Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Naxçıvandan türk dünyasına uzanan yol

By Vüsal Rafiqoğlu
08.03.2025 3 Min Read

Azərbaycanın ayrılmaz tərkib hissəsi, Qərb və Şərqin iqtisadi əlaqələri üçün əvəzsiz məkan olan, Qəqim İpək Yolu üzərində yerləşən bu diyar türk dünyasının mühüm parçası kimi daim diqqət mərkəzində olmuşdur

Azərbaycan xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi və türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Prezident İlham Əliyevin səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri bu tarixi mərhələdə Azərbaycanın beynəlxalq siyasət doktrinasının əsasını təşkil edir. Çünki əlaqələr ortaq milli maraqlarla yanaşı, yüksək mənəvi dəyərlərə dayanır. Bu gün Azərbaycan-Türkiyə əlaqələri həm də regional və qlobal təhlükəsizliyə töhfə verir. Bu əməkdaşlıq üçüncü tərəfə qarşı nəinki tuşlanmır, əksinə, bütün üçüncülərin bu münasibətdən faydalanmasına şərait yaradır. İki ölkə bir sıra enerji və nəqliyyat layihələrinə ev sahibliyi edir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilis-Ərzurum təbii qaz kəmərləri Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının başqa tərəflərə faydasını təsdiqləyən layihələrdir. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi Azərbaycandan başlayaraq təbii qaz Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. “Mavi yanacağı” Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Bu layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildə kəmərlə 16 mlrd. kubmetr, 2023-cü ildə isə 23 mlrd. kubmetr qaz nəql olunub. 2026-cı ildən isə kəmərlə “mavi yanacağın” nəqlinin 32 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulub. TAP layihəsi də Azərbaycan və Türkiyənin dünyanın enerji daşıyıcılarının təhlükəsiz təminatına verdiyi daha bir önəmli layihədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2017-ci il oktyabrın 30-da “Yeni İpək Yolu” nəqliyyat dəhlizinin əhəmiyyətli qismini təşkil edən Bakı-Tbilis-Qars dəmiryol layihəsi də Cənubi Qafqazda sülh və əməkdaşlığa xidmət edən planlardandır.

İki ölkə arasında bütün əlaqələr durmadan inkişaf etməkdədir. Martın 5-də Prezident İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından, xüsusilə dünyada tarixi proseslərin baş verdiyi məqamda mühüm əhəmiyyət daşıyır. İğdır-Naxçıvan qaz kəmərinin fəaliyyətə başlaması Naxçıvanın başqa ölkələrdən enerji aslılığını tam aradan qaldıracaq və enerji təhlükəsizliyini təmin edəcəkdir. Prezident İlham Əliyev mətbuata açıqlamasında bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Yəni, biz bu tarixi faktı unutmamışıq. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müyəssər olmayacağını bir daha xatırlatmaq idi. Ankarada hər iki Lider türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar. Yəni, istənilən məsələdə Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin yanındadır və biri-birinə hər cür dəstək vermək əzmindədir, dedilər.

Türk dünyasının mühüm parçası, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Qərb və Şərqin iqtisadi əlaqələri üçün əhəmiyyət kəsb edən, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan hər zaman diqqət mərkəzində olmuşdur. Tarixdən məlum olduğu kimi “böyük Ermənistan” xülyasında olan ermənilər bu saxta iddialarını reallaşdırmaq üçün hələ XIX əsrdən Naxçıvanı hədəf götürüblər. Bu məqsədlə erməni quldur dəstələri İrəvan, Zəngəzur və Qarabağla yanaşı, Naxçıvan ərazilərində də azərbaycanlı əhaliyə qarşı məqsədli şəkildə çoxsaylı soyqırımı cinayətləri törədiblər. Lakin naxçıvanlılar heç vaxt düşmənə təslim olmayıb, bu diyarı erməni təcavüzündən layiqincə qoruyublar. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından və Zəngəzurun Ermənistana verilməsindən sonra isə Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi. Çünki xüsusən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsindən sonra ermənilər Naxçıvanı da ilhaq etmək üçün yeni planlarını işə salmışdılar. Lakin 1921-ci ilin mart ayında imzalanan Moskva və 1921-ci ilin oktyabrında imzalanan Qars müqavilələri erməni məkrini alt-üst etdi. Belə ki, bu müqavilələrlə Naxçıvanın muxtariyyət statusu təsbit edildi. Hətta Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirib. Bütövlükdə Naxçıvanın statusunun Moskva və Qars müqavilələrində əks olunması həm o dövr baxımından, həm də Azərbaycanın çağdaş dövründə böyük siyasi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. 1924-cü il fevralın 9-da isə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikası yaradıldı. Bununla da Naxçıvan Azərbaycan ərazisi kimi qorunub saxlanıldı. Əlbəttə ki, bu mühüm tarixi hadisənin reallaşmasında qardaş Türkiyənin mövqeyi əsas rol oynadı.

Müasir dövrümüzdə də Naxçıvan türk dünyasının döyünən ürəyidir. Hazırda qlobal müstəvidə güclü siyasi-iqtisadi platforma kimi özünü göstərən, getdikcə daha mötəbər birliyə çevrilən Türk Dövlətləri Təşkilatının da təməli 16 il öncə – 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşündə qoyulub. 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb və bu qurum səmərəli beynəlxalq təşkilata çevrilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisidir. Azərbaycan-Türkiyə əlaqələri həqiqətən də dünyada bənzəri olmayan müstəsna səviyyədədir.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident paylaşım edib – VİDEO

Next

Qeyri-neft sektorunun inkişafı, yerli istehsalın genişləndirilməsi əsas şərtdir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv