Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türkiyə ilə İran arasında KRİZİS – Nə baş verir?

By Vüsal Rafiqoğlu
05.03.2025 4 Min Read

Hakan Fidanın açıqlamasından sonra türk səfir XİN-ə çağırıldı; dünyaca məşhur nəşr həyəcan təbili çaldı – iki müsəlman nəhəngi üz-üzə gələ bilərmi?

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın regional siyasətini sərt tənqid etməsi iki ölkə arasında gərginliyə səbəb olub. Nazir deyib ki, İranın regional  siyasəti yanlışdır, bu siyasət bəzən qələbələr də gətirə bilər, ancaq uzunmüddətli perspektivdə İrana və regiona ağır başa gəlir: “Əgər siz (İran-red.) başqa ölkədəki bir qrupa dəstək verməklə narahatlıq yaratmağa çalışırsınızsa, başqa bir ölkə də sizin ölkənizdəki qruplara dəstək verməklə sizi narahat edəcək. Bu o deməkdir ki, artıq dünyada heç bir şey gizli qalmır. Başqa insanlar sizin malik olduğunuz qabiliyyətlərə malikdirlər. Odur ki, sənin şüşənə daş atılmasını istəmirsənsə, başqalarının şüşəsinə daş atma”. Fidanın açıqlamaları İranın siyasi dairələrində ciddi narazılıq yaradıb. Öncə İran XİN sözçüsü İsmayıl Bəqai məsələyə münasibət bildirib. O qeyd edib ki, bəzi türk tərəfdaşlar öz siyasətlərinin nəticələri haqqında daha dərindən düşünməlidirlər.

“Tehran hesab edir ki, region ölkələrinin prioriteti öz xalqlarının maraqlarına xidmət edən təhlükəsizlik sistemi yaratmaq olmalıdır”, – o bildirib.

Daha sonra isə Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanğıç XİN-ə dəvət edilib, xarici işlər nazirinin müavini Mahmud Heydəri ilə görüşüb, Fidanın açıqlamalarına bu cür etiraz edilib: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.

Maraqlıdır ki, bu günlərdə Türkiyə və İranın yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlaya biləcəyi barədə “Nəşnl İnterest” (Nİ) məqalə yazıb. İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.(Mənbə:Publika.az)

Konqres kulislərindəki müzakirələr Türkiyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir. “Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red.) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, – nəşr yazır.

Konqres üzvlərinin hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov 

Sabiq naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, İran on illərdir regionda pozuculuq və xaos yaratmaq siyasəti yürüdür: “Bu siyasətlə uzağa getmək mümkün deyildi və belə də oldu. İsraili məhv etməklə hədələyən İranın Yaxın Şərqdə yaratdığı və on illər boyu yüz milyardlarla dollar vəsait xərcləyərək maliyyələşdirdiyi proksiləri İsrail ordusu tərəfindən qısa zaman kəsiyində yerlə yeksan edildi. Bunun ardınca İranın Yaxın Şərqdə ən böyük dayağı olan Suriyada Əsəd rejimi devrildi və İran bunun qarşısını almaq üçün səsini belə çıxara bilmədi. Bir sözlə, indiki dönəmdə İran ətrafında həlqə daralmaqdadır. Türkiyə ilə tarixən bölgədə rəqabət aparan İran indi Türkiyənin regionda mövqelərinin getdikcə möhkəmlənməsinin fərqindədir. Türkiyənin dəstəyi ilə Azərbaycanın Qarabağda erməni separatçılarını ağır məğlubiyyətə düçar etməsi də İranın Cənubi Qafqaz xəyallarının alt-üst olması demək idi. Bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli yollarının axtarılması üçün ABŞ-ın Türkiyə platformasını seçməsi də Birləşmiş Ştatların yeni prezidentinin Türkiyəyə güvəninin təzahürüdür. İran bütün bu baş verənlərdən bərk əndişəlidir. Regional müstəvidə bir-birinin ardınca mövqelərini Türkiyəyə və İsrailə təhvil vermək zorunda qalan İran, indi də İraqdakı mövqelərini itirmək təhlükəsi ilə üz-üzə qalıb”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov iki müsəlman ölkə arasında hər hansı bir toqquşma ehtimalını real saymır: “Türkiyə ilə İran arasında rəqabət tarixən olub və hətta bu ciddi qarşıdurmalaradək gedib çıxıb. Xüsusən də 1979-cu ildə İranda rejim dəyişikliyindən və dindarların hakimiyyətə gəlişindən sonra bu rəqabət daha da qızışıb. Bu gün də Tehran rejimi təhlükəli oyunların içindədir. Böyük bir coğrafiyada təsir gücünü saxlamaq üçün proksi qüvvələr saxlayır, onları silah-sursatla təchiz edir, maliyyələşdirir. Yəməndə husilər, Livanda Hizbullah, Fələstində HƏMAS, Suriyada və İraqda bir qrup şiələri dəstəkləməklə lazım gələndə onları öz maraqlarına uyğun hərəkətə gətirir. Tehran son zamanlar Azərbaycan və Türkiyə qarşı da ritorikasını sərtləşdirib, təbliğat müharibəsinə başlayıb. Bu təbliğat müharibəsində təkcə media deyil, dinçilərdən, mühafizəkar qanaddan, hətta İranın elit hərbi gücü olan SEPAH-dan da istifadə edir. Ali dini liderin Ərdəbil vilayəti üzrə nümayəndəsi Amilinin təşkil etdiyi tədbirlər və etdiyi çıxışlar Türkiyənin və Azərbaycanın açıq hədəf seçilməsinə açıq işarə idi. Əsəd rejiminin süquta uğraması İranın Ankaraya olan qəzəb və ədavətini daha da artırdı. Tehran rejimi konkret at çəkməsə də, Əsədin devrilməsini qonşu dövlətlə birlikdə İsrail və ABŞ həyata keçirdi deyə bəyan etdi. Suriyanın yeni hakimiyyətini və onu dəstəkləyən qonşu dövləti, yəni Türkiyəni hədələdi. Bir məsələ də artıq aydındır ki, İran region uğrunda mübarizədə Türkiyəyə uduzur. Türkiyənin rolu və önəmi artır. Qarşısına çıxarılan maneələr uzun müddət duruş gətirə bilmir. Bu isə molla rejimini hədsiz qıcıqlandırır. Türkiyənin regionda güclənməsini şərtləndirən bir çox səbəblər var ki, bu İran üçün yalnız xəyal edilə bilər. Türkiyə son illər özünün hərbi qüdrətini və döyüş qabiliyyətini kifayət qədər artırıb. Hərbi sənaye kompleksi dünyanın aparıcı ölkələri ilə rəqabətə girə bilir. İqtisadi və strateji müttəfiqləri çox genişdir. Dünyanın əsas hərbi siyasi mərkəzi olan NATO-nun aparıcı üzvlərindən biridir. Türkiyə, həm də təhlükəsizlik təminatı deməkdir. İnvestisiya deməkdir. Bunların heç biri İranda yoxdur. Belə olan halda Türkiyə ilə İran arasında hansısa toqquşmanın baş verə biləcəyini düşünmürəm. Əksinə, İsrailin və ABŞ-ın yeni prezidentinin İranla bağlı yürütdüyü siyasət fonunda Tehranın Ankaraya ehtiyacı var və heç vəhclə münasibətlərin gərginləşməsinə risk etməz. Beynəlxalq imperialist güclərin Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi kürd separatizminin də Ankara sonuna çıxmaqdadır. İranın Türkiyəyə qarşı istifadə edə biləcəyi yumşaq güc, dini və milli ekstremizm faktorları yoxdur və olsa da bu çox zəifdir. Ankara isə Tehranı çökdürə biləcək güney soydaşlarımız faktoruna malikdir. Bu, kifayət edər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfər parkı rəsmən dövlət protokolunda

Next

Ramazan orucu üçün sağlamlıq şərtdir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv