Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Pərakəndə ticarət artır – ərzaq xərcləri əhalinin gəlirinin yarısını “yeyir”

By Vüsal Rafiqoğlu
27.02.2025 3 Min Read

Yeni ilin ilk ayında Azərbaycanda pərakəndə satış artıb: vətəndaşların ərzaq, geyim və spirtli içkilərə xərcləmələri, gözlənildiyi kimi, çoxalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarında ölkənin pərakəndə satış şəbəkələri tərəfindən 4,8 milyard manatlıq məhsul satılıb. Bu məbləğə 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları dövriyyəsi daxil olub. Ümumilikdə ticarət dövriyyəsi 3,7 faiz artıb. O cümlədən ərzaq, içkilər və tütün məmulatlarının dövriyyəsi 1,8 faiz artıb, qeyri-ərzaq malları üzrə isə bu göstərici 6 faizi ötüb.

Pərakəndə ticarətimizdə adambaşına düşən xərclər 473,5 manata, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 257,8 manata, qeyri-ərzaq məhsullarında isə 215,7 manata çatıb. Yanvarda istehlakçılar pərakəndə satış şəbəkələrinin ərzaq şöbələrində 2 milyard 406,2 milyon manat xərcləyiblər ki, bu da onların ümumi gəlirlərinin 49,7 faizinə bərabər olub. Ərzaq məhsulların çəkilən xərclərdə 2 faizlik artım qeydə alınıb.

Rəsmi statistika göstərir ki, 230,3 milyon manat olan içkilər və tütün məmulatları xərcləri istehlakçıların ümumi xərclərinin 4,7 faizini, 2 milyard 206,3 milyon manat təşkil edən qeyri-ərzaq xərcləri isə 45,6  faizini təşkil edib. Qeyri-ərzaq xərclərindən tekstil, geyim və ayaqqabı xərcləri ümumi xərclərin 14,5 faizinə bərabər olub.  Xərc strukturunda benzin və dizel yanacağına 5,6 faiz, elektrik malları və mebelə 4,6 faiz, əczaçılıq və tibbi ləvazimatlara 2,3 faiz xərclənib.

Ölkənin yerli istehsalı daxili tələbatın az bir hissəsini təmin edir. Yanvar ayında Azərbaycanın emal sənayesində 1 milyard 748,9  milyon manatlıq məhsul istehsal edilib. O cümlədən  492,9  milyon manatlıq qida məhsulları (keçən ilin yanvarı ilə müqayisədə 24,7 faiz çox), 51,7 milyon manatlıq içki (26 faiz çox),  61,1 milyon manatlıq tütün məmulatları(35,5 faiz az) istehsal olunub.

Vüqar Bayramov: “Nazirlər Kabinetinin Qərarı sahibkarlar üçün prosedurları  asanlaşdırır”

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun fikrincə, içki və tütün məmulatlarına çəkilən xərclərin artması təhlükəli tendensiyadır: “Dövlət Statistika Komitəsinin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır. Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistanda 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdir. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)”.

Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli diqqəti əhalinin ərzaq məhsullarına çəkdiyi xərclərin ümumi xərcləmələrdəki payına yönəldir: “Azərbaycanda bu pay aşağı-yuxarı 49-50 faiz ətrafında dəyişir. Halbuki inkişaf etmiş ölkələrdə bu nisbət 12-20 faiz arasında dəyişir. 20 faizdən yuxarı hədd isə artıq kasıblıq kimi dəyərləndirilə bilər. Azərbaycanda maaşlar aşağı, ərzaq qiymətləri isə yüksəkdir. Bu da əhalinin gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına xərclənməsinə, ərzaq xərclərinin ümumi xərcləmələrdə payının yüksək olmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, ərzaq xərclərinin əhalinin ümumi xərcləmələrindəki payını dünya ortalamasına endirmək üçün ilk növbədə gəlirlərin artırılması vacibdir: “Əhalinin gəliri çox olarsa, ərzaq xərclərinin onların tərkibində payı da az olar. Burada söhbət minimum təqaüd və əməkhaqlarının artırılmasından getmir. Əsas məsələ biznes şəraitinin yaxşılaşdırılmasıdır ki, insanlar özəl sektorda pul qazanmağa başlayıb, daha çox gəlir əldə etsinlər. Azərbaycanda üst-üstə toplasaq, az qala 4 milyona yaxın vətəndaş bu və ya digər formada büdcədən asılıdır. Təqaüdçüləri, muzdla çalışanları və müxtəlif növ sosial müavinətlər alan 1,9 milyon insanı nəzərə alsaq, bunu görə bilərik. Bu insanların az bir hissəsi istisna olmaqla, gəlirləri aşağıdır. Dövlət özəl sektorun inkişafını təmine etməlidir ki, daha çox vətəndaş yüksək əməkhaqqı ödəyən işlə təmin olunsun”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramazan ayının TƏQVİMİ VƏ DUALARI

Next

QMİ: Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv