Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putin atəşkəsdən imtina etdi-yeni ərazilər istədi

By Vüsal Rafiqoğlu
13.03.2025 3 Min Read

Trampın xüsusi nümayəndəsi Moskvada olarkən Rusiya prezidenti əvvəlki şərtlərini təkrarladı, bir gün əvvəl isə…

Putinin Kurskda ölkəsinin Quru Qoşunlarına aid hərbi formada görünməsinin səbəbi zənnimcə, hamıya aydındır. Hətta Zelenski və onun döyüşən yaxın ətrafına səhra komandiri mundiri əvəzinə kostyum geyindirmək cəhdləri varkən, Putinin hərbi formaya keçməsi səbəbsiz deyil. Qərb şərhçiləri Putinin son dəfə 25 il əvvəl Çeçenistanda hərbi forma geyindiyini deyirlər, amma bu dəfə tam fərqli Rusiya, tam fərqli vəziyyətdir.

Q3e61nJ1ZwZkTn3UmDJcAQCu1ZjyPixI.jpg (118 KB)

Trampın xüsusi nümayəndəsini gətirən təyyarə Moskvaya enər-enməz Putinin köməkçi Uşakov işarə etdi ki, son qərar prezidentə məxsus olsa da, Rusiya atəşkəs qərarı verməyə bilər, çünki bu Ukraynaya toparlanması üçün vaxt qazandırır və sair. Rusiya rəsmiləri bunu indi demir, ötən ilin yayında Putin demişdi ki, Ukrayna Rusiyanın “özünə birləşdiyi ərazilərdən”-Donetsk, Luqansk “xalq respublikalarından”, Zaparojye və Xerson vilayətlərindən tam çəkilsin, o da anında atəşkəs elan etsin, yəni güllə atmağa daha ehtiyac qalmasın. Rusiya o ərazilərdə hərbi məqsədlərinə tam çatmayıb, ona görə də atəşkəsə razılaşmaq məntiqsizdir.

maxresdefault (3) (1).jpg (98 KB)

Putin də Lukaşenko ilə indilərdə başa çatan mətbuat konfransında atəşkəslə bağlı mövqeyini açıqladı. Dedi ki, bu atəşkəsi ABŞ Ukraynaya basqı ilə razı salmayıb, əksinə indi Kiyev buna möhtacdır. Rusiya prezidenti fikirini belə əsaslandırdı ki, Kurskda hazırda ukraynalılar mühasirədədirlər. Onların iki yol var: ya təslim olmalıdırlar, ya da hamısı(saylarını demədi) məhv edilməlidirlər. Putin sual edir ki, deməli Rusiya atəşkəsə razı olsa, bu “terrorçulara” yol verməlidir ki, rahat mühasirəni tərk etsinlər. Rusiya lideri 2 min kilometr uzunluqda olan cəbhə xəttində atəşkəsə nəzarətlə bağlı heç bir nəzarət mexanizmi olmadığını da dedi ki, haqsız sayılmaz.

Atəşkəs təklifi məncə də boş şeydir, sadəcə, Ağ Evin yeni administrasiyası seçki ərəfəsi “münaqişəni durduraram” deyən Trampın aktivinə xal yazmağa çalışırlar. Rusiya da bunun fərqindədir, Kreml də Trampa jest etmək istərdi, Putin açıqlamasında Trampa sülh təşəbbüslərinə görə təşəkkür də etdi. Bəlkə də minnət edib “biz də razıyıq” deyə də bilərdi. Çünki zatən, bu atəşkəs çağırışının mayası boşdur.

ABŞ indi bu münaqişədə tərəflərin mövqeyini özü üçün aydınlaşdırır. Ciddədə Ukraynanın ümumi mövqeyini öyrəndilər, Rusiyanın da nə istədiyini öyrənəcəklər. Tutduğu ərazilərdən başqa, Kremlin digər tələbləri də bəlldir: Ukrayna NATO üzvü ola bilməz, ərazisində əcnəbi ordu olmamalıdır, silahları və ordusu məhdud sayda müəyyənləşməlidir və sair…

Screenshot_1.png (281 KB)

Putin Kurskdakı görüşdə bir tezisi də ortaya atdı, daha doğrusu yenilədi. Rusiya Baş Qərargah rəisinə tapşırıq verdi ki, Kursk tam azad edildikdən sonra Ukrayna ilə sərhəddə təhlükəsizlik zonası (“boz zona”) yaratmaq haqda mütləq düşünsünlər. Gerasimovun cavabından belə aydın oldu ki, Rusiya ordusu sərhəddəki Sum istiqamətində belə bir zona yaratmaq işi ilə məşğuldur. Demək, bu ərazilər də mümkün danışıqlarda Rusiyanın olası tələblərdən biridir. Putin bu barədə Kurska yeni hücum olanda Xarkov və ya Sum vilayətlərində belə boz zonaların yaradılmasının vacibliyini demişdi.

Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoffu “əliboş” və ya incik yola salmayacaq. Uitkoffun Moskva səfəri zamanı çox güman ki, iki ölkə prezidentlərinin görüşü razılaşdırıla bilər. İndi danışıqlar prosesi çox da qapalı deyil, kartlar qismən açıq oynanılır, amma bağlı qapılar arxasında da gizli qalan müzakirələr var.

2025-02-23T152845Z_1880980908_RC2ZDCAFTR2Q_RTRMADP_3_ISRAEL-PALESTINIANS-GAZA-WITKOFF.JPG.jpg (37 KB)

Ukrayna “top Rusiya tərəfdədir” deməklə, atəşkəsə yox cavabı veriləcəyi təqdirdə, kövrək ABŞ-Rusiya münasibətlərinin yenidən gərginləşəcəyinə, hətta Trampın Putini cəzalandıracağı haqda bəyanatına ümid edə bilər. ABŞ-ın maliyyə naziri də sanksiyaları Trampın uğurlu danışıqlar planının bir hissəsi adlandırıb. Nazir əmin edib ki, Tramp Rusiya və Ukraynaya “maksimum təzyiq” göstərəcək. O, Baydenin dövründə Rusiyaya tətbiq olunan sanksiyaları altı bal qiymətləndirib, deyib ki, sanksiyaların dərəcəsinə 10 bala qaldırmağa tərəddüd etməyəcəklər.

Amma bundan nə Zelenskiyə, nə Ukraynaya nə fayda, nə pay olmaz. Ukrayna təəssüf ki, sonunda atəşkəsin “kəsdiyi tərəf” olacaq…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Novruz böyük dəyərə malik bayramdır

Next

Siqareti tərgitdirən məşhur bitki: Gündə bir dəfə istifadəsi bəs edir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv