydalar yaradılmalıdır”.

Ümumi cərrah Elşən Nəsibov da mövzu ilə bağlı deyib ki, nazirliyə müraciət edib, lisenziya alan hər kəs öz məsuliyyətini dərk etməlidir: “Hələ təftiş komissiyası işini davam etdirir. Ümumiyyətlə, istənilən əməliyyatın ağırlaşması var, dünya statistikasında da bu göstərilib. İstənilən əməliyyatdan sonra ağırlaşma ola bilər. Heç bir həkim istəməz ki, xəstəsinin vəziyyəti pisləşsin. Xəstənin bütün analizləri yoxlanılır, bütün müayinələr edilir. Hansısa bir dərmana qaşı allergik reaksiyası varmı, araşdırılır. Nə qədər ki, həyat var, əməliyyatlar var, ağırlaşmaların da olması labüddür, qaçılmazdır. Yalnız təftişlə bunu aradan qaldırmaq mümkün deyil. Burada söhbət ondan gedir ki, klinika şəraiti olmayan mühitdə, kabinetlər, kosmetoloji mərkəzlərdə ağır əməliyyatlar edirdilər. Onların qarşısını almaq lazım idi”.

ELSHEN-NASIBOV-SURGEON-1555555552.jpg (40 KB)

Elşən Nəsibov

Həkim deyib ki, gözəllik salonlarında iynə prosedurlarının (mezoterapiya) olması da təhlükəldir: “Hansısa bir yad maddəni orqanizmə vurulanda allergik reaksiya verə bilər, o salonlarda bunun qarşısını ala bilməzlər. İndi stomatoloji mərkəzlərdə diş çəkilməsinə belə qadağa edilir. Klinika şəraitində olmalıdır. Çünki onların hamısı cərrahi proseduralardır”.

Son olaraq həkimlərin dediklərindən belə qənaətə gəlmək olar ki, əgər nazirlik plastik cərrahlara lisenziya verirsə, bu, dolayısı ilə onların peşəkar keyfiyyətinə zəmanət verdiyi anlamına gəlir. Ancaq konkret bir həkimin səhvi nəticəsində baş verən fəsadlara görə birbaşa nazirliyin hüquqi məsuliyyət daşıması sual altındadır. Adətən belə hallarda məsuliyyət həkimin öz üzərinə düşür, çünki səhiyyə praktikasında fərdi peşəkar fəaliyyət və onun nəticələri mütəxəssisin bilik və bacarıqlarına bağlıdır. Buna baxmayaraq, nazirlik sistemin şəffaf və etibarlı işləməsini təmin etməlidir. Əgər lisenziya verilmiş bir həkimin ciddi səhvləri və ya qeyri-peşəkarlığı aşkar olunarsa, həmin mütəxəssisin fəaliyyətinin dayandırılması və ya cəzalandırılması üçün mexanizmlər işlənməlidir. Bundan əlavə, plastik cərrahların fəaliyyətinə davamlı nəzarət sistemi yaradılmalıdır ki, insanların inamı bərpa olunsun.

Digər tərəfdən, cəmiyyətin bu sahəyə inamını bərpa etmək üçün təkcə lisenziya verilməsi yetərli deyil. Təcrübədə sübut olunmuş keyfiyyət standartları, vətəndaşların şikayətlərinə operativ baxılması və pasiyentlərin hüquqlarının qorunması kimi addımlar atılmalıdır. Əgər bu sistem effektiv işləyərsə, plastik cərrahiyə sahəsində həm xidmət keyfiyyəti artar, həm də insanların etimadı bərpa olunar.

Məlumat üçün bildirək ki, son dövrlərdə Azərbaycanda plastik cərrahiyyə sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Yanvarın 31-nə qədər fəaliyyət göstərən bütün plastik və estetik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarını təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim etmələri tələb olunub. Bu tədbir, yalnız sənədlərini təqdim edən cərrahlara fəaliyyət icazəsi veriləcəyini nəzərdə tutur. Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən saxta plastik cərrahların fəaliyyətinə qarşı birgə araşdırmalar aparılıb. Bu çərçivədə, diplomları olmayan və ya saxta sənədlərlə fəaliyyət göstərən şəxslər müəyyən edilib. Aparılan araşdırmalar nəticəsində 18 fakt aşkar edilib və müvafiq tədbirlər görülüb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistanın susduğu mövzuda QHT-lər danışdı

Next

Qışın təkcə cəfasını deyil, səfasını çəkmək də mümkündür, əgər…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv