Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Milli dəyərlərimizin ən fəal təbliğatçıları

By Vüsal Rafiqoğlu
05.03.2025 3 Min Read

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Milli dəyərlərimizin, adət-ənələrimizin ən fəal təbliğatçıları olan qadınlarımız cəmiyyətimizdə mühüm rol oynadığı kimi, cəmiyyətin möhkəmliyi üçün də etibarlı təməldir. Qadına müqəddəs münasibət Azərbaycan xalqının tarixi keyfiyyətlərindəndir. Əsatirlərimizə müraciət etsək qadınlara bu haqqın tanınmasını təsdiq edən amillərin uzaq keçmişimizdən qanaqlandığını görmək olar. Bu da xalqımızın, millətimizin insan huquqlarına hörmət və ehtiramını əks etdirən ən qiymətli dəyərlərimizdəndir. Qadına dəyər siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmiləşdirilərək dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətimizdir. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Kiçik dövlət olan ailənin səadəti birinci növbədə ananın fədakarlığından asılıdır. Cəmiyyətdə anaya hörmət, qadına hörmətdir. Ümummilli Lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasına diqqətlə yanaşmışdır. Ulu Öndərin qurucusu olduğu müasir, müstəqil Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Daim diqqətdə saxlanılan bu sahədə dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmiş, mühüm qərarlar qəbul olunmuşdur. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Qadınlarımızın ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəaliyyəti, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun başlıca istiqamətinə çevrildi. Azərbaycan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına qoşuldu.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Bütün bu proseslər də öz növbəsində ictimai-siyasi həyatın bütün sahələrində gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev qadın siyasətini yeni meyarlarla zənginləşdirdiyini  atdığı mühüm addımları ilə təsdiqləyir. Cənab İlham Əliyev  Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrikində böyük qürur hissi ilə bu məqamı qeyd etmişdir ki, müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik.

Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın hər bir vətəndaşı tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlardan  qürurla bəhs edir. Bu uğurlarda gənclərimizin Vətən, torpaq sevgisi öz sözünü dedi. Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızı böyüdən, onları vətənpərvərlik ruhunda tərbiyə edən analarımızın qarşısında baş əyirik. Zəfərlərimiz bir daha Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oruc tutan zaman diqqət edilməli məqamlar açıqlanıb

Next

Arayik Paşinyanın gerçək üzünü açır – Nikol ifadə vermək üçün Bakıya gələcəkmi?..

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv