Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Seçicilər deputatlar qarşısında daha çox bu məsələləri qaldırır

By Vüsal Rafiqoğlu
01.03.2025 3 Min Read

Milli Məclis deputatlarının hər biri olmasa da, bir çoxunun yerlərdə vaxtaşırı vətəndaş qəbulu keçirdikləri onların sosial şəbəkələrdə paylaşımlarından müşahidə olunur.

Bəs, seçicilər deputatlar qarşısında əsasən hansı məsələləri qaldırırlar?

elman.jpg (79 KB)

72 saylı Cəlilabad kənd seçki dairəsindən deputat Elman Nəsirov Musavat.com-a bildirib ki, ayda minimum iki dəfə seçicilərlə görüşlər keçirir:

“Bu görüşlər çərçivəsində seçiciləri narahat edən problemlər müzakirə olunur. Onlar üzləşdikləri problemləri dilə gətirirlər. Bu problemlərə gəldikdə, qeyd edim ki, mənim deputatı olduğum 72 saylı Cəlilabad kənd seçki dairəsində olan kəndlərin böyük bir qismi İranla sərhəd bölgəsindədir. Parlamentdə də bir neçə dəfə çıxış edib bildirmişəm ki, regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul edildi və bunun nəticəsində regionlarımızın siması kökündən dəyişdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin fəlsəfəsindən irəli gəlir. Cənab Prezidentin yürütdüyü sosial siyasətin mərkəzində vətəndaşların rifahı dayanır.

Eyni məntiqlə Milli Məclisdə təklif etdim ki, sərhədyanı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı əlahiddə dövlət proqramı qəbul edilsin. Sərhəddə olan yaşayış məntəqələrini gördükdə dövlətin ümumi vəziyyəti ilə bağlı təsəvvür formalaşır. İranla sərhədboyu kəndlərin inkişafı məsələsi təkcə iqtisadi, demoqrafiya məsələsi deyil, həm də siyasi məsələdir. Ona görə də təklif etmişəm ki, xüsusilə İranla sərhədboyu kəndlərimizə diqqət daha da artırılmalıdır və doğrudan da bu istiqamətdə artıq xeyli işlər görülüb.

Xüsusilə, “Azərişıq” ASC-nin bu istiqamətdə fəaliyyətini qeyd etmək istəyirəm. Kəndlərimizdə seçicilər qazlaşma məsələsini qaldırırlar. İranla sərhəd kəndlərimizdə qaz probleminin həlli istənilir. Kəndlərdə keçirdiyim görüşlərdə 4 kənddən mənə çoxlu sayda məktublar da təqdim olundu. Bu məktubları SOCAR prezidentinə və “Azəriqaz” rəhbərliyinə göndərmişəm. Hər iki təşkilatdan cavab məktubu almışam ki, 2026-2030-cu illər üçün bu istiqamətdə müvafiq dövlət proqramı qəbul ediləcək və həmin müddətdə mərhələli şəkildə bu məsələ həllini tapacaq.

İndiyə qədər 4 kəndin “Azəriqaz”ın daxili imkanları hesabına qazlaşdırılması həyata keçirilir. Daha 5 kəndin yaxınlarda daxili imkanlar hesabına qazlaşdırılmasına söz verilib.

Əsas məsələlərdən biri məktəb problemi ilə bağlıdır. Bugünlərdə olduğum Abışabad, Adnalı kəndlərində məktəblər bərbad vəziyyətdədir. Ölkəmizdə məktəb tikintisi və məktəblərin təmiri istiqamətində böyük işlər görülüb və görülür. Elə Cəlilabadın özündə də bu istiqamətdə böyük işlər görülüb. Pərdi kəndində məktəbin acınacaqlı vəziyyətdə olduğu məsələsini qaldırdıq və orada yeni məktəb tikdilər.

Digər bir neçə kənddə də keçirdiyim görüşlərdə məktəblə bağlı problemlərin həlli məsələsi qaldırılır. Biz də bu məsələlərin həlli üçün çalışırıq. Kəndarası avtomobil yollarının çəkilməsi üçün də seçicilər müraciətlər edir”.

mirze.jpg (272 KB)

90 saylı Ağsu seçki dairəsindən deputat Elçin Mirzəbəyli isə deyib ki, vətəndaş qəbullarında və seçicilərlə fərdi görüşlərdə, eləcə də onların yazılı, şifahi müraciətlərində əsasən deputatın səlahiyyətlərinə nəinki birbaşa, hətta dolayısıyla da aidiyyəti olmayan məsələlərə toxunulur:

“Bu da təəccüblü deyil. Çünki zamanında bəzi insanların məqsədyönlü şəkildə apardıqları təbliğat nəticəsində belə bir rəy formalaşdırılıb. Bu stereotipləri isə qısa müddət ərzində dağıtmaq çox çətindir, amma mümkündür.

Müraciətlərin əhəmiyyətli hissəsini işlə bağlı müraciətlər təşkil edir və müraciət edənlərin çoxu da bir qayda olaraq heç bir peşə, ixtisas sahibi olmurlar. İkinci sırada müxtəlif səbəblərlə maddi yardım istəyənlər, kredit borclarının bağlanması və s. dayanır. Üçüncü sırada “İcbari sığorta haqqında” Qanundan məlumatsız olan şəxslərin əməliyyat və digər məsələlərlə bağlı müraciətləri yer alır. Dördüncü, sonuncu sırada isə rayon əhəmiyyətli məsələlər – məktəb, yol, su, işıq və s. bu kimi problemlərin aradan qaldırılmasına yardım istəyi durur.

Bir qayda olaraq bütün müraciətləri dinləyir, cavablandırır və aidiyyəti qurumlara əsaslandırılmış sorğu göndərir, nəticə əldə etmək üçün bütün qanuni vasitələrdən istifadə edirəm.

Eyni zamanda deputatın, qanunverici orqanın fəaliyyəti ilə bağlı marifləndirmə işini aparmağı da özümə borc bilirəm. İnsanlarla açıq, dürüst və səmimi danışanda, hər kəsə açıq olanda onların əksəriyyəti səni başa düşür. Seçicilərim arasında fəaliyyətimə dəstək verən, niyyətimi doğru başa düşən insanların sayı kifayət qədərdir. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xatun sevdiyi şəxsdən danışdı – VİDEO

Next

Bakıda məşhur restoranların fantastik iftar qiymətləri – SİYAHI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv