Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dövlət saytlarına hücumların arxasındakı “gizli əl”

By Vüsal Rafiqoğlu
28.02.2025 3 Min Read

Ekspert deyir ki, əgər bu qurumlara hücum olsaydı, ölkə hədəfə alınmış sayılardı…

Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları müşahidə olunur. Bu barədə  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib. “Dövlət Xidməti kiberhücumların qarşısının alınması və dövlət informasiya ehtiyatlarının fasiləsizliyinin təmin edilməsi üçün zərərli trafikin təmizlənməsi istiqamətində işləri davam etdirir. Bununla bağlı bəzən real ip ünvanlar da anomal trafik kimi blok siyahısına düşə bilir. Anomal trafikin təmizlənməsi zamanı dövlət informasiya ehtiyatlarından istifadə edən vətəndaşlardan onlara məxsus İP ünvanlarda yarana biləcək qısa müddətli müvəqqəti bloklamaları nəzərə almaları xahiş olunur”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl də Azərbaycanın aparıcı televiziya kanallarından biri – İTV-nin və bir neçə sayta da kiberhücumlara məruz qalıb.  Hücumun eyni anda və eyni üsulla həyata keçirilməsi onun koordinasiyalı və məqsədyönlü olduğunu göstərib. İndi dövlət resurslarına da  ardıcıl hücumlar göstərir ki, hansısa maraqlı qüvvələr Azərbaycanın informasiya məkanını zəiflətməyə və təsir altına salmağa çalışır. Ekspertlərə görə, dövlət və digər media resurslarının kibertəhlükəsizliyi gücləndirilməli, müdafiə sistemləri yenilənməli və mümkün hücum ssenarilərinə qarşı proaktiv tədbirlər görülməsə, bu cür hücumlar davam edə və daha ciddi fəsadlara səbəb ola bilər. Azərbaycanda son bir neçə ildə kiber sektorda, xüsusilə də dövlət sektorunun kibertəhlükəsizliyi sahəsində çox böyük işlər görülüb. Kritik sektorun təhlükəsizliyi ilə bağlı ciddi infrastruktur qurulub və bu işlər davam etdirilir. Amma biznes sektoru, media sahəsinin və vətəndaş cəmiyyəti sahəsinin kibertəhlükəsiziliyi ilə bağlı görüləcək işlər daha çoxdur. Milli informasiya resurslarına gəlincə, kibertəhlükəsizliyin qorunmasına dövlət tərəfindən real dəstək verilməlidir. Dövlət saytlarına hücumların arxasındakı “gizli əl”i müəyyən etmək mümkündürmü?

Sosial şəbəkələrdə saxta profil satanlar-İKT mütəxəssisi Elvin Abbasov  aydınlıq gətirdi

Elvin Abbasov

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov “Yeni Müsavat”a bildirib ki, dövlət qurumlarına, özəl sektora, vətəndaşlara kiberhücumlar edilir: “Bu məsələ yalnız bu gün üçün deyil, neçə ildir ki,  aktualdır. Doğrudur, vətəndaşlara qarşı kiberhücumlar daha çox kiberdələduzluq müstəvisində olur. Qurumlara və bisneslərə olan kiberhücumlar bir qədər fərqli motivlərdədir. Təbii ki, qurumlara olan hücumların böyük əksəriyyəti uğursuz olur və DDOS üzərindən həyata keçirilir. Vətəndaşlara, özəl sektora isə xarici mənbələrdən müxtəlif texnologiyalarla hücumlar olunur. Vətəndaşlara yönələn hücumların 95 faizi ən bəsit üsullarla olur. Çox nadir hallarda vətəndaşın xəbəri olmadan peşəkar qruplar tərəfindən kütləvi olaraq hesabları oğurlanır. Misal üçün, ötən il Azərbaycanda beynəlxalq SMS daşıyıcıları üzrə üzərindən OTP kodları oğurlanmışdı. Bizneslərə gəldikdə isə əvvəlki illərdə daha çox kiber insident baş vermişdi.   Burada bizneslərin verilənlər bazası ələ keçirilib, bizneslərin açılması müqabilində onlardan pul istənilirdi. Həmçinin hostinqlər, böyük brend mağazalar analoji hadisə ilə üzləşmişdilər.

Ümumiyyətlə, mətbuata, həmçinin universistetlərə yönəlik hücumlar da var. Bir neçə həftə əvvəl İqtisad Universitetinin saytı ələ keçirilmişdi və ora mesaj qoyulmuşdu. Eləcə də İTV-nin. Amma bunlar DDOS deyil. Bir  və ya bir necə sayta qarşı da DDOS hücumu deyil, kiberhücum baş vermişdi. Hakerlər kənar müdaxilə etmişdilər. Amma tam sıradan çıxarmadılar, halbuki edə bilərdilər. Sadəcə, onlarla bir oyun oynadılar. Bəziləri bunu hibrid müharibəsi adlandırır, bu belə deyil. Həmin saytları ələ keçirib orada saxta xəbərləri hiss edilmədən yaymaq hibrid müharibənin əlamətidir. Hibrid müharibə cəmiyyətdə psixoloji manipulyasiyalara nail olmaq motivlərində özünü göstərir. Azərbaycanın informasiya məkanındakı önəmli xəbər resurslarına, həmçinin bir media qrupuna məxsus olan saytlara yönəlmiş kiberhücumlar daha çox hansısa dəstənin həmin media qrupuna qərəzi kimi görünür. Bu, birbaşa Azərbaycana qarşı hədəflənmiş bir hərəkət sayılsaydı,  AzTV kimi qurumlar hədəfə alınardı. Onlar onsuz da fiziki serveri ələ keçirmişdilər. Hakerlər istəsəydilər, güman ki, saytların məlumat bazalarını da dağıda bilərdilər. Amma onlar məlumat bazasını silməyi yox, qarşı tərəflə sanki oyun oynadılar. Saytların bekapları (məlumatların ehtiyat nüsxəsi) geri qayıtsa da, yenidən hücumlar olurdu. Bu da o deməkdir ki, onlar əvvəldən serverə yerləşmişdilər. Bəlkə bekapların da içərisində onların zərərli yazılımları var idi və sistemə yenidən daxil ola bilirdilər”.

E.Abbasov əlavə edib ki, hakerləri qıcıqlandıran yəqin ki, həmin media resurslarındakı hansısa xəbərlər, yazılar olub: “İstənilən halda bu hadisəni Azərbaycanda kibertəhlükəsizliyə daha çox diqqət yönəldilməsinin vacibliyinə bir siqnal kimi qəbul etmək lazımdır. Digər saytlar da bu istiqamətdə özlərini təkmilləşdirməlidir. Azərbaycanda ən böyük internet resursu “my gov.az”dır. Baxın, bura hücum olsaydı, hiss olunardı. Bir çox insan  “my gov” və SİMA üzərindən işini aparır. Onlara hücum olsa, bəlli olacaq ki, ölkə hədəfə alınıb. Müxtəlif qurumlara DDOS hücumların baş verməsi hər zaman müşahidə olunur. Azərbaycanın dövlət qurumlarına qarşı yönələn bu kimi hücumların 95 faizinin qarşısı alınır. Resurslar mütəşəkkil şəkildə qorunur. 100 hücumdan yalnız bir-ikisi “uğurlu” olur. Bu da təbiidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Musiqi müəllimləri üçün də o “hava” çalınır

Next

Fevralın son günü 2 BÜRCÜN həyatını dəyişəcək

Xəbər lenti

  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv