Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Alə, net e, sən öl, prosto dili korlayırlar, “önəmli” nədi?”

By Vüsal Rafiqoğlu
11.03.2025 3 Min Read

Padyezdən çxıb otururam rulun arxasına, zamoku açıb maşını xodduyanda kvartirant qonşum deyir ki, brat, maşının stoplarından birinin işığı yanmır. Yadıma düşür ki, bunu iki gün əvvəl “Neolit”in qabağında “qaişnik”lər də demişdi, biri əlavə etmişdi ki, “deyəsən, zamıkaniyası var”.

Ona görə də Biiheybət-Azneft trasına çıxandan sonra yamalı, padyomlu, paşti qruntovoy ara yolla Dvadsatıya getdim ki, Umudun maqazinindən zapçast alım. Elə maqazinin qabağına çatıb saxlamışdım, hiss etdim ki, arxada rezki bir tank dayandı. Srazı güzgüyə baxdım, tank yox idi, əvəzində minimum 75-ci ilin vıpuskası olan bir “nol altı” dayanmışdı, heç demə, tank səsi də ondan gəlirmiş. Sürücü cavan oğlan idi, pasyolka uşağıydı, dedim, qaqa, maşının qluşiteli deşikdi. Oğlan dedi ki, hə, əmi, indi aparacam svarşikin yanına, svarkalatdıracam, amma, karobkasında da nəsə bir problem var, skorusa çətin keçir, bir də 60-dan sonra drajeniya edir. Dedim, qabaqda slesar Ramin var, apar onun yanına, xodovoyuna, şarovoyuna baxsın, remont eləsin. Oğlan dedi, hə, onu tanıyıram. Sonra əlavə etdi ki, bu maşının kuzasına, kraskasına baxma, xodovoyu, sastayaniyası sazdır, naxadu maşındır, klent düşəndə pramoy rayona da gedirəm.

Sağollaşdıq, getdi. Mən də çıxdım yola, probka yox idi, gəldim işə. Bircə pis iş vardı ki, abqona çıxanlar arxadan miqat edirdilər. Elə bir meşatçılıqları yox idi, amma adam nervilənir. Bir də ara yollarda vstreçi gələnlər az qalırlar lobovoy geydirsinlər.

Necədir? Bu cür danışmaq, yazmaq xoşunuza gəldi? 7-8 gün öncə dilin korlanması haqqında həyəcan təbili çalırdılar ha, bax, yuxarıdakı cümlələri onlara göstərmək lazımdır: dilin korlanmasının bariz nümunəsi, daha dəqiqi, həmin nümunənin bir hissəsi.

Bu, hələ sürücülərin leksikonudur. Siz bir də santexnikləri danışdırın, razetkadan girib sifondan çıxacaqlar, əllərində də atvyorka, truba, petlə, najdaçnı kağız, qapı ruçkası, troynik-filan. Hələ bunun inşaatçıları, meyxanaçıları, restorançıları var

Millətin 95 faizi bu leksikonla danışır. Hər addımda başqa dillərdən alınmış sözlər, terminlər, jarqon kəlmələri eşidərsən. Azı 50 ildir belə danışırıq, “uje”siz, “paşti”siz, “serovna”sız cümləmiz yoxdur. Amma heç vaxt bu xüsusda nəinki həyəcan təbili, heç qoşanağara çalan da yox idi. Hamı qəbullanmışdı ki, dil belə olar, ta özümü zora salaraq stola niyə masa, stula kətil, şkafa dolab, xolodilnikə soyuducu deyək. Qımıldananlara da deyirdilər, yaxşı, “rozetka”nə tərcümə elə görüm.

Amma indi duxun (özüm bilə-bilə elə yazıdım) çatırsa, sən bu cür danışan adamların yanında soyuducuya “buzdolabı” və ya stəkana “bardaq” de, o dəqiqə deyəcəklər ki, “buzdolabı nədir, dilimizi nöş korlayırsan”. Bəziləri hətta bu cür sözləri işlədənləri yalakalıqda qınayırlar, deyirlər, bizim millət belədir, özünə hörmət eləmir, mütləq ağa axtarır. Belə çıxır ki, danışığında yüzlərlə rus sözü işlədəndə, bu, yalakalıq olmur, amma “öncə”, “yatırım”, “endirim”, “önəmli” deyəndə yaltaqlıq olur.

Bir də görürsən, biri çıxır, ana dilinin qoruyucusuna çevrilir və sırf Bakı dilində deyir: “Alə, net e, sən öl, prosto dili korlayırlar, “önəmli” nədi, “başarılı” nədi?”

Budur, fevralda ölkədə bir cümləsi ilə “türk dili-rus dili” tornadosu qoparmış Ayaz Salayev deyir ki, belə bir ajiotaj qopacağı ağlına da gəlməzmiş. Müəllim ardınca belə deyir: “Ancaq təhqir eləyənlər məni haqlı çıxardılar. Bu, natamamlığın nəticəsidir”.

Bax, bu, heç olmadı. Rejissoru təhqir edənlər onu heç də haqlı çıxarmamışdılar, bi ifadələri ilə özləri haqsız çıxmışdılar. Artıq ortada iki haqsız vardı: 1. Ana dilini və onun mənsub olduğu ailənin dilini xor görən Ayaz Salayev; 2. Normal polemika aparmaq üçün söz və arqument tapmayıb söyüş işlədənlər.
Öz dilini sevmək və qorumaq isə natamamlıq, hətta savadsızlıq göstəricisi deyil. Rus dilini tum kimi çırtlayan yüzlərlə adam var ki, ana dilində kitab yazır. Yaxud da əksinə. Onlar hər iki dili bilirlər, hətta üstünə, ingiliscə bilənlər də var. Bir dil bilmək isə o zaman qəbahətdir ki, o dil də öz milli dilin olmaya, öz xalqının içində əcnəbi kimi gəzəsən.

İndi baxıram ki, ara-sıra bu mövzuya yenə qayıdırlar və öz aləmlərində türk dilini vurmaqda davam edirlər. Heç kim elə bir şeyə qol qoymasın. Sakın, kimsə böylə bir şey yapmasın.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakıda 17 dərəcə isti olacaq

Next

Azərbaycan və Qazaxıstan XİN-ləri birgə Fəaliyyət Planı imzalayıblarFOTO

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv