Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Oruc zamanı diqqət edilməli məqamlar

By Vüsal Rafiqoğlu
09.03.2025 4 Min Read

Ramazan ayında azyaşlılar və ahıllar da oruc ibadətini yerinə yetirmək istəyirlər.

Bəs uşaqlar bu ibadəti yerinə yetirə bilərlərmi? Yaşlı insanlar üçün oruc ibadəti nə qədər vacibdir?

ARANTV.AZ  “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

“Uşaqlar oruc tutmağa məcbur deyillər”

İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli “Kaspi”yə bildirib ki, İslam dininə görə oruc ibadəti həddi-buluğa çatmış, sağlam müsəlmanlara vacibdir: “Həddi-buluğ yaşı islama görə uşaqlar üçün 9-15 yaş arasında dəyişir. Bundan əvvəl uşaqlar dini cəhətdən oruc tutmağa məcbur deyillər. Lakin valideynlər onları bu ibadətə tədricən öyrəşdirə bilərlər. Uşaqlar üçün orucun öyrədilməsi lazımdır. Kiçik yaşlı uşaqlar üçün orucu tam şəkildə tutmaq məcburi deyil. Amma onlara Ramazan ayının əhəmiyyətini anlatmaq üçün qısa müddətli (məsələn, günün yarısına qədər) oruc tuta biləcəkləri tövsiyə edilir. Uşaqlara yavaş-yavaş oruc tutmağın mahiyyəti başa salınır və istəyərlərsə, qismən oruc tuta bilərlər”.

Yaşlı insanlara gəlincə, axund bildirir ki, ümumiyyətlə Allah tərəfindən Ramazan ayı orucunun vacib olmasında sağlamlıq əsas şərt kimi qoyulub. Əgər yaşlı insan sağlamdırsa, orucunu tutmalıdır. Yəni burada yaşlı və ya cavanlıq meyarı yox, sağlamlıq meyarı əsas götürülür.

Öncə orucun mahiyyəti izah edilməlidir

Pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, uşaqlar və yaşlılar Ramazan ayında oruc tutmaq baxımından xüsusi diqqət tələb edən qruplardır: “Həm uşaqlar, həm də yaşlılar oruc tutarkən müəyyən sağlamlıq riskləri ilə qarşılaşa bilərlər. Buna görə onların oruc tutmağı barədə düşünərkən bir neçə faktoru nəzərə alırıq. Uşaqlar üçün oruc tutmağa başlama yaşı 12 və daha üstüdür. Bu yaşda bədənin fiziki və ruhi inkişafı yetərli olur və oruc tutmaq uşaqların sağlamlığına zərər verməz. Ancaq uşaqların fərdi inkişafı fərqli olduğuna görə, valideynlər onların sağlamlıq və psixoloji vəziyyətini nəzərə alaraq qərar verməlidirlər. Həmçinin, oruc tutmağa başlamazdan əvvəl uşaqlara bu ibadətin nə olduğunu və niyə tutulduğunu izah etmək çox vacibdir. Uşaqlar oruc tutmağa başlamadan əvvəl, onları dini və mənəvi cəhətdən hazırlamaq vacibdir. Oruc tutmanın nə olduğunu, niyə tutulduğunu və bunun bədənlərinə necə təsir edəcəyini anladan söhbətlər etmək faydalıdır. Oruc tutmağa başladıqdan sonra, onların yorğunluq, susuzluq və ya başqa fiziki narahatlıqlar hiss etməsi halında oruc dayandırılmalıdır. Bu, uşaqların sağlamlığını qorumaq üçün vacibdir”.

Qidalanma çox önəmlidir

Həkim bildirir ki, uşaqlar oruc tutarkən onların qidalanması çox önəmlidir. Sahurda uşaqların protein və lif mənbələri ilə zəngin yeməklər qəbul etməsi vacibdir. Məsələn, yumurta, noxud, qoz və tam buğda çörəyi kimi qidalar enerji verər və uşaqların oruc müddətində daha az yorulmalarına kömək edər. Bundan əlavə, uşaqlara bol su içmək tövsiyə olunmalıdır. Sahurda və iftarda susuzluq yaratmayan və bədəni nəmləndirən qidalar, həmçinin meyvə və tərəvəz yemək faydalıdır. Uşaqların oruc tutması tədricən olmalı və onların bədənləri bu ibadətə alışmalıdır. İlk başda qısa müddətlərdə oruc tutmağa başlamaq və ya günün müəyyən saatlarında oruc tutmaq daha yaxşıdır.

“Yaşlıların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir”

Müsahibimiz yaşlıların oruc tutmasına da münasibət bildirib: “Yaşlılar üçün oruc tutmaq bədənlərindəki fiziki dəyişikliklər və bəzi sağlamlıq problemləri səbəbindən daha diqqətli yanaşma tələb edir. Oruc tutmağa başlamazdan əvvəl yaşlıların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Məsələn, ürək, böyrək, qan təzyiqi və ya şəkər xəstəliyi kimi problemləri olan yaşlılar oruc tutmağı həkimləri ilə müzakirə etməlidirlər. Yaşlılar üçün oruc tutmaq, bədənin ehtiyac duyduğu maye və qida balansını saxlamağa kömək edəcək düzgün qidalanma ilə həyata keçirilməlidir. Sahur və iftar vaxtlarında yüngül və asan həzm olunan qidalar qəbul edilməlidir, ağır yeməklərdən çəkinilməlidir. Lifli qidalar (məsələn, meyvə, tərəvəz, tam buğda məhsulları) və protein mənbələri (yumurta, balıq, ət) oruc tutmağa kömək edə bilər. Bundan əlavə, yaşlılar bol su istehlakına diqqət etməlidirlər. Sahurda bol su içmək, bədənin susuz qalmasının qarşısını alır və oruc zamanı yorğunluğu azaltmağa kömək edir”.

“Süd verən analar da diqqətli olmalıdır”

Həkim bildirir ki, süd verən analar da oruc tutarkən diqqətli olmalıdır. Çünki oruc tutarkən südün keyfiyyətində bəzi dəyişikliklər ola bilər. Oruc zamanı ananın istehlak etdiyi qida və maye miqdarı azaldığı üçün südün tərkibində bəzi vitamin, mineralların azalması mümkündür: “Bu səbəbdən ananın düzgün qidalanması və bol maye qəbul etməsi çox önəmlidir. Sahurda bol lifli və protein tərkibli qidalar qəbul edilməsi, südün keyfiyyətini qorumağa kömək edər. Süd verən anaların sahurda liflə zəngin qidalardan istifadə etmələri vacibdir. Tam buğda çörəyi, gavalı və ya ərik kimi meyvələr, süd verən ananın həzm sistemini rahatlaşdırır və uzun müddət toxluq hissini təmin edir. Süd istehsalını dəstəkləmək və enerji səviyyəsini saxlamaq üçün sahurda yumurta, qoz, fındıq və noxud kimi protein tərkibli qidalar mütləq yer almalıdır. Bu qidalar, həmçinin anaların oruc müddətində enerji itirməməsi üçün əhəmiyyətlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gümrüdə xaos: mer seçkisindən “qan iyi” gəlir

Next

Tanınmış stomatoloq qəfil vəfat etdi – FOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv