Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ünvanlı sosial yardımın təyinatında bürokratik əngəllər…

By Vüsal Rafiqoğlu
13.03.2025 3 Min Read

Onlar aradan necə qaldırıldı?

Cari ildə ölkəmizdəki aztəminatlı ailələrin sosial müdafiəsi üçün dövlət büdcəsindən nəzərdə tutulan ünvanlı yardımlara 457 milyon manat ayrılıb. Bu,  2024-cü ildəkindən 7 milyon manat və ya 1,5 faiz çox vəsait ayrılması deməkdir. Bundan başqa, 2025- ci ildə ehtyac meyarı 270 manatdan 285 manata, minumum əmək haqqı isə 345 manatdan 400 manata qaldırılıb. Bütün bu artımlar ilk növbədə ünvanlı sosal yardım alan on minlərlə vətəndaşın büdcəsinə ciddi dəstək hesab olunur.

Digər mühüm məqam bu istiqamət üzrə vətəndaş müraciətlərinin sadələşdirilməsi və aztəminatlı ailələrin yardım almasının asanlaşdırılmasıdır. Belə ki, ötən ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ünvanlı dövlət sosial yardımının təyinatında önəmli  dəyişikliklər həyata keçirib.

Sözügedən dəyişikliklər  bu gün ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsinə, sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılmasına daha geniş şərait yaradır. Bir sözlə,  nazirliyin  «Ünvanlı yardım» elektron sistemi yenidən qurulmaqla bürokratik əngəllər aradan qaldırılıb.

Bu sistemə görə,  ünvanlı yardım üçün müraciət edən şəxslərdən əvvəlki  qaydalardan fərqli olaraq bir çox məlumatların qeyd edilməsi tələb olunmur. Bunlar aşağıdakılardır. Ailə üzvlərinin  pensiya, müavinət, təqaüd, kompensasiya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri,- sərhədkeçməsi, cəzaçəkmə müəssisəsində olması,  əlilliyinin olması, əlilliyi olan şəxsə qulluq etməsi, özünüməşğulluq proqramı üzrə müqavilənin olması… Bura, həmçinin  ünvanlı sosial yardım üçün müraciət edən şəxsin üç yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması da aiddir.

Dəyişikliklrə görə, həmin informasiyalar  artıq vətəndaşdan deyil, müvafiq qurumların informasiya-baza sistemlərindən əldə olunur. Yardımla bağlı müraciət edən şəxsə müraciəti ilkin ərizə formasında yaddaşda saxlamaq və sistemə göndərmədən müraciətə düzəliş etmək imkanı da yaradılıb.

Eyni zamanda, müraciət edən ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı məlumatların və s. «Ərizə-bəyannamə»də düzgün qeyd edilmədiyi aşkarlandıqda da həmin məlumatlara operativ qaydada düzəliş edilməsi və müraciətə yenidən baxılması imkanı yaradılacaq. Yəni, indiyə qədər yardım üçün müraciət edən şəxs bu məlumatları təqdim edərkən adi texniki səhvə yol verdiyi halda ƏƏSM-in köhnə sistemi onu müraciət etmək hüququndan məhrum edirdi.

Ümumiyyətlə,  vətəndaşların rahatlığını, rifahını təmin edən addımlar müsbət qiymətləndirilməlidir. Yəni, bundan sonra sosial yardım üçün müraciət edən ailələr bürokratik əngəllərlə, o cümlədən lüzümsuz sorğu və suallarla üzləşmirlər. Vurğulamaq lazımdır ki,  Azərbaycan dövlətinin sürətli iqtisadi inkişafı və ölkə idarəetməsindəki innovativ metodlar imkan verir ki, vətəndaşların sosial durumu, səhhəti ilə bağlı məlumatlar tamamilə eletronlaşdırılsın.

Həmçinin, ölkə vətəndaşının  bütün məlumatlarının (işi, sağmalığı, yerdəyişməsi, sosial öhdəlikləri və s.) toplandığı elektron hökumət ən mükəmməl səviyyədə qurulsun. Bu isə bir çox aktif fəaliyyətlərin , o cümlədən sosial siyasətin icra olunmasında mühüm istinad nöqtəsi olmalıdır. Məsələn, hansısa ölkə vətəndaşı işini itirirsə ƏƏSMN-in Məşğulluq Deparatamenti onu diqqətə almaqla uçota götürməli və müavinət ödəməlidir. Eyni zamanda, vətəndaş ağır  xəstəlik səbəbindən sağlamlığını, əmək qabiliyyətini itirirsə, dərhal sosial qurumlar onu nəzarətə götürüb müavinətlə təmin etməlidir ki onlar əllərində güclə topladıqları sənədlərlə dövlət qurumlarının qapısında sürünməsinlər. Artıq  insanların yaş pensiyası ilə bağlı bu önəmli proses bir neçə ildir ki, tətibiq olunur. Nəticədə pensiya yaşı tamam olan vətəndaş daha sənəd toplamaqla məşğul olmur. Əvəzində ƏƏSMN-in elektron sistemində vətəndaşın avtomatik pensiya təminatı aparılır. Əvvəldə qeyd etdiyimiz kimi, ölkəmizin çağdaş inkişafı bu sahədə də elektronlaşmanın tətbiqinə geniş imkanlar yaradır. Yetər ki, istək olsun…

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gözəllik anlayışı necə dəyişdi?

Next

Səhər yeməyi nə üçün vacibdir?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv