Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İctimai konsensus – ŞƏRH

By Vüsal Rafiqoğlu
07.03.2025 4 Min Read

Təsəvvür edin ki, evinizin pəncərəsindən bayıra baxan zaman siz sanki qonşuların davranışınlarını yox, keşməkeşli dünyamızda baş verən prosesləri müşahidə edə bilirsiniz. Heç şübhəsiz ki, görə biləcəyiniz bu şərti mənzərə sizi qorxutmasa da, ən azından ciddi düşündürəcəkdir. Böyük dünyamıza kiçik pəncərəmizdən baxan zaman müharibələri, münaqişələri, böyük dövlətlərin artan iştahlarını, iqtisadi böhranları, mədəniyyətlərin deqradasiyasını, klassik dəyərlər sisteminin deformasiyasını, güc amilinin artan əhəmiyyətini, dözümsüzlük mühitinin yayılmasını və digər bu kimi sosial-mədəni, habelə siyasi və iqtisadi təzahürləri görə bilirik. Qeyd etdiyimiz amillər artıq yaşadığımız dövrün əsas xarakteristikalarına çevrilib və bu bir reallıqdır.

Dünyada müşahidə olunan bu cür mənzərələr fonunda cəmiyyətdə ictimai konsensusunun təmin olunması məsələsi gələcəyi düşünən iqtidarların strateji vəzifələrindən birinə çevrilir. Unutmaq olmaz ki, ictimai konsensus dayanıqlı inkişafın fundamental bünövrəsidir. Dünya ölkələrinin tarixinə müraciət etsək, biz açıq şəkildə görə bilərik ki, konkret ölkədə ictimai konsensusun pozulması dərin böhranların qapısını açır və xaosun yaşanmasına səbəb olur. Odur ki, ictimai konsensus, daha dəqiq ifadə etsək, onun mövcudluğu, hər bir ölkənin strateji resursudur. Müasir informasiya texnologiyalarının hökmranlığı dövründə sözügedən resursun dəstəklənməsi və onun toxunulmazlığının təmin olunması konkret dövlətin hətta mövcudluğunu belə şərtləndirə bilər.

Məhz ictimai konsensusun təmin olunması kontekstində biz Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə davamlı təşviq olunan siyasi dialoq mühitini bir daha yada salmalıyıq. Son beş il ərzində siyasi münasibətlər müstəvisində Azərbaycan iqtidarının təşəbbüslərinin mahiyyətinə diqqət yetirən zaman görə bilirik ki, siyasi dialoq mühitinin təşviq olunması hakimiyyətin ən uğurlu və prinsipial fəaliyyət istiqamətlərindən biridir.

Bəli, mövcud istiqamətdə son beş il ərzində biz mahiyyətli dəyişikliklərə şahidlik edirik və məhz son beş il ərzində dövlətin müxtəlif təşəbbüsləri sayəsində sanki unudulmuş köhnə kitab kimi tozlanaraq rəflərdə qalmış siyasi partiyalar bu gün öz üzərində olan “tozları” sirkələyərək fəal siyasi instituta çevrilib və ictimai konsensusun təmin olunması məsələsində aparıcı qüvvə statusuna qədər yüksəlib. Əlbəttə ki, bu cür nəticələrin səbəbi ali siyasi iradənin mövcudluğu və sağlam siyasi dialoq ənənələrinin dərinləşdirilməsidir. Obyektivlik naminə qeyd etməliyik ki, “siyasi dialoq” məfhumu bu gün ölkənin siyasi ritorikasında daimi qeydiyyata düşüb. Təqdirəlayiq haldır ki, bizim siyasi partiyalarımız siyasi dialoq ilə bağlı olan bütün proseslərin sözün əsl mənasında mərkəzindədir.

Qeyd olunanları nəzərə alaraq, çəkinmədən deyə bilərik ki, siyasi dialoqda aktiv şəkildə iştirak edən siyasi partiyalar ictimai konsensusu təmin edən əsas institutlardan birinə çevrilib. Əlbəttə ki, qeyd olunan amil sevindiricidir, həmçinin bu cür təcrübə dövlət və cəmiyyət naminə gələcəkdə mütləq olaraq davam etdirilməlidir. Bunu anlamayan və ya istəməyənlər cəmiyyətdə həmrəyliyə qarşı çıxış edənlərdir.

Siyasi dialoq və ictimai konsensus kontekstində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə cari ilin 6 mart tarixində ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin Xankəndi, Əsgəran və Xocalıya növbəti birgə səfərini xüsusi olaraq vurğulamalıyıq.

Mətbuatdan bizlərə o da bəllidir ki, işgüzar münasibətlərin bərqərar olunmasına xidmət edən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa və Zəngilana olmuşdur. Bəli, olduqca sevindirici haldır ki, sözügedən səfər və ümumiyyətlə siyasi dialoqla bağlı olan dövlətin bütün təşəbbüslərinə həm ənənəvi mediada, həm də internet televiziya kanallarında  böyük diqqət ayrılır. Sözügedən hal dolayısı ilə bizlərə ondan xəbər verir ki, milli həmrəylik, ictimai konsensus və siyasi dialoqla bağlı olan təşəbbüslər cəmiyyət tərəfindən dəstəklənir, əks halda bu mövzu ümumi xəbərlər sırasında üstünlük təşkil etməzdi.

Mövcud istiqamətdəki təşəbbüslərə kompleks şəkildə diqqət yetirən zaman aydın olur ki, bu cür səfərlər sadəcə siyasi aksiya deyil. Onlar ictimai konsensusa xidmət edən düşünülmüş strategiyanın, habelə ali siyasi iradə və mövqeyin təzahürləridir. Təşviq olunan siyasi dialoq mühiti dövlət və milli maraqlar naminə şəxsi ambisiyalardan imtina olunmasını və milli həmrəyliyik naminə fəal mövqeyin tutmasını tələb edir. Budur demokratik siyasi dialoqun təyinatı. Elə ona görə də radikal təfəkkür sahibləri öz xəstə ambisiyalarından imtina edə bilmədikləri üçün siyasi dialoqdan qaçırlar.

Hər kəs onu bilməlidir ki, məhz ölkənin gələcəyini düşünən və yalnız milli maraqların mütləq prioritetini qoruyan dövlət başçısı cəmiyyətdə ictimai konsensusa nail olmağa çalışar, habelə bunun metod və vasitələrini axtarar. Özünə və xalqın dəstəyinə əmin olmayan rəhbər isə tam əksinə, çalışar ki, cəmiyyət parçalansın və parçalanmış, habelə bir-birinə etibar etməyən kütləni idarə etsin. Əlbəttə ki, məqsədi “kütlə” formalaşdırmaq olan iqtidar siyasi dialoqu tərənnüm etməz. Azərbaycan isə məhz o nadir ölkələrdəndir ki, siyasi dialoqu sanki dövlətin strateji prioriteti elan edib. Buna görə də ehtimal edə bilərik ki, Prezident İlham Əliyev öz çıxışlarında yeni siyasi konfiqurasiyadan bəhs etdiyi zaman siyasi münasibətlərdə sağlam siyasi dialoq mühitinin bərqərar olunmasını nəzərdə tutur. Odur ki, siyasi dialoq eyni zamanda ictimai konsensusu təmin edən əsas vasitələrdən biri kimi də çıxış edir.

Ədəbiyyatda bu fikirlə rastlaşmaq olmasa da, bəzi ölkələrdə cərəyan edən prosesləri müşahidə edərək deyə bilərik ki, siyasi partiyalar cəmiyyətin ictimai güzgüsüdür. Bəli, siyasi partiyalar bir çox funksiyaları özündə ehtiva edir və bu xüsusiyyət onların sosial əhəmiyyətini yalnız artırır. Bir-biri ilə daim davada olan siyasi partiyaların fəaliyyət göstərdiyi bir ölkədə hər-hansı həmrəylik və ya milli birlikdən danışmaq mümkünsüzdür. Bu cür mühitdə partiyalar öz pozitiv ictimai funksiyasını itirmiş olur və yalnız konkret şəxsin xəstə siyasi ambisiyalarının təminatına xidmət edirlər. Təsadüfi deyil ki, bu cür partiyaların mövcudluğu radikal siyasi təfəkkürün formalaşdırılmasını təhrik edir. Son beş il ərzində siyasi partiyalar sistemində aparılan islahatlar məhz bu cür tendensiyalarının qarşısının alınmasına xidmət edir. Odur ki, aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaların cəmiyyət üçün pozitiv məzmun və təyinatını artırır.

Əlamətdar haldır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə keçirilən yuxarıda bəhs etdiyimiz səfər və digər müxtəlif təşəbbüslərdə siyasi partiyaların sədr və nümayəndələri ilə yanaşı, tanınmış alim, politoloq, siyasi şərhçi, habelə internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və jurnalistlər də iştirak edirlər. Bununla da ictimai konsensusun təmin olunması prosesinə cəmiyyətin bütün maraqlı tərəfləri cəlb edilmiş olur. Yalnız bu halda milli ideologiya birliyi təmin edə bilər və cəmiyyətdə yaşanan həmrəylik mühiti təbii qalxan kimi Vətəni bütün təhlükələrdən qoruyar. Odur ki, siyasi dialoq konkret bir ölkədə ictimai konsensusu təmin etməklə dövlətin təhlükəsizlik sisteminin ideoloji xəttinin ayrılmaz elementidir.

Asif Adil,
politoloq

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gülbəniz Bayramova işdən çıxarıldı – FOTO

Next

Xurmada təhlükə: Parlaq və yapışqandırsa…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv